0
Thursday 12 July 2012 - 16:31

Mətbuat Şurasında görüş

Story Code : 178619
Mətbuat Şurasında görüş
Mətbuat Şurasında görüş
Islam times.org/az/ - Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının nümayəndələri sadə vətəndaşlar kimi bir çox hallarda zamanından əvvəl və səhv nəticələr çıxarırlar. Belə halı müşahidə edəndə yenə düşünürsən ki, görəsən mövqelərin doğru seçimi üçün daha nə qədər vaxt itkisi baş verməlidir.

Vaxt itkisi sözümü burda təsadüfən işlətmirəm, çünki 13-14 il fəaliyyət təcrübəsi olan təşkilatların sədrləri hakimiyyətin kiçik bir xoş jestinə aldanır, özü də buna heç xoş jest də demək olmaz ən azı ona görə ki, bu cür davranışlar sivil ölkələrdə hakimiyyətlərin birbaşa vəzifəsidir.

Belə jestlərdən son dövrlər də yenə də baş verib. İyunun 30-da Mətbuat Şurasında bir neçə kütləvi informasiya vasitələri təmsilçilərinin Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşü olub.

Görüşdə KİV rəhbərləri mətbuatın qarşılaşdığı yayım, satış, reklam və maliyyə məsələləri kimi problemlərdən və onların aradan qaldırılması barədə müzakirələr aparmışlar.

Azərbaycan mətbuat kapitanlarının ən çox narahatlıq ifadə etdikləri maliyyə məsələsində Əli Həsənovun bir qədər şübhələnməyə də əsası olub.

Əli Həsənov Mətbuat Şurasına gələn zaman MŞ-nın binası qarşısında çox sayda bahalı iri xarici markalı avtomobilləri görüb, onu qarşılayan Əflatun Amaşovdan (MŞ-nın sədri) soruşub ki, bu maşınlar kimindir ?

MŞ sədri cavab verib ki, redaktorlarındır. Əli Həsənov “sonra redaktorlar ağlayır ki, mətbuatın vəziyyəti ağırdır, gəzdikləri maşına bax, elə bil Nazirlər Kabinetinin iclasına gəlmişəm” deyərək içəri keçir. Görüş zamanı mətbuat təmsilçilərinin şikayətini dinləyən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov medianın problemlərinin həllinin Azərbaycan dövləti üçün prioritetliyini bildirərək, görüşdə səslənən təkliflərin ümumiləşdirilərək müvafiq qurumlara çatdırılacağını qeyd etmişdir.

Əli Həsənov metro stansiyalarında qəzet stendlərinin yerləşdirilməsi məsələsinin tez bir zamanda həllinin mümkünlüyünü bildirmişdir. Digər məqamlardan da danışan Prezident Administrasiyasının rəsmisi vurğulamışdır ki, yerlərdə rəhbər işçilər şəhərlərin, rayon mərkəzlərinin inkişafına müxtəlif cür yanaşırlar.

Bəziləri hesab edirlər ki, qəzet köşkləri ümumi görünüşə xələl gətirir, bəziləri başqa cür düşünür. Hər bir halda bu cür məsələlər müzakirələr yolu ilə həllini tapmalıdır. Redaktorlar öz aralarında çoxdan bəri müzakirə etdikləri “Reklam haqqında” Qanunda dəyişikliyin nəzərdə tutulması ilə əlaqədar təklifə gəlincə, Əli Həsənov deyib ki, dövlət qurumlarının elan və reklamlarının yalnız rəsmi mətbuatda dərcinə dair müddəa aradan qaldırıla bilər.

O, Mətbuat Şurasının elan və reklamların bölüşdürülməsi ilə bağlı Türkiyə təcrübəsini öyrəndiyini və bununla əlaqədar məsələlərə Azərbaycan dövlətinin də dəstək verdiyini bildirərək, mövcud istiqamətdə ayrıca qurumun formalaşdırılmasının mümkünlüyünü demişdir.

Bütün dünyada qəzetlərin satışdan çox reklamlardan gəlir əldə etdiyini söyləyən Əli Həsənov diqqətə çatdırmışdır ki, əgər Azərbaycan KİV-ləri bu axara düşə bilsələr, onlar üçün məhsullarının satışı o qədər də önəm daşımayacaqdır.

Hazırkı dövrdə internet nəşrlərin ənənəvi medianı sıxışdırması ilə bağlı meylin aktual səciyyə daşıdığından söz açaran dövlət rəsmisi bunu həm də texnoloji hadisə kimi dəyərləndirmişdir.

O, ölkə KİV-lərini vəziyyətlə ayaqlaşmağa, daha çox özlərinin internet resurslarını təkmilləşdirməyə çağırmışdır. Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin hər zaman mətbuatın problemlərinə həssas yanaşdığını deyən Əli Həsənov mətbuat rəhbərlərinə gileyini də çatdırmışdır.

O, bu mənada “Eurovision-2012” mahnı müsabiqəsi zamanı Azərbaycanda siyasi məhbus məsələsini qaldıran bəzi KİV-lərin, eyni zamanda, Xocalı və Qarabağ həqiqətlərini də tirajlayan məlumatlar verməsinin zəruriliyini vurğulamış, bunun müşahidə edilməməsindən təəssüfləndiyini söyləmişdir.

Görüşdə söylənilən təkliflərin MŞ tərəfindən ümumiləşdirilərək KİV təmsilçiləri adından ölkə rəhbərliyinə müvafiq müraciət qəbul olunması qərara alınmışdır.

Əli Həsənov yarızarafat yarıgerçək mətbuatın maddi baxımdan şikayətlənmək üçün əsasın olmadığını deyəndə bir qədər elə haqlıdır.

Doğrudan da baxdıqda redaktorlarımızın vəziyyəti lap yaxşıdır. Eyni mövqeləri bölüşən Gürcüstan redaktorları heç də dəbdəbəli həyat tərzi filan yaşamır, orda burda bir neçə ev, bağ, maşın sahibləri deyil.

Azərbaycanda da kasıb redkatorlar var ancaq MŞ-da təmsil olunanların vəziyyəti çox yaxşıdır. Onların dərgilərində çalışan jurnalistlərin də vəziyyət pis deyil, orta hesabla 1200 və 1500 manat əmək haqqı alırlar. Dövlət proqramı çərçivəsində jurnalistlər üçün mənzil inşasına da başlanılıb. Bəziləri deyir bu mənzillər hakimiyyətin rəsmi mətbuatında çalışan jurnalistlərə veriləcək, ancaq iş ondadır ki, rəsmi dərgilərdə çalşan jurnalistlərin hamısının evi var və çox güman ki, bu evlər digər jurnalistlər üçündür.

Milli mətbuatımız bunu yazmır ancaq mən onu da qeyd edim ki, hakimiyyət elə hər il mətbuata müxtəlif maliyyə yardımları ayırır. Heydər Əliyev prezident olan zaman jurnalistlərlə də görüşürdü, düzdü o zamanlar indiki kimi hakimiyyət milyardlarla neft gəlirlərinə sahib deyildi, ancaq mənəvi dəstək də olsa mətbuat görürdü. İndi isə prezident İlham Əliyev mənəvi dəstək verməsə də, jurnalistlərlə görüşməsə də neft gəlirlərindən bir “pay” mətbuata ayırır.

Görüşə gəldikdə isə onu deyim ki, burda məqsəd həm də beynəlxalq aləmə hakimiyyətin mətbuatla konstruktiv əlaqələrinin nümayişidir.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru

Source : İslamtimes
Comment