0
Thursday 4 October 2012 - 15:16

10 ilin yayım siyasəti

Story Code : 200865
10 ilin yayım siyasəti
10 ilin yayım siyasəti
Islam times.org/az/ - Oktyabrın 3-ü Milli Televiziya və Radio Şurasının yaradılmasının 10-cu ildönümü ilə bağlı Nuşirəvan Məhərrəmli hesabat konfransı keçirməklə Şuranın prinsip və hədəflərini ictimaiyyətin diqqətinə çatdırmışdı.

Məhərrəmliyə görə bu 10 il ərzində Şura milli televiziya kanallarının yayım standartlarını müəyyən etmiş və nəzarəti həyata keçirmiş. Oxucu üçün aydın olsun deyə qeyd edim ki, burda söhbət televiziya kanallarının tamaşaçılara göstərdiyi verlişlərə nəzarətdən gedir.


Yəni əgər tamaşaçılar televiziya kanallarına “”orda əxlaqsız, ədəbsiz, fitnə verlişlər və filimlər göstərirlər, ona görə baxmıram və uşaqları da baxmağa qoymuram” deyirlərsə (ancaq belə deyən tamaşaçı görən olubsa xəbər versin biz də sevinək) həmin kanalın günahının 80 faizi Nuşirəvan Məhərrəmlinin boynundadır.

Ya da tamaşaçı kanallarda azad sözə, haqqa, hakimiyyəti tənqid rast gəlmirsə burda günahın 100 faizi yenə Məhərrəmlinin boynundadır. Birincisində Məhərrəmlinin məsuliyyətini 20 faiz ona görə çıxıram ki, televiziya kanallaranın (xüsusilə Lider, Space və ATV) elə öz rəhbərlərinə ədəb dərs vermək lazımdır, ikinci məqam da isə elə televiziya rəhbərliyi var ki, onlara azadlıq verilsə hakimiyyəti tənqid edə bilərlər. Məsələn, ANS-in vitse prezidenti Mirşahin Ağayev bir neçə dəfə deyib ki, ANS, hakimiyyətin televiziyalara verdiyi qədər azaddır və tənqid edə bilir.

İnsaf naminə deyim, elə bu 10 ildə də ANS yeganə kanaldır ki, 2-3 dəfə Şura tərəfindən bağlanmaqla cəzalandırılıb. Fitnə verilişlər, şoulara və filimlərə gəldikdə vitse prezident “əyləncəli verilişlər olmasa ANS tamaşaçı itirir, bunun ardınca reytinqi düşür və reklamverənlər kanala sifariş etmir”.

Bax burda bir məqam var. Sual oluna bilər Azərbaycanda reytinqi kim müəyyən edir ? Mən bu suala dəqiq cavab tapa bilmədim, ancaq jurnalist dostlarımın dediyinə görə bu amerikalılara məxsus bir təşkilatdır, öz işi barədə heç kimə məlumat vermir, hakimiyyət belə onların fəaliyyətinə müdaxilə edə bilmir və müəyyən etdikləri reytinq cədvəlinən bütün kanalların hesablaşması bir növ icbari xarater daşıyır. Yəni bu təşkilatın hesabatında hansı kanalaın adı düşsə həmin kanal reklamdan məhrum edilir.

Nuşirəvan Məhərrəmli bir məsələyə də toxundu, bu 10 ildə Şuranın əsas işlərindən birinin xarici ölkə televiziya kanallarının və radiostansiyalarının ölkəmiz ərazisində yayımının dayandırmasından olub.

Sual yaranır :10 il əvvəl Azərbaycan ərazisində hansı xarici ölkənin kanallarının yayımı həyata keçirilirdi ? Rusiya, Türkiyə, İran və Ermənistan. Təəcüblənməyin Ermənistanın adını təsadüfən çəkmədim. Ermənistan televiziya kanallarını bu gündə, yəni 10 illik görülən tədbirlərdən sonra da milli tezliklərdə görmək olur və əsasən cəbhə xəttindəki ərazilərdə yayımlanır.

Rusiya kanalları əvvəllər rəsmən yayımlanırdı artıq bir neçə ildir dayandırılıb, Türkiyənin cəmi bir TRT kanalı yayımlanır. Hamı yaxşı bilir ki, azərbaycan oxucusu adları qeyd olunan ölkələrin informasiya məkanına artıq internet vasitəsilə girib hər şey haqqında məlumatlanır, daha artığı demək lazımsa qeyd edim ki, Rusiya kanalları yayımlansaydı belə bu gün azərbaycanlılar o kanallara televiziyada heç baxmayacaqdı da, internetə girib həm o kanalları həm də digər fərqli və ya müxalif kanalları izləyə bilirlər.

Rusiya da bu məqamı çox gözəl bilir və buna görə də kanallarının yayımı üçün Azərbaycana haqq ödəmir, kanallarını yaymır ancaq əvəzində internetlə istədiyini Azərbycana yaya bilir. İran kanalları rəsmən Azərbaycanda yayımlanmayıb, “Səhər” kanalını izləyənlər və orda müxbir kimi fəaliyyət göstərənləri isə əliyev rejimi həbsə atır. Ancaq İran kanalları bir neçə il bundan əvvələ qədər Azərbaycanın cənub bölgəsində milli tezliklərdə yayımlanırdı və bunun qarşısı alınıb, Məhərrəmli məhz bu məqamı nəzərdə tutur ki, xarici kanalların yayımını milli tezliklərdən uzaqlaşdıra bilib.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment