0
Monday 30 July 2012 - 17:38

İsrail CIA-ya qarşı casusluq edir

Story Code : 183434
İsrail CIA-ya qarşı casusluq edir
İsrail CIA-ya qarşı casusluq edir
“Associated Press” İsrailin kəşfiyyat idarəsi MOSSAD-ın Amerikanın kəşfiyyat idarəsi CIA-ya qarşı casusluq fəaliyyətlərindən yazır. Qeyd olunur ki, ABŞ kəşfiyyatçılarının yükləri Tel-Əviv səfərində məxfi şəkildə nəzərdən keçirilir. Xəbərdə qeyd olunur ki, CIA MOSSAD-ı bu işinə görə ittiham edib. Ağ Ev hər vasitə ilə sionist rejimlə rabitələrini gücləndirmək istəsə də ABŞ kəşfiyyatı İsrailin Ağ Evə qarşı casusluq fəaliyyətlərini ortaya qoyub.

"Associated Press" öz məlumatında uyğun ittihamları təsdiqləyən hadisələrdən yazır. Agentlik bildirir ki, İsrailin xüsusi xidmət orqanları fürsət düşən kimi amerikalıların ixtiyarında olan təchizat vasitələrini gizli şəkildə araşdırırlar. Bu hadisələrdən birində CIA başçılarından biri Tel-Əvivdə olarkən mərkəzlə əlaqə saxladığı qurğunun dinlənildiyinə şahid olub. Hadisə ilə bağlı ABŞ kəşfiyyatının üç nüfuzlu məmuru məlumat verib. "Associated Press" yazır ki, MOSSAD hətta ona ən yaxın olan ABŞ kəşfiyyatına etibar etmir. ABŞ kəşfiyyatının iki sabiq əməkdaşı məlumat verir ki, İsraildə olarkən onların otağında soyuducuda xüsusi qurğular yerləşdirilib. Göründüyü kimi, ABŞ kəşfiyyatı üçün ən təhlükəli qüvvələrdən biri elə İsrail kəşfiyyatıdır. Amma hazırda bu mövzu gizli saxlanılıb, mətbuata yetərincə açıqlama verilmir. Hər vasitə ilə cəhd göstərilir ki, Ağ Evin Tel-Əvivlə dostluğu fikri yaradılsın.

ABŞ təhlükəsizlik xidməti İsraili öz kəşfiyyatına münasibətdə dost hesab etmir. Məlumatda bildirilir ki, MOSSAD təkcə CIA-nı izləməklə kifayətlənmir, ABŞ kəşfiyyatçılarına qarşı təxribat xarakterli fəaliyyətlər göstərir. Hətta Corc Buşun dövründə bir ABŞ kəşfiyyatçısının MOSSAD tərəfindən öldürüldüyü bildirilir.

İsrailin ABŞ-dakı sözçülərindən olan Leyr Vintrab İsraillə Vaşinqtonun yaxın əlaqələrindən danışarkən deyib: “MOSSAD-la CIA arasında yaxın və geniş rabitələr var. ABŞ kəşfiyyatı bizim ən yaxın həmkarımızdır. Bu iki xidmət arasında hər hansı inamsızlıq əsassızdır. Göründüyü kimi rəsmilər bu qarşıdurmanı pərdələməyə çalışır. Yaxın vaxtlarda belə bir məlumat yayılmışdı ki, həm ABŞ kəşfiyyatı, həm də Britaniyanın MI6 kəşfiyyat idarələri əslində MOSSAD-ın bir şöbəsidir və onun tapşırıqlarını yerinə yetirir.
Comment