QR CodeQR Code

ABŞ və digər nüvə ölkələrinin böyük yalanı

4 Jul 2012 23:15

IslamTimes - ABŞ və nüvə silahına malik olan digər ölkələr bu silahın yayılmaması ilə bağlı təlaşlarında yalana əl atırlar. Onların məqsədi başqa ölkələri nüvə enerjisindən istifadə imkanından məhrum etməkdir.


Yel Universitetinin professoru Emanuel Valstrin Middle East Online-da dərc olunmuş yazısında bu mövzuya toxunur. ABŞ və nüvə silahına sahib digər ölkələrin əsas məqsədi nüvə klubu üzvlərini artırmamaqdır. Onlar nüvə silahının yayılması ilə mübarizə aparmır. Sadəcə nüvə imtiyazını inhisara almağa çalışır. Bu ölkələrin İrana qarşı siyasətlərini də bu prizmadan dəyərləndirmək olar. Valstrin deyir ki, ABŞ 1945-ci ildə Yaponiyaya 2 atom bombası atdıqdan sonra dünya daim böyük nüvə partlayışı təhlükəsini gözləyir. Atom bombasına malik olması ABŞ-a hərbi üstünlük verib. ABŞ bu imtiyazı öz əlində saxlamağa çalışır. ABŞ-a qarşı çıxıb nüvə silahına yiyələnən ilk ölkə Sovetlər Birliyi oldu (1949-cu il). Böyük faciənin baş verməsi qorxusu bu iki super dövlət arasında ilk dəfə nüvə silahından istifadə etməmək barədə razılaşmanı gündəmə gətirdi. Tərəflər bir-birinə inanmadığından həmin razılaşma bugünədək qüvvədə qalır. Amma başqa 3 ölkə də nüvə klubuna daxil olmaqda israrlı idi. Britaniyanı ABŞ bu kluba dəvət etdi. Fransa və Çin təzyiqlərə məhəl qoymadan nüvə silahına sahib oldu. Beləcə 1970-ci ilədək BMT Təhlükəsizlik Şurasının 5 üzvü nüvə silahı əldə etdi.

Həmin vaxtdan başlayaraq Ağ Ev klub üzvlərinin artmasına qarşı çıxdı. Onlar nüvə silahının yayılmaması barədə sənəd hazırladılar. Hansı ölkə nüvə silahından imtina edərsə əvəzində 2 imtiyaz alır: Nüvə enerjisindən sülhməramlı istifadə haqqı və 5 nüvə ölkəsinin nüvə cəbhəxanasını məhdudlaşdırmaq barədə öhdəçiliyi.

Dünyanın Pakistan, Hindistan və İsrail istisna olmaqla bütün ölkələri öhdəçiliyi imzalayıb. Bu 3 ölkə etirazlara baxmayaraq nüvə silahı əldə edərək kluba qoşulub. Nüvə silahının yayılmaması haqqında öhdəçiliyin elə əvvəlcədən iki nöqsanı olub. Əvvəla klub üzvləri nüvə cəbhəxanasını ixtisara salmaq fikrində deyil. 25 illik öhdəçiliyin uzadılması üçün konqresə müraciət olunub və Obama nüvə sənayesinin inkişaf etdirilməsi ilə bağlı bəyanat verib. O biri klub üzvləri də şübhəsiz həmin addımı atacaq. İkinci nöqsan budur ki, mövzunun siyasi təsirləri var. Belə görünür ki, bir ölkə nüvə enerjisindən sülhməqsədli istifadə etmək üçün hansısa həddə nüvə texnologiyasına yiyələnməlidir. Amma bu istək nüvə klubunda birmənalı qarşılanmır. Hazırda yalnız klub üzvləri öz nüvə sənayesini genişləndirir.

ABŞ və müttəfiqləri dünyanın başqa ölkələrini bu haqdan məhrum etməyə çalışırlar. Hədəfdə olan əsas ölkə İrandır. ABŞ və İsrail İran ətrafında təbliğat kampaniyası qurub. Onlar iddia edirlər ki, İran bu texnologiyaya yiyələnib nüvə silahı hazırlayacaq və İsrailə hücum edəcək.

Eyni təzyiqlərlə rastlaşan Şimali Koreya NPT razılaşmasından xaric oldu və hazırda dünyanın 9-cu nüvə ölkəsi sayılır. Bir çox ölkələr İranın getdiyi yolu gedib. Amma belə görünür ki, ABŞ-ın təbliğat kampaniyası İranın nüvə haqqına qarşı yönəlib.

Nüvə klubu inhisarı saxlamaq məqsədi ilə yalan danışır. Onlar nüvə partlayışından narahat deyil. Sadəcə nüvə üstünlüyünü əldə saxlamaq istəyirlər. Nüvə bombasını kimsə istifadə etmək üçün hazırlamır. Məqsəd başqa ölkələrin hücumundan sığortalanmaqdır.

Mövzu dalana dirənib. Nüvə silahı sülhün təminatı kimi görünür və buna görə də bütün ölkələr bu silaha sahib olmağa çalışır. Mövzuya belə yanaşma təhlükəlidir. Əgər nüvə partlayışı ehtimalı mində birsə də, bu mində bir böyük təhlükədir.

Atom silahından istifadəyə qadağa qoyulması ABŞ və Sovetlər Birliyinin simasında faydalı oldu. Pakistan və Hindistan nümunəsində də belədir. Bəs nə üçün bu razılaşma bütün klub üzvlərinə aid olunmasın? Hazırda nüvə qüdrəti təkcə geosiyasi üstünlük yox, həm də etibar və qürur hesab olunur.


Story Code: 176720

News Link :
https://www.islamtimes.org/az/article/176720/abş-və-digər-nüvə-ölkələrinin-böyük-yalanı

Islam Times
  https://www.islamtimes.org