0
Wednesday 19 September 2012 - 00:30

Perspektivi olan Surix protokolları

Story Code : 196588
Perspektivi olan Surix protokolları
Perspektivi olan Surix protokolları
Islam times.org/az/ - Ötən həftələr hamının başı Ramil Səfərov olayına qarışan zaman Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun verdiyi bir açıqlama diqqətdən kənar qalmamalı idi. Davutoğlu deyib : “Biz Suriya danışıqlarının Türkiyədə keçirilməsini istərdik, eləcə də Azərbaycan və Ermənistan arasındakı danışıqların İstanbulda keçirilməsini istərdik”.

Davutoğlunun bu açıqlamasını təsadüfi saymayanlar da var. Açıqlamadan bir müddət əvvəl Türkiyəyə səfər edən ABŞ Dövlət Katibinin Avropa və Avrasiya üzrə yəhudi əsilli köməkçisi Filip Qordon rəsmi Ankaraya çatdırdığı mesajda Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsini Surix protokolundan ayırmağı tövsiyyə etmişdi.


Onu da deyim ki, erməni türk yaxınlaşmasını əks etdirən Surix protokolunun müəlliflərindən biri Qordondur. Davutoğlu amerikalı diplomata verdiyi cavabında bildirib :
“Ermənistan tərəfinə dəfələrlə təkidli surətdə xahiş etmişəm ki, heç olmasa bir rayonu qaytarsınlar ondan sonra İlham Əliyevi sülh müqaviləsinə imza atmağı vadar edərəm”.

ABŞ ekspertlərinin fikrinciə kimsənin əsası yoxdu desin ki, Türkiyə münaqişə ilə bağlı mövqeyində dəyişiklik etməyib. 1992-ci ilin martın 11-də NATO-nun Brüssel sammitində o zamankı xarici işlər naziri Hikmət Çətin, şimali atlantika blokunun ordu birləşmələrinin münaqişə bölgəsinə gəlib sülhü təmin etmək üçün qərar qəbul etdirilməsinə kifayət qədər səy göstərdir.

Qarabağa gələcək NATO ordusunun sıralarında türk əsgərlərinin olacağı aydın məsələ idi. O zaman bu təklif dəstək qazanmadı və NATO dövlətləri ortada Rusiya amilini nəzərə almaya bilməzdilər baxmayarq ki, Rusiya həmin dövrdə çox ağır durumda idi həm də Çeçenistanla müharibə aparırdı, Türkiyə isə toplantı iştirakçısı olan ölkələrə mövqeyi ilə bağlı mesajını vermiş oldu.

Ancaq növbəti dəfə eyni təklifin türk diplomatının səsləndirməsi eyni məqsədlə deyildi. Xatırlayırsınızsa 1993-cü ildə H.Əliyev hakimiyyətə gəldiyində NATO sülhməramlılarının münaqişə bölgəsinə gəlməsi ilə bağlı Türkiyə tərəfinin təklifi Azərbaycan tərəfdən rədd edildi.

O zaman H.Əliyev elə bildi ki, Türkiyə bura ordu göndərməklə həm də onu hakimiyyətdən uzaqlaşdırıb, yenidən Elçibəyi hakimiyyətə gətirəcək. KQB generalı bunun qarşısını ala bildi.

Hazırda Ermənistan tərəfi Türkiyədən sağlam mövqe nümayişi gözləyir, bir müddət əvvəl Ermənistan xarici işlər nazirinin müavini Şavraş Köçəryan bəyan etdi ki, əgər Davutoğlu həqiqətən bölgədə sülhə nail olub Ermənistan və Türkiyə sərhədlərinin açılmasını istəyirsə o zaman İlham Əliyevi Xankəndi ilə bir danışıqlar masası ətrafında oturmağa vadar edə bilər və bu ədalətli format olardı.

Erməni diplomatının bu açıqlaması o zaman baş verdi ki, türk və avropa mətbuatı Türkiyə ilə Ermənistan arasında Surix protokollarının bərpası üzrə gizli danışıqları gedir.

Türkiyə xarici işlər nazirinin sözçüsü Səlcuk Unal bu günlərdə açıqlama verərək Surix protokollarının Sarkisyan üzündən dalana dirənməsi baş verib.

Bununla türklər “günah bizdə deyil, biz hazırıq” mesajını vermiş oldu. Bunun ardınca erməni türkoloqu Levon Ovsepyan bəyan etdi ki, AKP hakimiyyətində heç də hamı Azərbaycan tərəfinin arzularını Türkiyə üçün məqbul saymır, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını istəyənlər də az deyil.

Azərbaycan ekspertləri də bu qənaətdədirlər ki, Surix protokolu hər zaman gündəmə gəlmək üçün perspektivi olan məsələdir, bir qədər də Türkiyənin Azərbaycana qarşı diplomatik təzyiq mexanizmidir.

Kiçik bir təkan Surix danışıqları üçün uğurlu nəticə verə də bilər. Çünki hazırda kürd məsələsi Türkiyəni daha çox narahat etməyə başlayıb, Suriyada ABŞ-ın tövsiyyəsi ilə Əsədə qarşı cəbhə alan Türkiyə faktiki olaraq Suriyada kürd hökumətinin yaranmasına öz əlləri ilə rəvac verdi və bunun fısadı ondadır ki, bu addımlar geriyə doğru çətin işləsin.

Belə olan halda Ermənistanla münasibətlərin normallaşması və bundan daha artıq Rusiya ilə daha sıx münasibətlər Türkiyə üçün çox lazımlı ola bilər. Qarabağ danışıqlarının İstanbulda keçirilməsi məsələsində Türkiyə öz maraqlarından çıxış edərsə Azərbaycan tərəfini Ermənistana yem edə bilər, bununla da başqasının evində oynayıb öz evində sabitliyə şərait yaratmış olar.

Bundan sonra qərbi və Azərbaycanı Cənubi Qafqazda türk maraqlarını güdaza verməkdə ittihm edə bilər. Əvəzində Rusiya ilə əlaqələrin inkişafına təkan vermiş olar.

ABŞ ekspertləri də eyni mövqey bölüşür ancaq müəyyən fərqlərlə. Amerikalı ekspertlərə görə Türkiyənin Rusiya ilə yaxınlaşması istənilən halda məhduddur və buna görə narahat olmağa dəyməz.

Ancaq İranla münasibət qurub İsraillə münasibətlərin korlanmasına ABŞ səssiz qalmayacaq, hətta Əsəd sonrası Syriyada belə kürd kartından Türkiyəyə qarşı istifadə perspektivi mövcuddur.

Mən bir az əvvəl həm də ona görə yazdım ki, Suriyadakı kürd hakimiyyəti məsələsinin geriyə dönüşü çətin olsun. Eyni zamanda Türkiyənin Azərbaycanla münasibətlərinin qurulmasına ABŞ əsla qarışmadığını bildirsə də bəlli ki, Ermənistanla əlaqələrin bərpasını Rusiyadan az istəmir.
Bu baxımda Türkiyə axır zamanlar daha çox götür qoy edir və bu yaxınlarda Azərbaycana səfər edəcək prezident Putinin mövqeyində dəyişiklik olma olmaması diqqət etmək lazımdır.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment