0
Tuesday 24 July 2012 - 19:22

Günahsız insanlar üçün hansı qanun qəbul olunacaq ?

Story Code : 181796
Günahsız insanlar üçün hansı qanun qəbul olunacaq ?
Günahsız insanlar üçün hansı qanun qəbul olunacaq ?
Islam times.org/az/ - Azərbaycanda siyasi və ictimai fəalların həbs olunmaqla cəmiyyətdə müqavimət gücünü zəiflətməyə və məhv etməyə hesablanmış siyasi kursu, hakimiyyət uğurla aparır desəm yanılmaram. Hadisələrə və situasiyaya bir qədər dəqiq və hərtərəfli nəzər yetirsək görərik ki, cəmiyyətin müqavimət gücündən bəlkə heç söhbət də gedə bilməz, etiraz aksiyalarına qoşulan və ya ümumiyyətlə etiraz edənlər sat etibarı ilə çox azdır, onlar haqqında danışanda cəmiyyət sözünü ehtiyatla işlətmək gərək, ya da bir qrup fəal sözləri yetərli olar.

Ancaq ictimai fəallığı ilə seçilən bu azlığa cəmiyyətin müqavimət gücünün bir rüşeyimi kimi də baxmaq daha doğru olardı. Həmin rüşeyim isə məhv edilməyə məruz qalıb. Burda onların siyasi cinahları və ya ixtisas qrupunu böldükləri önəmli deyil, bundan başqa Azərbaycanda fəal olan bir neçə partiya qalıb ki, onlarında hamısı sağ siyasi cinahın ideologiyasını bölüşürlər, solçulardan əsər əlamət qalmayıb.

Ona görə təqib olunan siyasətçilər sağ cinahın təmsilçiləridir. Əvvəllər cəmiyyət görürdü ki, siyasətçilər həbs edilir, hüquqmüdafiəçiləri isə onları müdafiəsinə qalxır və azadlığa çıxması üçün çalışır, son bir ildə artıq hüquqmüdafiəçilərinin də həbs olunması ənənəsi formalaşıb.

Həbsxanalarda isə saxlanma şəraiti çox bərbad haldadır. Məsələn, kameralar 5 nəfər üçün hesablanıbsa ora 25 nəfər məhbusu yerləşdirirlər. Həbsxanalarda min cür xəstəliklər, viruslar var gəl edir məhbusların isə sağlamlığı sual altında.

Hüquqmüdafiəçisi Eynulla Fətullayev fəal şəkildə məhbusların saxlanma şəraitli ilə bağlı ictimai nəzarəti həyata keçirdiyini bəyan edir və 10-dan çox cəzaçəkmə müəssisəsində monitorinq aparıb, hazırladığı hesabatlarla digər hüquqmüdafiəçiləri həmişə razılaşmır.

İyulun 10-da prezident İlham Əliyev “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanununun tətbiqi barədə Fərman imzalayıb. Fərmanda vurğulanır ki, Nazirlər Kabineti həmin qanunun pozulmasına görə məsuliyyət növlərinin müəyyən edilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, üç ay müddətində normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Prezidentə məlumat versin

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat versin. Məhbuslara, tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması qaydalarını üç ay müddətində müəyyən etsin və bu barədə prezidentinə məlumat versin, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Nazirlər Kabinetinə məlumat versin.

Müəyyən edilsin ki: “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanununda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Nazirlər Kabineti Prezidentlə razılaşdırmaqla həyata keçirir.

Qanunda nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmana əsasən, müəyyən ediləcək normalarda hamilə qadınlar, yanında 3 yaşınadək uşağı olan qadınlar və yetkinlik yaşına çatmayanlar üçün yaxşılaşdırılmış maddi-məişət şəraiti və xüsusi yemək normaları da əks olunmalıdır.

Qanunun tətbiqi ilə bağlı fərmanın imzalanması gözlənilirdi, ancaq detallı olaraq problemlərin aradan qaldırılması üçün görüləcək tədbirlər hələlik məlum deyil. Ən başlıcası saxlanma kameralarında məhbusların sayı normadan artıq olması digər problemlər üçün də əsas olur.

Məhbusların sıxlıq problemini aradan qaldırmaq üçün isə yeni həbsxanaların özü də avropa standartlarına uyğun olaraq tikintisi qaçılmazdır. Layihə hələ mayın əvvəlində Milli Məclisə təqdim edilən zaman mətbuata verilən açıqlamalardan bəlli olurdu ki, prinsip etibarı ilə ciddi yeniliklər çox deyil.

Qanuna görə saxlanılan şəxs saxlanılacağı yerə gələrkən dərhal ailə üzvləri və yaxınlarına telefonla məlumat verə bilər və qanunun tələbi ilə bununla bağlı saxlanma yerləri rəhbərlərinin üzərinə vəzifə qoyulur.

Həmçinin, saxlanılan şəxslərin hər gün bağlama ala bilməsi qanuniləşdirilir. Saxlanılan şəxslərin həkim müayinəsindən keçməsi və bu prosesin aktlaşdırılması qanuniləşdiriləcək. Qanuna əsasən, saxlanma haqqında məhkəmə qərarı varsa və əgər bu qərarın son günü yeni bir qərar daxil olmayıbsa, şəxs dərhal azad olunmalıdır. Şəxs azad olunmursa, ortada cinayət məsuliyyəti yaranır, yəni saxlanma yerinin rəhbəri məsuliyyətə cəlb edilir.

Yeni qanunla əvvəlkindən fərqli olaraq saxlanılan və ya həbs olunan şəxs nəinki onun hüquqlarını müdafiə edən şəxslə, habelə ailə üzvləri və digər yaxınları ilə də görüşmək hüququ var.

Həmçinin, saxlanılan və ya həbs olunan şəxsin həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya şəxsi hesablarında olan vəsaiti hesabına həbs yerinin müdiriyyətinin vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatları, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək, dini ayinləri yerinə yetirmək, dini ləvazimatlardan və ədəbiyyatlardan istifadə etmək, bağlama, sovqat və banderol almaq; mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək, etik davranışa uyğun rəftar olunmaq, həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək hüququ var. Ancaq bir sual da yaranır : həbs olunan günahsız insanlar üçün hansı qanun qəbul olunacaq ?

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru
Source : İslamtimes
Comment