0
Sunday 3 June 2012 - 00:31

Əmarat pisxoloji təsir etmək istəyir

Story Code : 167752
Əmarat pisxoloji təsir etmək istəyir
Əmarat pisxoloji təsir etmək istəyir
Islam times.org/az/ - Mashreqnews-un siyasi jurnalistinin dediklərinə əsasən şeyx Həməd Mühəmməd əl-Şərqi Əmaratın Fuceyrə şəhərinin hakimi Fransalı jurnalistə müsahibəsində bildirib ki, İyun ayında bu ölkənin neftini xarici ölkələrə sadir etmək üçün təzə boru xəttləri çəkiləcək.

Əmaratın neft naziri aşkar şəkildə bildirib ki, (Həbşan) Fuceyrə boru xəttini çəkiləcəklər. O, öz müsahibəsində bildirib ki, bu boru xətti Fars körfəzi ölkələrinin neftini müxtəlif borularla xarici ölkələrə sadir etmək üçün nəzərdə tutulub.

360 km-lik boru xətti

Əmaratın elan etməsinə görə bu neft boru xətti 360 km-dır. Əmarat 2008- ci ildən Hormoz boğazında yaranan mübahisələrə və İranın rəsimi açıqlamasına görə (İran öz rəsmi açıqlamasında demişdi ki, əgər döyüş olarsa biz Hormoz boğazını bağalyacağıq) yeni neft boru xətti çəkməyk fikrinə düşdü. Bu neft boru xətti Əmaratın neftini Hormoz boğazından başqa yolla xarici ölkələrə sadir edəcək. Hal-hazırda Fars körfəzində olan bütün ölkələr o. Cümlədən Səudi Ərəbistan, Əmarat, Qatar, İraq və Kuveyt xaricə sadir etdikləri neft və qazın böyük bir hissəsini Hormoz boğazından sadir edir.

Burada gərək bu nöqtəyə diqqət edək və bir suala cavab tapaq, görəsən Əmarat məntəqədə İranın qüdrətini məhdudlaşdıra bilərmi? Bu məsələlər üzrə ekspert Sədullah Zarei bildirib ki, Əmaratın xarici ölkələrə Hormoz boğazından başqa yolla neft sadir etməsi fikri pisxoloji təsir etməkdən başqa bir şey deyil və Qərb aləmi heç vaxt bu fikirə uyuyub aldanmaz.

Hormoz boğazının əhəmiyyəti

Dünyada üç əsas boğaz mövcuddur. Bunlar Hormoz, Malaka Babul-məndəb boğazlarıdır. Bu üçlük Hind okeanının qızıl qapılarıdır. Bu üç boğaz dünya iqtisadının əsas yollarıdırlar. Bunlar üçü birlikdə üçbucaqlı bir şəkil yaradır. Dəniz vasitəsi ilə olunan ticarətlərin üçdə ikisi Hormoz, Malaka və Babul-məndəb boğazları vasitəsi ilə həyata keçir. Xüsusi ilədə dünyanın enerji ticarətinin böyük bir hissəsi bu boğazlar vasitəsi ilə olunur. Məsələn 2007-ci ildə hər gün təqribən 85 min boçka neft sadir olunurdusa onun 43 min boçkası Hormoz, Malaka və Babul-məndəb boğazları vasitəsi ilə daşınılırdı.

Daşınan neftin 60 fayızının daşındığı yer

Hal-hazırda gündəlik 35 milyon boçka neft dünyanın 6 boğazından aparılır. Bunun isə 60 fayızı Hormoz və Malaka boğazlarından aparılır. Bu iki boğz digər boğazlardan daha mühüm və əhəmiyyətlidir. Amma Hormoz və Malaka boğazlarını müqaisə etsək Hormoz boğazı daha əhəmiyyətlidir. Çünki Hormoz boğazı vasitəsi ilə Fars körfəzi ölkələrinin neft bazarı meydanlarına yol tapmaq olur. İran İslam Respublikası iqtisadiyyatının və gəlirinin böyük bir hissəsi bu qızıl üçbucaqa bağlıdır. Başqa bir sözlə desək İran İslam Respublikasının iqtisadiyyatının hayatı dənizin əmniyyətinə bağlıdır.

İSLAMTİMESIN TƏRCÜMƏ ŞÖBƏSİ - HƏSƏNLİ
Source : Islamtimes
Comment