QR CodeQR Code

İsraillə baş-başa durası Türkiyə indi İsrailə gələn bəlalara sipər olub

2 Sep 2012 12:12

IslamTimes - Türkiyə ötən bir ildə İsraili gündəmdən çıxarıb özü onun yerini tutdu. Türkiyə mətbuatı yazır ki, Ankaranın xarici siyasəti tənqid olunmalıdır. Hazırda Türkiyənin apardığı siyasətdən yalnız İsrail faydalanır...


Türkiyə ötən bir ildə İsraili gündəmdən çıxarıb özü onun yerini tutdu. Türkiyə mətbuatı yazır ki, Ankaranın xarici siyasəti tənqid olunmalıdır. Hazırda Türkiyənin apardığı siyasətdən yalnız İsrail faydalanır. Belə ki, Türkiyə İsraili hədəfdən götürərək özünü hədəfə çevirib. Suriyada baş verən hadisələrdən kim yararlanır, Türkiyə, yoxsa İsrail?!


HaberTürk qəzeti yazır ki, Suriya məsələsindən qabaq Türkiyənin nüfuzu çox yuxarı idi. Biz Suriya ilə dost idik, yaxın rabitələrimiz vardı. Artıq Suriya PKK-nı müdafiə etmirdi. Terroristlərin Türkiyədən ayağı kəsilmişdi. İraq, İranla münasibətlərimiz istiləşirdi. Qəzet yazır ki, Hizbullah İran və Suriyanın dəstəyi sayəsində İsraillə vuruşur. HƏMAS Suriyadan himayə olunur. İran İsrail qarşısında ən böyük təhlükədir. Türkiyə ilə Suriya münasibətlərinin korlanması Ankaranı çıxılmaz vəziyyətə saldı. Nəticədə İraqla, İranla münasibətlər korlandı. Beləcə Türkiyə İsraili hədəfdən götürüb, özü onun yerində dayandı. Beytül Müqəddəsdə çap olunun Əl-Minar Ankaranı tənqid edərək sual verir ki, nə üçün Türkiyə Qoşulmama Hərəkatının yox, NATO-nun üzvüdür? Fələstini himayə edəcəyi gözlənilən Türkiyə nə üçün bu hərəkata qatılmadı?!

Əl-Minar yazır ki, Türkiyənin öhdəçiliyi var və o azad deyil. O Amerika qarşısında məsuliyyət daşıyır. NATO üzvü olan Ankara İsraili himayə etmək əmri alıb. Əl-Minar xatırladır ki, Qoşulmama Hərəkatının 16-cı sammiti Türkiyənin üzünə bağlı qaldı. Belə görünür ki, Türkiyə ABŞ və İsraillə razılaşdırılmamış addım ata bilmir. Ankara nüfuzunu hər an itirməkdədir. Türkiyə Vaşinqton tərəfindən istiqamətləndirilir və beləcə dünya birliyinin gözündə alçalır. Ankara dövləti Türkiyə ərazisini ABŞ və İsrailin ixtiyarına verib. Suriya hökumətinə qarşı terrorçulara öz ərazisində düşərgə verməsi daha bir ağrılı nöqtədir.


Story Code: 192051

News Link :
https://www.islamtimes.org/az/article/192051/israillə-baş-başa-durası-türkiyə-indi-israilə-gələn-bəlalara-sipər-olub

Islam Times
  https://www.islamtimes.org