0
Tuesday 4 September 2012 - 22:46

Qətər əmirinin yəhudi arvadı ərinin cinayətlərinə şərikdir

Story Code : 192795
Qətər əmirinin yəhudi arvadı ərinin cinayətlərinə şərikdir
Qətər əmirinin yəhudi arvadı ərinin cinayətlərinə şərikdir
Mötəbər mənbələr xəbər verir ki, Qətər əmirinin Tutə adlı dördüncü arvadı Mərakeş əsilli yəhudidir. Bu qadının adı nadir hallarda çəkilir. Bu vaxta qədər az adam bilib ki, Qətər əmiri Həmd ibn Xəlifə ali-Saninin yəhudi arvadı var. Məşhur Livan analitiki Nasir Qəndilə məxsus Topnews agentliyi yazır ki, Tutə Mərakeş yəhudilərindəndir və ərinin cinayətlərinə şərikdir. Bu qadının İslam mütəfəkkiri Bukaşuş Yusifin və təhlükəsizlik zabiti Süfyanın qətlində iştirakı olub.

Din aliminin qətlə yetirilməsi səbəblərini nəzərdən keçirəcəyik. Amma öncə Şeyx Həmdin arvadları ilə bağlı bir neçə nöqtəni xatırladaq. Bu günə qədər belə bir fikir var idi ki, Qətər əmirinin üç arvadı var. Dördüncü arvad barədə kimsədə məlumat yox idi. Bu qadın əmirin Təncə şəhərindəki sarayında bir növ xəlvət həyat sürür. O sonradan bu qadınla rəsmi nikaha girib. Bu da bildirilir ki, Şeyx Həmdin arvadları arasında Tutənin xüsusi mövqeyi var və o Şeyxin qərarlarına təsir göstərir. Bu günə qədər mətbuatda Muzə binti Nasir əl-Məsnəd adlı arvadın əmirə yaxınlığı düşünülürdü. Sonradan qadınlar arasındakı kin-küdurət mətbuata çıxdı və Muzənin Mərakeşdə xüsusi saray tiktirdiyi xəbər verildi. İndi Qətər əmiri Mərakeşə gedəndə həmin sarayda qalır. Homoseksualların paytaxtı kimi tanınan Mərakeşdə baş nazir Həmd ibn Casim ibn Cəbr Ali-Saninin dəbdəbəli bir imarəti var. Bu bina Muzənin sarayı yaxınlığındadır. Bəzi mənbələr Qətər əmiri olmayan vaxtlarda bu iki nəfərin xəlvəti görüşlərindən yazır. Qətər əmirinin sağ əli olan Muzənin əmirin sirr sandıqçası sayılan Həmd ibn Casimlə rabitələri dastana çevrilib.

Qətər əmirinin dördüncü arvadının yəhudi olmasını Bukaşuş Yusif ifşa edib. Elə bu səbəbdən də Qətər əmiri Mərakeş kralından Yusifin aradan götürülməsini istəyib.

Beləcə, Bukaşuş Mərakeş xəstəxanalarının birində yatan anasını yoxladıqdan sonra bayıra çıxdıqda Mərakeş Təhlükəsizlik Xidmətinə məxsus avtomobillə vurulub və qətlə yetirilib. Bunun ardınca hadisədən məlumatlı olan təhlükəsizlik zabitlərindən biri həyat yoldaşı ilə birlikdə zəhərli pitza yeməklə dünyasını dəyişib. Mərakeşdə üzərində ünvan yazılmayan pitza satılmadığı halda zabitin qətli ilə bağlı araşdırmalar nəticəsiz qalıb.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment