0
Sunday 23 September 2012 - 21:00

Suriyaya müdaxilənin ağır xərcləri

Story Code : 197742
Suriyaya müdaxilənin ağır xərcləri
Livanın “Ən-Nəhar” qəzetinin baş redaktoru Cihad Əz-Zin bu barədə yazır: Türkiyənin Suriya böhranına, BƏƏS rejiminə qarşı qiyama münasibəti Pakistanın Əfqanıstan hadisələrinə münasibətinə bənzəyirmi? Pakistanın münasibəti Əfqanıstan Sovetlər Birliyi tərəfindən işğal ediləndən bu günədək dəyişməyib. Türkiyənin bugünki mövqeyinin hansı sonucları var?

Türkiyədə təfriqələrin yaranması ilə bağlı ehtimallar güclüdür. Bütün tərəqqi və yeniliklərə baxmayaraq Türkiyə cəmiyyətinin əsasını orta təbəqə təşkil edir. Bu orta təbəqədə bir yekdillik var. Həmin yekdillik iki amildən qaynaqlanır. Millətçilik və Qərbə münasibət. Bu orta təbəqəyə kapitalist quruluşu lazımı diqqət ayırsa da cəmiyyətin aşağı təbəqəsinə tam diqqətsizlik göstərilir.

Bu gün Türkiyədə daxili birliyin pozulması ilə bağlı ehtimallar güclənməkdədir. Bunu təkcə siyasətçilər və müxalifət demir. Ölkənin iqtisadi göstəriciləri də bu fikiri təsdiqləyir. Mütəxəssislər ordunun ölkədə qiyamçılara qarşı səlahiyyətini araşdırır. Türkiyə sənətkarlar və tacirlər təşkilatının rəisi Türkiyə siyasətinə istibdadın qayıdışından təəssüflənir. O bildirir ki, qarşıdurmalar, dəstələrə parçalanma Türkiyənin bütün nailiyyətlərini puça çıxara bilər. Bəyanatdan aydın olur ki, ölkənin tanınmış siması olan Ümit Buner Türkiyənin iqtisadi durumuna görə narahatdır.

Türkiyə ələviləri öz sıralarını genişləndirməkdə və fəallaşmaqdadır. Türkiyə hadisələrini araşdıranlar ələvilər mövzusuna da diqqət ayırır. Suriya böhranı başlayan zamandan Türkiyə ələviləri aksiyalar keçirdilər, hətta Suriya qaçqınları ilə baş-başa gəldilər. Türkiyənin Hatay məntəqəsindən başqa məntəqələrdə də, Anadoludan İstanbula qədər yaşayan ələvilər hadisələrə təsir gücünə malikdir. Qeyri-ələvi mərkəzlərin hesabatına görə Türkiyə cəmiyyətinin 15%-ni ələvilər təşkil edir. Ələvi mərkəzləri isə bu rəqəmin 25% olduğunu bildirir. Hər halda bu say Misirdə qibtilərin, Pakistanda şiələrin sayına yaxındır.

Türkiyə ələviləri adət-ənənə, məzhəb baxımından bir-birlərindən fərqlənir. Qərb ekspertlərinin Türkiyə ilə bağlı mühüm mövzularda açıqlamaları var. Onlar bildirirlər ki, İskəndəriyyə, Antakiya, İrsuz məntəqəsində yaşayan ərəb ələvilər başqa ələvilərdən məzhəbcə fərqlənir. Məqalə müəllifi bildirir ki, belə bir bölgü onun şəxsi araşdırmalarına əsasən düzgün deyil. Ələvilər arasında adət-ənənə baxımından başqa fərqlər də ola bilər. Belə fərqlər türk, ərəb, kürd və alban əsilli tayfalar arasında ixtilaf yarada bilər. Amma bu tayfaların inancları eynidir. Qərb mütəxəssisləri ya türkcə ədəbiyyatdan, ya da bu ədəbiyyatın ingiliscəyə tərcüməsindən yararlanır. Onlar bəziləri dini mərasimlərdə iştirak ediblər.

Ərəblər haqqında iki mühüm nöqtə qeyd etmək olar. 1923-cü ildə yeni Türkiyə yarananda bir çox Anadolu əkinçiləri, İstanbul, İzmir, Ankaraya köçdülər. Onlar bu şəhərlərdə böyük ibadətgahlar tikdilər. Ələvilərin öz məzhəbinə sədaqəti Türkiyədə yeni cəmiyyətin yaranması ilə bağlı idi. Mən İstanbulun Asiya hissəsindən olan sünni dostumla görüşdüm – yazır müəllif. Orada öz dini ənənələrinə əməl edən ələvilər gördüm.

Ələvilər arasındakı ixtilaflar Osmanlı dövründə iki amildən qaynaqlanır. Avam təbəqə və xüsusi təbəqə. Avam təbəqə deyəndə cəmiyyətin əksəriyyətini təşkil edən əkinçilər nəzərdə tutulur. Xüsusi təbəqəyə sünni-sufi məsləkli insanlar daxildir. Osmanlı ordusunun Yeniçərlər adlanan xüsusi qrupları bu sünnilərdən olub. 1826-cı ilə ordudakı qrup ləğv olunandan sonra bu adamlar böyük şəhərlərdə, xüsusi ilə balkanlarda məxfi ələvi firqəsi kimi formalaşıblar.

Türkiyə ələvilərində bir həmrəylik var. Ələvilər ictimai baxımdan yekdildirlər, adət-ənənələrində ümumilik var. Türkiyədə tayfa dəyərlərindən üstün dəyərlər də formalaşmaqdadır. Öz məzhəbinin rəsmi tanınmasını istəyən ələvilər heç vaxt siyasi tələblə çıxış etməyiblər. Hazırkı siyasi şəraitdə biz fundamental sünni cərəyanların güclənməsinə şahid oluruq. Maraqlıdır ki, bu cərəyan Türkiyənin ərəb proseslərinə müdaxiləsinə nə qədər təsirlidir?

Kürdlər Türkiyə üçün bir təhlükə sayılır. Bütün Türkiyə ərazisində kürd problemi yaşanmaqdadır. Zaman qəzetinin şərhçisi İhsan Dağı yazır ki, Ədalət və İnkişaf partiyası kürdləri yeni müxaliflər olaraq qabartmaqdadır. O bildirir ki, kürdlər gələcəkdə Türkiyə üçün əsas problem olaraq qalacaq. Kürdlərin silahlı müqaviməti gücləndiyi bir vaxtda Türkiyə baş naziri Ərdoğan bu mövzuda fövqəladə iclas keçirdi. Hətta bəzi təhlilçilər Ədalət və İnkişaf partiyasında prinsipial dəyişiklikləri proqnozlaşdırdılar.
Comment