0
Sunday 3 June 2012 - 12:24

Saxta Hakimiyyət

Story Code : 167848
Saxta Hakimiyyət
Saxta Hakimiyyət
Islam times.org/az/ - Son günlər Azərbaycan rəsmilərinin qərəzli çıxışları həqiqətən də insanı təəccübləndirir. Özlərini xalqına canı yanan göstərmələri heç vaxt onların əsl üzlərini gizlətməyəcək.

Sionistlərin maraqlarına xidmət edən bu şəxslərin yeganə məqsədi xalqı alçaltmaq, xalqın malını talamaq və bunun səbəbinə özlərinə istədikləri şəraiti yaratmaqdır. Bunlar azmış kimi indi də Sionist ağalarının əmri ilə qonşu və dost dövlət olan İrana qarşı mübarizəyə qalxıblar.

İranın haq söz deməsini qəbul etməyən insanlar bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirirlər. Bu azmış kimi sionist planlarının tərkib hissəsi olaraq İranı xalqımıza düşmən kimi sırımaq istəyirlər. Bununla bağlı da artıq mediada məqsədyönlü təbliğata başlayıblar.

Xalqı açıq-aşkar şəkildə Qərbə yönəltmək və Qərb mədəniyyətini zorla xalqa sırımaq istəyənlər həqiqətdə xalqın əsl düşmənləridirlər. Özləri şah kimi yaşayıb, xalqı qul kimi işlədənlər düşməndən başqa kim ola bilər.

Harınlamış məmurlar əllərində olan vəzifədən istifadə edərək xalqı sözün hər mənasında alçal
ır və təhqir edirlər. Bunların fikirləri yalnız öz kreslolarıdır. Təbii ki, İrandakı hakimiyyət bunların xoşuna gəlməyəcək. Çünki İrana xalqının qeydinə qalan, xalqın dolanışığını təmin edən hakimiyyət rəhbərlik edir.

O qədər təziqlərə, sanksiyalara baxmayaraq hər şeydən çox xalqının xidmətində durur və xalqını maddi və mənəvi baxımdan hər bir şeylə təmin etmək üçün əllərindən gələni əsirgəmirlər. Dediklərimi təsdqi etmək üçün bir misal çəkim. Məşhəd şəhərində ziyarətdə olarkən orada İranlı bir müəllim ilə rastlaşdıq və xeyli söhbət etdik. Söhbət əsnasında İranda müəllimlərin nə qədər əmək haqqı aldığını soruşduq və o da minimum 800 dollar məvacib aldıqlarını bildirdi. İndi baxın bizim adlarını xalqa xidmət edən qoyanların müəllimə verdiyi məvacibə, bir də baxın bəyənmədikləri və tənqid etdikləri hökumətin müəllimə qoyduğu hörmətə və verdiyi maaşa.

Görün hakimiyyət müəllim sənətini necə alçaldıb. 100-150 manat maaş ilə bir gün belə yaşaya bilməyən harınlamış məmurlar yazıq m&
uml;əllimə bu qədər məvacib verir və müəllim də məcbur qalıb özünü uşaqların qarşısında alçaldaraq rüşvət alır. Bu şəxslər öyrənib boş-boş sözlər desinlər.Televiziyada elə danışırlar ki, sanki bunlardan çox xalqa canı yanan yoxdur. Əslində isə xalqa ən çox zülm verənlər elə bunların özləridirlər.

Səhiyyəmizdə də vəziyyət acınacaqlıdır. Rüşvət və savadsızlıq səhiyyəni böyrü üstə qoyub. İş o yerə çatıb ki, artıq insanlarda səhiyyəmizə etimad və güvən qalmayıb. Artıq beş xəstədən üçü müalicə olunmaq üçün bəyənmədiyiniz və tənqid etdiyiniz İrana üz tutur.

Dövlətimizdə çatışmayacaq şeyləri saymaqla qurtarmaz. Buna görə də mənasız işlərlə məşqul olmaqdansa gedin bu cür problemləri həll edin. 8 milyonluq əhalinin qeydinə qala bilmirsiz. Ancaq baxın və ibrət götürün İran hakimiyyətindən. Görün 75 milyonluq xalqa necə xidmət edirlər.

İrana gedib gələn hər kəs oradakı ucuzluqdan danışır. Siz isə hər şeyi inhisara alıbsız. Nə tez İranın bizə etdiyi küllü miqdarda yardımları
addan çıxartmısız.

Xatırlayıram, hələ uşaq ikən İrandan xeyli yardım gətirən “İmdad Xomeyni” yardım cəmiyyətinin maşın karvanları gözümün önündədir. Nə tez unutduz bunları? İndidə durub İranı saxtakarlıqda ittiham edirsiz. Əslində elə saxta hakimiyyət elə siz özünüzsüz. Sözdə bir cür danışırsız, əməldə başqa cür.

İranın erməniyə yardım etməsini bəhanə gətirərək sionistlərin planını həyata keçirirsiz. Ancaq Qarabağın işğalında bir başa əli olan, ermənistanda hərbi bazalarını yerləşdirən Rusiyaya heç səsinizi belə çıxarmırsız.

ABŞ-ın hər il ermənistana küllü miqdarda yardım ayırmasına etiraz belə etmirsiz. Bəs onda niyə belə qərəzli siyasət yeridirsiz. Əgər həqiqətən də sizi İranın ermənistana yardımı narahat edirsə, bu zaman digər ölkələrə də öz etirazınızı bildirin.

İran həmişə Azərbaycanın ərazi bütövlüyün tanımış, erməmistanın Azərbaycan ərazilərini işğal etməsini pisləmişdir. İranın halhazırki şəraitdə ermənistanla iqtisadi əlaqələr qurması labüd bir məsələdir. Çünki, hər tərəfdən sıxışdırılan və blokadaya alınan İran özünü saxlamaq üçün gərək qonşularla iqtisadi əlaqələr qursun. Bu səbəbdən İranı ittiham etməyin yeri yoxdur.

İslam dininin açıq aşkar şəkildə xalqımıza təhlükəli bir şey olduğunu və xalqımızın mütləq qərbə inteqrasiyasını təmin etməyin lazımlığını bildirirlər.

Vallah bu insanlardan baş açmaq olmur. Özlərini müsəlman adlandırırlar. Ancaq müsəlmançılıqdan heç bir əsər əlamət yoxdur.

Vallah bu insanlar bir gün xalqın qarşısında cavab verəcəklər. O zaman peşman olacaqlar. Ancaq sonrakı peşmançılıq fayda verməz. O gün çox yaxındır.

ISLAMTIMES - RƏHİM
Source : Islamtimes
Comment