0
Sunday 30 September 2012 - 21:51

Suriya hökumətini süquta uğratmaq fitnəkarlığı son nəfəslərini çəkir

Story Code : 199872
Suriya hökumətini süquta uğratmaq fitnəkarlığı son nəfəslərini çəkir
Suriya dövləti və xalqına qarşı olan bütün fitnəkarlar son günlər tam ümidsizliyə qapılmışlar. Onların rüsvayçı məğlubiyyəti qaçılmaz görünür.

Ərəb analitiki Abbas Munzir yazır ki, Suriya böhranı son mərhələsinə çatmışdır: Qərblilər güman edirdilər ki, Suriya hökumətinin süqutundan sonra müqavimət mərkəzi məhv olacaq. Bu məqsədlə çalışır və beynəlxalq səhnədə məğlubiyyətdən qaçmaq istəyirdilər.

Bu halda hədə yolunu seçmiş Ərəbistanın neft padşahları öz acizliklərini ortaya qoydular.

Suriyaya qarşı ən aktiv oyunçulardan olan Türkiyə dövləti digər fitnəkarlardan uzaqlaşmaqla Suriya böhranının siyasi həllinə çalışır. Suriya prezidenti Bəşar Əsədi devirməkdə israrlı olan beynəlxalq terror şəbəkəsi Suriya ordusu və xalqı qarşısında geri çəkilməyə məhkumdur. İran, Rusiya və Çinin himayələri ABŞ və müttəfiqlərini çıxılmaz vəziyyətə saldı və fitnəkarlar başqa çıxış yollarını nəzərdən keçirməyə başladılar. ABŞ prezidenti Obama BMT tribunasından dünyaya üz tutub dedi ki, Ağ Evin geri çəkildiyini düşünənlər səhv edir. Bu bəyanat özü bir növ ABŞ-ın geri çəkilməsi üçün yol açırdı. Obamanın sözündən belə nəticə çıxırdı ki, onların bir məsələdə geri çəkilməsi bütün məsələlərdə geri çəkilməsi mənasında qəbul olunmamalıdır.

Türkiyə dövləti də mövqeyini dəyişməkdədir. Bir neçə gündür Suriyadan gələn mühacirlərin qəbulu dayandırılıb. Hansı ki, əvvəllər hərbi və siyasi müxaliflərə qucaq açılırdı. Amma indi Azad Suriya Ordusu adlanan qruplaşmanın komandanlarının uzaqlaşdırılmasından söhbət gedir.

Türkiyə xarici işlər naziri Davudoğlu az öncə İraq hökumətindən icazəsiz Kürdüstana səfəri ilə böyüklük nümayiş etdirirdisə, indi İraq baş naziri Nuri Malikini Türkiyəyə dəvət edir.

Amma Ərəbistanın neft padşahları ABŞ və Türkiyənin mövqeyindəki dəyişikliklərdən nigarandırlar, eyni zamanda məsuliyyətsiz bəyanatlar verirlər. Məsələn, Qətər əmiri BMT məclisində deyib: “Ərəb dövlətləri hərbi müdaxilə ilə Suriyada hakimiyyəti dəyişməlidir.”

Ərəb dilli yazıçı Abbas Munzir sözünün davamında deyir: Qətər əmiri yaxşı bilir ki, dediyi sözlərin reallaşması mümkünsüzdür. Onun özünün də Suriyaya hücum etməyə cürəti çatmaz. Bu padşahlar İsrail Qüdsü işğal edəndə öz acizliklərini göstəriblər. Qətər əmiri Qərbin hərbi müdaxilə və ağır silahlar göndərməkdən çəkinməsini, eləcə də Bəşar Əsədin devrilməsindən imtina etməsini nigarançılıqla qarşılayıb. Əmir başa düşüb ki, bu mənfi cavabdan sonra Bəşar Əsədin devrilməsi mümkünsüz olub. Ankaranın son mövqeyini araşdıranlar yaxşı başa düşür ki, Türkiyənin mövqeyi çox yumşalıb və Ankara öz milli mənafeləri baxımından Suriya oyunundan çıxmaq istəyir.

Suriya ilə bağlı yeni mövzu budur ki, müxaliflərin Azad Suriya Ordusu adlandırdığı qruplaşmanın hərbi şurasının komandanı Suriya ordusuna qoşulub. Bu isə Suriya hakimiyyətinin qələbəsi deməkdir. Bu həm də Qərbin yalanlarına reaksiyadır.

Ərəb əmirləri isə ABŞ-ın yalanlarına adət ediblər. Ağ Ev neft əmirlərindən həmişə öz oyunlarında istifadə edib. Ərəb diktatorları da sonda ABŞ-a təslim olur.
Comment