QR CodeQR Code

Azərbaycan müsəlmanları gərək Səudiyyə Şiələrindən nümunə götürsünlər

Islamtimes , 28 Jul 2012 01:38

İslamtimes - Sivil yolla həll edilməlidir bu qadağalar deyərək insanlardakı mübarizə ruhunu öldürdük.


islamtimes.org/az/ - Məlum olduğu kimi bir neçə vaxtdır ki, Səudiyyə Ərəbistanında müsəlmanlar, məxsusəndə şiələr ölüm-dirim mübarizəsi aparırlar. Bu müabirzə Səudiyyə Ərəbistanın Şiə ruhanisi Şeyx Nemerin evə gedərkən Səudiyyə təhlükəsizlik qüvvələrinin onun maşınına hücum edərək onu yaralamasından və həbs etməsindən sonra başlamışdır.

Şeyx Nemerin həbsinə etiraz əlaməti olaraq Səudiyyə Ərəbistanın bütün regionlarında, məxsusəndə Qətif və Avamiyə şəhərlərində müsəlmanlar küçələrə axışaraq kütləvi etiraz aksiyaları keçirmişdilər.

Nümayişlər zamanı Səudiyyə təhlükəsizlik qüvvələri bir neçə etirazçını qətlə yetirmiş və xeyli insanı da həbs etmişdilər. Ancaq qətllərə və həbslərə baxmayaraq mübariz şiələr müqaviməti davam etdirirlər.

Eşq olsun daim mübarizə meydanında olan insanlara. Həqiqətən bugün Səudiyyə Ərəbistanında baş verənlər bir tərəfdən insanı kədərləndirsə də, digər tərəfdən də sevindirir. Gərək Azərbaycan müsəlmanları bu baş verənlərdən ibrət götürsünlər.

Bu cür hadisələr bizim də başımıza gəldi. İlk öncə məscidi sökdülər, sonra azana qadağa cəhdi oldu, daha sonra isə hicaba qadağa qoydular. Haqq yolunda canları və malları ilə fəaliyyət göstərən qəhrəman və mübariz ruhanilərimiz İslama qarşı olan bu düşmən siyasəti və qadağalar qarşısında səssiz durmadılar.

Haqq səslərini çıxardaraq ölənə kimi bu yolda mübarizə aparacaqlarını bəyan etdilər. Lazım gələrsə bu yolda canlarını verməyə belə hazır olduqlarını bildirdilər və dedilər ki, biz hazırıq ölməyə təki İslam yaşasın.

Bu çağırışlar isə düşmənləri çox qorxutdu. Bildilər ki, əgər bu mübariz insanlar bu cür deyillərsə həqiqətdə də dediklərinə əməl edərlər. Çünki bilirlər ki, bu insanların damarlarından daim yezidlə mübarizə aparan və canını, malını, övladını, əhli əyalını bu yolda qurban verən İmam Huseynin qanı axır.

Bu səbəbdən də dərhal ruhanilərimizi iyrənc yalanlarla şərləyərək həbs etdilər. Əslində onların həbsinin səbəbi zalım hakimiyyətin bu mübariz insanlardan qorxması idi. Çünki bilirdilər ki, əgər bu insanlar azadlıqda olsa onların hakimiyyətinin sonu çatacaq.

Ancaq çox təəssüflər olsun ki, ruhanilərimizin həbsindən sonra onların apardığı mübarizə yarımçıq qaldı. Ruhanilərimiz öz vəzifələrini yerinə yetirərək həbsə düşdülər, ancaq bizlər vəzifəmizi yerinə yetirmədik.

Vəzifəmiz onları müdafiə etmək idi. Necə ki, indi Səudiyyə müsəlmanları həbs edilmiş şeyxlərinin azad olunması üçün nümayişlər keçirirlər və hətta bu yolda canlarını da qurban veririlər, biz də bu cür etməli idik. Ancaq qorxduq. Tutulmaqdan, döyülməkdən qorxduq. Bu qorxumuza da müəyyən adlar qoyaraq özümüzü aldatdıq. Sivil yolla həll edilməlidir bu qadağalar deyərək insanlardakı mübarizə ruhunu öldürdük.

Hətta bir az da irəli gedərək özümüzə daha da bəraət qazandırmaq üçün ruhanilərin səhv hərəkət etdiyi fikrini cəmiyyətdə formalaşdırmağa çalışdıq. Özümüzü siyasətçi, zirəng, düşmən hiyləsinə uymayan kimi göstərməyə çalışdıq.

Halbuki, hamımız yaxşı bilirik ki, din təhlükədə olanda hamımıza dini müdafiə etmək vacib olur. Əgər dinə qadağa qoyurlarsa dini müdafiə etmək üçün boynumuza vəzifə gəlir. Nəticə Allaha aiddir. Biz gərək vəzifəmizə əməl edək.

Ancaq təəssüflər ki, düşmən beyinlərə başqa fikirlər yeridərək müsəlmanların mübarizə ruhunu qırdı. Bir çox müsəlmanlarda bilərəkdən ya bilməyərəkdən düşmənin bu siyasətini dəstəklədi.

Ancaq bütün bunlara baxmayaraq müsəlmanların damarında mübarizlik qanı axır. Bizim Kərbəla kimi məktəbimiz, İmam Huseyn kimi müəllimimiz var. Bu hələ mübarizənin başlanğıcıdır. Qarşıda bizi xoş günlər gözləyir. Sonda möminlər dünayaya hakim olacaqlar. Çünki bu Uca Allahın vədidir. Qoy düşmənlər əllərindən gələni etsinlər. Nəyi bilirlər, nəyi bacarırlar etsinlər. Ancaq sonda bütün əməlləri puça çıxacaq və bu vaxt çox yaxındır. İzzət Allaha, Peyğəmbərə və möminlərə məxsusdur.

ISLAMTIMES - RƏHİM


Story Code: 182690

News Link :
https://www.islamtimes.org/az/article/182690/azərbaycan-müsəlmanları-gərək-səudiyyə-şiələrindən-nümunə-götürsünlər

Islam Times
  https://www.islamtimes.org