0
Sunday 29 July 2012 - 04:32

Rejimin sosial siyasəti

Story Code : 183059
Rejimin sosial siyasəti
Rejimin sosial siyasəti
Islam times.org/az/ - Azərbaycan bir cənub ölkəsi kimi su xüsusilə şirin su resurslarının qıtlığını hiss edir. Respublikanın bəzi regionlarında şirin su qıtlığı ola bilər hiss olunmasın, məsələn bu planda Dağlıq Qarabağ malik olduğu şirin su mənbələri ilə çox seçilirdi, ancaq əfsuslar ki, dilbər guşəmiz erməni işğalı altındadır.

Respublikanın şimal rayonlarında şirin su mənbələrinin qıtlığı hiss olunmur, ancaq aran – Hacıqabul, Saatlı, Sabirabad, Şirvan, Salyan, Neftçala, Kürdəmir, Ucar, Yevlax və başqa rayonlarda su böyük problemlərdəndir.

Respublikada əhalinin sıxlığına görə birinci, əhalinin say tərkibinin bir neçə dəfə üstələndiyi Bakıda da su qıtlığı mövcuddur. Oğuz Qəbələ su kəməri isə hələlik hiss olunacaq dərəcədə bu problemi aradan qaldırmayıb, baxmayaraq prezident İlham Əliyev dəfələrlə paytaxtın su qıtlığı porbleminin aradan qaldırılacağı ilə bağlı bəyanatlar verib.

İyulun 16-da prezidenti İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində iştirak edib və ictimaiyyət qarşısında çıxış edib. Çıxışı zamanı Ölkədə iqtisadiyyatın sosial təmayüllü olduğunu səsləndirməklə maraqlı fikirlərə imza atan Prezident deyib ki, Ölkəmizdə qazlaşdırma layihələri icra edilir.

Vəzifə qoyulmuşdur ki, gələn ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatsın. Ucqar dağ kəndləri istisna olmaqla bütün qalan kəndlərə təbii qazın verilməsi nəzərdə tutulur. Altı rayonda 100 faiz qazlaşdırma gələn ilin sonuna qədər başa çatmalıdır. Kənd yollarının tikintisi ilə bağlı ciddi tədbirlər görülür.

Prezidentin Ehtiyat Fondundan ən çox ayrılan vəsait məhz kənd yollarının tikintisinə yönəldilir. Bu da təbiidir. Çünki kəndlərdə yollar, onların vəziyyəti bizi qane edə bilməz və biz yeni müasir asfalt yolların tikilməsi ilə bu böyük problemi də həll etmiş oluruq. Yenə də bu məsələnin həlli üçün konkret
tapşırıqlar verilmişdir, müddət müəyyən edilmişdir və əminəm ki, gələn ilin sonuna qədər əksər kəndlərdə yeni yollar çəkiləcək və bu proses bundan sonra da davam edəcəkdir. Elə etməliyik ki, Azərbaycanda bütün kəndlərdə yaxşı yollar olsun. Yəni, bu böyük layihələr əslində Azərbaycanda mövcud olan infrastrukturun yeniləşdirilməsi məqsədini daşıyır. Bunların içində su və kanalizasiya problemləri xüsusi əhəmiyyət kəsb edir. Çünki su həyat, inkişaf deməkdir, kənd təsərrüfatının inkişafı, insanların sağlamlığı deməkdir.

Burda prezidentlə razılaşmamaq vacibliyi ortaya çıxır. Azərbaycanda ucqar dağ kəndlərinin sakinləri sayına görə çox deyil ancaq on minlərlədir. Onların təbii qaz istehlakçısına çevrilməməsi ayrı seçkiliyi nə ilə bağlıdır ? 95 faiz qazlaşdırılan kəndlər deyəndə hansılar nəzərdə tutulur ? Məsələn, Prezidentin xəbəri varmı ki, Bakının rayonu sayılan Sabunçunun Nardaran adlı kəndində qaz təchizatı nə yerdədir ?

Nardaran mərkəzdən cəmi 25 km aralıda yerləşir. Respublikanın bir çox rayonlarında qaz var, bununla mübahisə etmirəm, ancaq mən anlamıram ki, Bakının mərkəzindən 25 km məsafədə yerləşən Nardaranda qaz niyə yoxdur. Və ya Pirşağada. Su məsələsi də onun kimi.

Binəqədi və Suraxanı rayonunun böyük hissəsi su problemi ilə çarpışır bir qırağa da çıxa bilmir. O zaman gərək bu nəticəyə gələk ki, müəyyən yaşayış yerləri hakimiyyət tərəfindən bilərəkdən ayrı seçkiliyə məruz qalır.

Çıxışında Prezident valyuta ehtiyatlarımızın artımından, maddi imkanlarımızın, texniki imkanlarımızın, genişlənməsindən danışmaqla Azərbaycanda infrastruktur layihələrində iştirak edən şirkətlərin mütləq əksəriyyətinin yerli şirkətlər olduğuna sevinir. Həqiqətən də sevindiricidir, ancaq bu məsələnin görü
nən, daha doğrusu ictimaiyyətə göstərilən tərəfidir.

Mahiyyətdə isə birincisi bu şirkətlərin az bir qismi özəl mülkiyyətə aiddir, ikincisi isə özəl mülkiyyət olan bu şirkətlər (Paşa İnşaat, AZİNKO holdinq, ZQAN inşaat və b.) bir başa və ya dolayısıla hakimiyyətdə təmsil olunan şəxslərin özlərinə, ailə üzvlərinə aiddir. Nəhayət 3-cüsü bu şirkətlərin tenderlərdə nec qalib gəlməsi və ümumiyyətlə hansı rəqabət şəraitində qalib gəlməsi böyük sual altındadır ki, bununla bağlı bir neçə jurnalist araşdırması aparmaqla Xədicə İsmayılova çox mətləblərə aydınlıq gətirdi.

Üzünü ictimaiyyətə tutan İlham Əliyev deyir : “Sosial siyasət bizim siyasətimizin ayrılmaz hissəsidir. Mən dəfələrlə demişəm ki, biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və Azərbaycanın uğurları bunun əyani sübutudur. Ancaq bununla bərabər, biz güclü sosial siyasət aparılmadan inkişaf edə bilmərik. Çünki bizim bütün işimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı dayanır və Azərbaycan vətəndaşının rahat, rifah içində yaşaması bizim başlıca borcumuzdur. Ona görə sosial siyasətin aparılması müxtəlif istiqamətlərdə özünü büruzə verir – bu layihələrin icra edilməsində, kənd yollarının tikintisində, qazlaşdırma layihələrinin həyata keçirilməsində, sosial ödəmələrin, əmək haqqının, pensiyaların artırılmasında, sovet dövründən qalmış əmanətlərə kompensasiya verilməsində, ünvanlı sosial proqramın icra edilməsində. Bu siyahını davam etdirmək olar.

Azərbaycan o nadir ölkələrdəndir ki, hətta böhranlı illərdə sosial proqramları ixtisar etməmiş, əksinə onları artırmışdır”.

Prezidentin xəbəri varmı ki, əmək qabiliyyətli əhalinin neçə faizi işləyir ? Əmək qabiliyyətli əhalinin neçə faizi Rusiya bazarlarında işləyir ? Əmək haqqı və pensiyaların artımı mövcud infilyasiya tempi ilə nə dərəcədə istehlakçı xeyrinə uyğunlaşmasından xəbəri varmı ?

Azərbaycanda bu vaxta qədər olmayıb ki, bir insan ölsün ancaq dəfn olunmsın. Masallının Qoşatəpə kəndində Bəhluqə xala rəhmətə getdi və 8 gündən sonra dəfn olundu. Kimsəsiz idi ? yox, 3 oğul anası və dul qadın idi, sadəcə olaraq onun övladları kəndin digər cavanları kimi işsizlikdən Rusiyada yaşayır və kənd boşalıb və orda qalan yaşlı sakinlərin də bir birindn xəbəri yoxdur. Bu da əliyev rejiminin sosial siyasəti.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru
Source : Islamtimes
Comment