0
Tuesday 7 August 2012 - 22:08

Sevindirici hədiyyə olmadı

Sənədə görə, hazırda 12 jurnalist həbsdədir.
Story Code : 185739
Sevindirici hədiyyə olmadı
Sevindirici hədiyyə olmadı
Islam times.org/az/ - Oxucular yəqin müşahidə edib ki, 2012-ci ilin əvvəlindən Azərbaycanda söz və ifadə azadlığı digər vətəndaş azadlıqlar kimi dərin basqı altındadır. İctimai fəallar və jurnalistlər, mətbuat orqanları hakimiyyətin təzyiqlərinə ən çox məruz qalan tərəflərdir.

Həbs olunanlar arasında da mətbuat nümayəndələri ictimai və siyasi fəallardan daha çoxdur, 2012-ci ilin birinci yarısında siyasi motivli həbslər müqayisədə azdır. Cari ilin birinci yarım ili üçün Media Hüququ İnstitutunun hazırladığı hesabatda bu müddət ərzində Azərbaycanda mətbuat təmsilçilərinin durumu və məruz qaldıqları təzyiqlər işıqlandırılıb.

Həbslər və cinayət ittihamları fəslində jurnalist Anar Gəraylının 10 sutka həbs olunmasından, fotoreportyor Mehman Hüsynova cinayət işi açılmasından, bloqçu Bəxtiyar Hacıyevin azadlığa buraxılmasından bəhs olunur.

Sənədə görə, hazırda 12 jurnalist həbsdədir. Onlar Əvəz Zeynallı (“Xural” qəzetinin baş redaktoru), Aydın Canıyev (“Xural”ın bölgə müxbiri), Ramin Bayramov (Dini məzmunlu www.islamazeri.az saytının ba
redaktoru), Anar Bayramlı (İranın “Səhər” telekanalının Bakı reportyoru), Vüqar Qonaqov və Zaur Quliyev (Qubadakı regional “Xəyal” televiziyası), Əbülfəz Bünyadov (“İslam həqiqətləri” qəzetinin baş redaktoru), Nicat Əliyev (“Azadxeber.org” saytının baş redaktoru), İlham Süleymanov (“Gündəm Xəbər” qəzetinin və “Yeddi Gün” informasiya Agentliyinin aran bölgə müxbiri), Taleh Xasməmmədov (hüquq müdafiəçisi, Azadlıq qəzetindəki yazıları, açıqlamaları ilə tanınıb), Fərəməz Novruzoğlu, Hilal Məmmədov (“Talışi Sədo” qəzetinin baş redaktoru).

Onlar 2011-сi ilin avqust ayından sonrakı dövrdə həbs cəzası alanlardır. Ancaq jurnalistlərə qarşı irəli sürülən rəsmi ittihamların əksəriyyəti onların peşə fəaliyyəti ilə yox, narkotik vasitələrlə bağlıdır.

Həbsdə olan 5 jurnalistə qarşı narkotik vasitələrdən istifadə və ya saxlama ittihamları irəli sürülüb. Digər jurnalistlərsə dövlətə xəyanətdə, rüşvət tələb etməkd
, xuliqanlıqda, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmədə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

Ancaq sadalanan ittihamların əksəriyyətinin doğruluğuna ciddi şübhələr var. Həbsdə olan jurnalistlərin vəkilləri və yaxınları onların həbs edilmələrinin əsas səbəbinin jurnalist fəaliyyəti olduğunu, onları susdurmaq üçün şərləndiklərini iddia edirlər. Vəkillərin bu iddiaları məhkəməyə, istintaq orqanlarına təqdim etdikləri sənədlərdə də əksini tapıb. Burda bir neçə məsələni vurğulamaq lazımdır.

Birincisi 12 məhbus jurnalistin 7 nəfəri dindar şiə jurnalistdir. Bu 7 nəfərin 5 nəfərinə sadə xalq arasında islam jurnalistləri deyirlər, bu onların fəaliyyət istiqamətləri ilə bağlıdır. Başqa bir məsələ odru ki, Anar Bayramlı başda olmaqla həmin 5 nəfər jurnalistin adlarının hesabata düşməməsi üçün yenə də əlindən gələni etməyə çalışan hüquqmüdafiəçiləri oldu və hüquqmüdafiəçilərinin adları artıq bəllidir, onlar dindar məhbusların adlarının Ştrasserin
iyahısına düşməsinin də əleyhinə ididlər.

Digər bir məsələ ondan ibarətdir ki, bu adamlar siyasətçi deyil, siyasi iddiaları yoxdur, onların həbsi söz və fikir ifadə etdiyi üçün baş verib. Əslində Mövsüm Səmədov başda olmaqla heç dindar məhbusların da siyasi iddiaları yoxdur, onların həbsinin tək bir səbəbi var onu da bu yazımda yazmayacağam, çünki əvvəlki yazılarımda yazmışam.

Hesabata görə, 2012-ci ilin birinci yarısında defamasiya ilə bağlı 17 iddia və şikayət məhkəmə icraatına qəbul edilib. İddiaçı və şikayətçilər məmur və iri sahibkarlar olublar. İddia və şikayətlər “Yeni Müsavat”, “Azadlıq” və “Xural” qəzetlərinə qarşı qaldırılıb. 6 iş xüsusi ittiham qaydasında qaldırılıb, jurnalistlərin həbsi istənilib. Məhkəmələr hələlik həmin işlər üzrə qərar verməyiblər.

6 ayda mediadan istənilən kompensasiyanın ümumi məbləği 2 600 000 AZN-dən artıq olub. Məhkəmə qərarları ilə medianın üzərinə ən azı 91 000 AZN təzminat ödəmək vəzifəsi qoyulub
Ən ağır təzminatlara “Xural” və “Azadlıq” qəzetləri məruz qalıb.

Defamasiya iddia və şikayətlərinin əsas hədəfində olan nəşr müxalif məzmunlu “Yeni Müsavat” qəzeti, onun kollektivi olub. Hökuməti, hökumətdəki ayrı-ayrı siyasi qrupları, nazirləri, müxtəlif vəzifəli məmurları sərt tənqid edən qəzetə qarşı ən azı 11 məhkəmə işi davam edir.

Qəzetdən tələb olunan təzminatın ümumi məbləği milyonlarla manatla ölçülür. Hesabatda mediaya qarşı çıxarılan məhkəmə qərarlarının ədalətli olmadığı, heç bir qərarın Avropa Məhkəməsi təcrübəsinə söykənmədiyi vurğulanır.

İnstitut hökumətə tövsiyyə edir ki, ifadə azadlığı ilə bağlı qanunvericilikdəki boşluqların aradan qaldırılması, mövcud mütərəqqi müddəaların işləyişinin təmin olunması istiqamətində gərəkli addımlar atılmalıdır.

Ən qısa zamanda defamasiya (nüfuzun qorunması) haqqında qanun qəbul edilməli, Ali Məhkəmə ifadə azadlığı ilə bağlı işlərə baxılma qaydaları ilə bağlı tövsiyyə xarakterli Plenum Qərarları qəbul etməlidir. İfadə azadlığı üçün çox təhlükəli olan müddəalar qanunvericilikdən çıxarılmalıdır.

Son zamanlarda “İnformasiya əldə edilməsi haqqında”, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Kommersiya sirri haqqında” qanunlara edilən əlavə və dəyişikliklər ləğv olunmalıdır. İnstitutun bu tövsiyyələri yerinə yetirilməsi vacib olan addımlar olsa da, bu hakimiyyətə baxanda bunları etməyəcəyini düşünürsən.

Əksinə söz və ifadə azadlığının bir qədər də məhdudlaşdırılmasını gözləmək olar. Ancaq hələlik mətbuat günü ərəfəsində ictimaiyyətə təqdim olunan son 6 ayın hesabatı mətbuat üçün həqiqət olasa da sevindirici hədiyyə olmadı.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru
Source : İslamtimes
Comment