0
Saturday 14 July 2012 - 01:22

Yeni dəyişiklik olmasa da məsuliyyətə cəlbetmə yox idi

Story Code : 178914
Yeni dəyişiklik olmasa da məsuliyyətə cəlbetmə yox idi
Yeni dəyişiklik olmasa da məsuliyyətə cəlbetmə yox idi
Islam times.org/az/ - Ötən ay Milli Məclis də deputatların müzakirələrə, səsvermələrə çıxartdıqları və qəbul etdikləri qanun və dəyişikliklər diqqətdən kənar qalmadı. Bəlkə kiməsə görə ümumiyyətlə qanunverici orqanın fəaliyyəti daima diqqət mərkəzində olmalıdır, belə də olur ancaq mübahisələr həmişə baş vermir, səbəbi də formallıqda hansı deputatın hansı partiyadan olmasına baxmayaraq bütün deputatların tək mərkəzdən idarə olunmasıdır.

Əvvəlki yazılarımda Milli Məclisin qanunvericiliyə qəbul etdiyi dəyişikliklərə toxunmuşdum, iyunun 29-da isə Azərbaycanın qanunverici orqanı başqa bir dəyişikliklə gündəmə gəldi.

İctimaiyyətə təqdim olunan məlumatlara görə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynin təklifi ilə Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Məcəllədə işgəncə vermə cinayətinin adı dəyişdirilib, “döymə” maddəsi isə Cinayət Məcəlləsindən çıxarılaraq İnzibati Xətalar Məcəlləsinə daxil edilib. Komitə sədri Əli Hüseyn bildirib ki, bu dəyişikliklər Cinayət Məcəlləsinin BMT-nin işgəncələrə qarşı mübarizə konvensiyasına uyğunlaşdırılmasına yönəlib.

Parlamentin qərarı ilə işgəncə vermə cinayəti “əzab vermə” cinayəti adlandırılıb və buna görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası azaldılaraq 3 ildən 2 ilə endirilib.

Ağırlaşdırıcı hallarda bu cinayətə görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulurdusa, hazırda 2 ildən 5 ilədək qəbul olunub. Həmin cinayət işgəncə verməklə törədildikdə də 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Cinayət Məcəlləsinin 133.3-cü maddəsi də ləğv edilib. Həmin maddədə qeyd olunurdu ki, yuxarıda qeyd olunan əməllər şəxsdən məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törət
iyi və ya törədilməsində şübhə doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Adətən bu cür cinayətlər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən törədirlər. Vətəndaşları işgəncə verməklə onların törətmədikləri cinayətləri rəsmən üstələməyə məcbur edirlər. Cinayət Məcəlləsinə işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya görə xüsusi maddə də əlavə edilib.

Həmin maddə xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qismdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən şəxs qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qaldığı halda tətbiq olunur.

Bu cinayət əməlinə görə isə 3 min manatdan 4 min manatadək cərimə, 3 ilədək müddətə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Daha çox rezonansa səbəb CM-nin 132-ci maddəsinin ləğvi, həmin maddənin İnzibati Xətalar Məcəlləsinə daxil olunması oldu. Ancaq heç hər şey milli mətbuatımızda yazıldığı kimi də deyil.

CM-nin 132-ci maddəsi İnzibati Xətalar Məcəlləsinin sağlamlıq əleyhinə olan maddəsi kimi 38.1 – də yer alır və deyilir :

“Döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min
anatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur”.

Keçid hissəsində isə qeyd edilir : Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur ; Bu maddədə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsi əsasında başlanılır ; Bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir.

Komitə sədri də çıxışında deyir ki, əgər zərərçəkən xəsarət alarsa və sağlamlığına təhlükə törədilərsə onda baş verən hərəkətlər CM ilə təqib ediləcək. Yəni, hacı demiş baxır adamı necə döyürsən. Buna baxmayaraq ziddiyyətlər də var.

Aydın məsələdir ki, Azərbyacanda azğınlaşmış, harınlamış, ataları kimi özlərini Allah hesab edən məmur övladları hər cür cinayət törədir, xüsusilə kasıb vətəndaşları döymələri onlar üçün gündəlik əyləncəyə çevrilib. Bu qanunun qəbulundan sonra belə hallar kütləviləşəck.

Ancaq başqa bir məsələ də bundadır ki, bu məmur övladları bu vaxta qədər də nəinki kasıbları döyməklə, bəzi hallarda əyləncə xətrinə öldürməklə belə məşğul olublar və cəzasız qalıblar. Buna bir misal çəkim, Ötən ay keçmiş nazir İrşad Əliyevin oğlu ölümə səbəb olan törətdiyi cinayətə görə cəzasız qalır. Vəyaxud, nəqliyyat naziri Ziya Məmmədovun qoçuları kimi tanınan nəqliyyat departamentinin əməkdaşları hər gün bir neçəə dəfə və bir neçə yerdə sürücüləri döyürlər və bir neçə dəfə olub ki, döyülən sadə, məzlum sürücülər aldıqları zərbələrdən ölüblər və bunlar jurnalistlərin kameraları qarşısında baş verib ancaq heç kim həbsə atılmayıb. Yəni bu qanunun qəbulu harınlamış azğınların törətdikləri cinayətlərin leqallaşması olmasa belə yenə heç kim məsuliyyətə cəlb edilmir və edilməyəcək.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru

Source : İslamtimes
Comment