0
Sunday 28 October 2012 - 17:30

Sağlam cəmiyyətə aparan yol... (üçüncü hissə)

Story Code : 199560
Sağlam cəmiyyətə aparan yol... (üçüncü hissə)
Sağlam cəmiyyətə aparan yol... (üçüncü hissə)
Islam times.org/az/ - Öncəki məqalələrimizde qeyd edildiyi kimi ailədə qadınla kişinin öz vəzifələrini bilmələri ailənin səadətə çatmasına səbəb olan böyük amillərdən biridir. Bu məqalədə qadının vəzifələrindən söhbət açacağıq.

Ailədə həm kişi həm də qadın qeyd olunacaq vəzifələri yerinə yetirərsə nisbi aramlığa və səadətə çatmaq astanasındadır. Bununda ictimai əlaqələrin düzgün qurulmasında bir çox müsbət təsiri olduğu aydındır.


Onlardan biri qadının kişi ata və anasına hörmət qoymasıdır və həmçinin kişi də gərək qadının valideynlərinə hörmət qoysun və onlarla bir böyük kimi rəftar etsin. Necə ki, kişinin üç ata və anası var yəni həqiqi ana və ata, ikinci ana və ata ki onun müəllimi adlanır, həyat yoldaşının ata və anası. Qadında qeyd olunan üç növ ata və anaya malikdir. İslam Peyğəmbəri Həzrət Mühəmməd (s) bu barədə belə buyurur: “Hər kəsin üç növ ata vardır: həqiqi ata, ikinci ata ki onun müəllimi adlanır, həyat yoldaşının atası”.

Kişinin ata-anasına hörmət etmək qadının bəyənilmiş və müsbət xüsusiyyətlərindən biri hesab olunur. Əgər bir qadın ailə qurmamışdan öncə öz ata-anasına hörmət qoyaraq onları incitməyibsə ailə qurduqdan sonrada ərinin ata-anası ilə elə rəftar edəcəyi gün kimi aydındır.

Bu kimi məsələlər ailədə düzgün tərbiyə üslübunun seçilməməsi nəticəsində irəli gəlir yəni əgər ailə qurmamışdan öncə ata-ana öz qızını düzgün tərbiyə edərsə və onu ata-ananın nə qədər əhəmiyyətli olması haqda məlumatlandırarsa yəqinən onun sonrakı qurduğu ailəsində müsbət təsiri olacaqdır.

Ən mühüm məsələdə odur ki, yenicə qurulmuş ailədə yeni dünyaya gəlmiş uşaqlar öz ata-analarını örnək qərar verirlər. Əgər ata-ana qeyd olunan yolda düzgün addım atarlarsa övladlarıda onlara baxıb düzgün örnək götürəcəkdir və bununlada sağlam cəmiyyətin yaranması üçün lazım olan amillərdən biri ələ gələcəkdir.

Peyğəmbər (s) ayrı bir hədisdə buyurur ki: “Qadınlardan üç dəstə cəhənnəmə daxil olmazlar: ərindən itaət edən qadın, çətinliklər müqabilində səbrli olan qadın, ərinin ata-anasına yaxşılıq edən qadın”. Əgər bir qadın İslam dininin ona verdiyi dəyəri bilmək istəyərsə bu hədisə nəzər etsin. Bu hədisdə ərin ata-anasına olunan yaxşılıq behişt ilə müjdələnib.

Digər bir vəzifələrdən biri Allah bəyənən şəkildə ərdən itaət etməkdir. Bu iş isə Allahın razılığın əldə edər və ailənin dahada möhkəmlənməsinə zəminə yaradar.

İslam Peyğəmbəri (s) bu barədə buyurur: “Qadının ən yaxşı əməli öz ərinə itaət etməkdir.” Bu məsələ ailələrin həqiqi və birinci ehtiyaclarında hesab olunur. Əgər ailədə qadın ərinə itaət etməzsə övladlarda anadan örnək götürərək ataya nisbət olan itaətlərində zəifləyəcəklər.

Nəticədə atanın ailədə olan yeri öz qüvvəsi itirəcək və ailədə olan idarə sistemi öz oxundan çıxacaqdır. Ona görədə Allah Qurani-Kərimdə kişiləri qadınlara nisbətdə ailəni idarə etməkdə və onun ehtiyaclarını ödəməkdə daha üstün qərar vermişdir.

Peyğəmbər (s)-da İslamın ən nümunəvi ailəsi olan Əli (ə) ilə Fatimeyi-Zəhranın (s) vəzifələrin bölüşdürərək bütün ailələrə həqiqi ailənin necə olmasını öyrətmişdir. Allahın Rəsulu (s) Quran ayəsinə əsasən heç vaxt öz nəfsindən bir söz deməz və dediklərinin hamısı vəhy əsasındadır.

Bəs Peyğəmbərin dediklərinin arxasında Allahın razılığı yatır hər kəs o Həzrətin dediklərinə əməl edərsə, elə bil Allahın razılığını əldə etmiş olur. Nəticədə Allahın razılığını əldə edən ailə həqiqi səadətə çatmış sayılır çünki bütün dinlərin gəlməsində xüsusəndə sonuncu səmavi din olan İsalm dininin nazil olmasında məqsəd Allaha itaət və onun razılığını əldə etməkdir. Allah bütün bəndələrindən razı olsun və aqibətimizi xeyrli və özü razı olan kimi etsin. Amin...

İSLAMTİMES - MƏMMƏDOVA
Source : İslamtimes
Comment