0
Tuesday 2 October 2012 - 10:25

Möminlər ölməyib

Story Code : 200230
Möminlər  ölməyib
Möminlər ölməyib
Islam times.org/az/ - ABŞ-da fitnəkar lənətəgəlmiş bir neçə şeytan köləsinin çəkdiyi fitnə filiminə qarşı etirazların bir çox ölkələrdə baş verməsini Azərbaycanda isə susqunluq mövsümünün davam etməsini ötən yazılarımda yazmışdım. Bu ifadələrimə görə danlandım da, həm ziyalı dindarlar həm də portalımızın moderatorları mənə məzəmmət edib bildirdilər ki, Azərbaycanda xalqı ruh düşkünlüyünə sürükləyir, onlara ümid verib özünəinamı qaytarmaq əvəzinə daha da bədbinlik toxumlarının səpələnməsi ilə məşğulam.

Ancaq haqqı söyləyənin şahidi yanında olar. Mənim şahidlərim şəhadət məktəbinin davamçıları, haqqı təmənnasız müdafiə edən azadsevər şeytan üzərində qələbə çalmış mömin xanımlar oldu. Maraqlı burasındadır ki, ziyalı dindarlarımızın məni tənqid edən zaman “ümid yaradacaq yazıları yazmırsan ” məzəmmətlərinə də elə bu mömin xanımlarımız öz nümunəvi davranışları ilə cavab verib həmin bədbinlikləri nikbinliklə əvəzlədilər.

Görünür həm Allah dualarımı eşitdi həm də ən əsas da qeyrət hissi üsyana qalxdı və sentyabrın 28-də bir qrup mömin xanımlar Fransanın Azərbaycandakı səfirliyi qarşısında dinc etiraz aksiyası keçirdi, sözsüz ki, aksiyanın keçirilməsinə polis mane oldu, (www.irfs.az/content/view/9222/31/lang,az/) zatən bunu gözləməmək özü sadəlöhvlük olardı. Videorolikdən göründüyü kimi fəal mömin xanım Azərbaaycanda fitnəyə qarşı bir laqeyidlik və susqunluq var və etiraz edənləri də polis susdurur, vətəndaşların sivil, dinc etirazını ifadə etməyə imkan vermir.

Bununla belə mömin xanımlarımız öz haqq sözünü deyib fitnəyə qarşı çıxması nümayiş etdirməsi kövrək olsa möminlərin tam mütiləşdirilməməsindən xəbər verir.

Elə həmin gün yəni sentyabrın 28-də fitnəyə qarşı digər bir etiraz aksiyası Nardaranda baş tutdu, söz əsl mənasında baş tutdu (www.youtube.com/watch). Doğrusu Nardaranda bu etirazın olmaması özü təəcüblü olardı.

Nardaran möminlərinin (açığı orda mömin olmayan deyəsən heç yoxdur da) etiraz aksiyası daha kütləvi və rəngarəng keçdi, tədbirdə İslam Partiyasının da təmsilçilərinin də iştirakı onunla bağlıdır ki, bu möminlərin etiraz aksiyası üçün Nardaran qədər əlverişli yer yoxdur nə qədər kənar olsa belə.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment