0
Friday 12 October 2012 - 00:58

Rüşvətin adı “hörmət ” olub

Story Code : 202906
Rüşvətin  adı  “hörmət ” olub
Rüşvətin adı “hörmət ” olub
Islam times.org/az/ - İki ildir Azərbaycan təhsilində Hicab problemi bitmək tükənmək bilmir. Bu qarışıqlıq dindarları narahat eləsədə , amma bu baş qarışıqlığından istifadə edənlərdə az deyil.

Təhsil Naziri Misir Mərdanov təhsili rahatlıqla biznesə çevirb. Rüşvətxorluğa qarşı mübarizədən danışılan bir vaxtda , məktəblərdə açıq –aşkar rüşvət alınır.

Alınan rüşvətdə “rüşvət” yox, “hörmət ” adını qoyublar. Bu zamanda Dədə Qorqud olsaydı deyərdi ki, “rüşvətə hörmət demədim mən Dədə Qorqud”.

Onuda qeyd edim ki, məktəblərdə , ümumiyyətlə təhsildə rüşvətə mübarizəyə qarşı hörmətsizlik eləmirlər. Beləki, axı adını “hörmət ” qoyublar. Bir sözlə məktəb və litseylərdə övladı oxuyan valideynlər hər tədris ilinin əvvəlində gərginlik yaşamağa başlayırlar ki, birdə ilin sonunacan bu gərginlik davam edir.

Bakının bir neçə məktəb və litseylərinin şagirdləri və onların valideynləri ilə əlaqə saxladıq . 276 saylı orta məktəbin 9-cu sinif şagirdlərindən (valideyn və şagirdlər adlarının çəkilməsini istəmirlər) alınan məlumata görə sinif müəllimləri onlardan 25 manat pul tələb edir. Nə üçün bu pulun tələb olnduğunu soruşanda şagirdlər və valideynləri müəllimin “siz bu il buraxılış sinifisiniz gərək direktora, Şiriyev Bəhram müəllimə hörmət edək” sözünü dedilər.

Şagirdlərdən ailə vəziyyəti olduqca ağır olan biri qəmginliklə dediki, “məni müəllim ayaqa qaldırdı ki , nə fikirləşirsən pulu gətirəcksənmi? Mən imkanımız yoxdur dedim .

Müəllim şagirdlərin qarşısında kobudcasına mənə otur dedi və hamıya üzünü tutub həmin pulu çalışıb gətirməyimizi elan elədi ”. Hələ bu özbaşınalığın bir hissəsidir ki, qeyd edirik.

Məktəblərdə çox adla pullar yığılır və bu hadisədə Bakıda bütün məktəblərdə davamlı olaraq icra olunur. Müəllim günü, fond pulu, məktəbin istiliyi üçün pul, direktorun, müavinin ad günü , bayramlar və daha nələr.

Bu məktəblərdən Xətai rayonunda yerləşən 138 saylı məktəbdə var ki, direktoru Mirheydərli Mirfaiq müəllim yığılan pullar haqqında çox tədbirlidir. Beləki, şagirdlərin valideynlərindən hansınınsa imkanı olmayıb il ərzində istənilən pulları , müəllimlərin dilincə desək “hörməti” verə bilməyəndə şagird məktəbdə sıxışdırılır. Dərsinə laqeyid yanaşılır.

Qiymətləri nə qədər yaxşı oxusada endirilir. Bir sözlə kimsənin göz yaşına baxmır məktəb direktorları və müəllimləri. Heç litseylərdə öz başınalıqda heç kimdən geri qalmırlar. Onlar dahada özlərinə güvənirlər. Haqsızda deyillər , çünki hər litseyin direktoru ölkədə şöhrətli məmurlara arxalananlardırlar.

Bakıda yerləşən Zərifə Əliyeva adına litseydə olanları çatdırsaq o zaman o birilərində də vəziyyətin nə yerdə olduğunu açıq -aydın anlamaq olar. Litseyin müəllimləri çəkinmədən şagirdlərlə bazarlıq edir.

Universitetlərə qəbul olmaq üçün cəhd edən şagirdlərin hansı quruplara hazırlaşdığını valideynlərinin nəzərinə çatdıraraq müəllmilər bildirilər ki, atesitatda yaxşı qiymətlərin olması üçün və ümumiyyətlə övladlarınız universitetə yüksək savadla hazırlaşmağı üçün həmin fənn müəllimləri ilə dərsdən əlavə olaraq müəyyən məbləğ ödəyib yanında hazırlaşsınlar. Əks halda əlavə hazırlığa gəlməyən şagirdlərin həttda litseyin imtahanlarından belə qiymət ala bilməyəcəkləri deyilib.

Bu litseyin direktor və müəllimləri tərəfindən təşkil olunmuş iclas zamanı səsləndirilib. İclasda valideynlər arasından bir neçəsi bunun qanunsuz olduğunu deyib və litsey şagirdinin əlavə müəllimə niyə ehtiyacı olduğunu soruşub.

Əlavə müəllimə valideyn hər fənn üçün 100 manatdan tutmuş , 150 manata qədər pul ödəməlidir. Bunda valideynlərin çoxunun imkanın olmadığını bildirilib. Litseyin direktoru Məhəbbət Vəliyeva həmin valideynlərə çəkinmədən ürək sözünü deyib. “Əgər bu pulları ödəmək imkanınız yoxdursa nə vacibdir ki, kasıbın uşağı universitetdə oxuya. Buraxın gedib fəhlə olsun.”

Halbu ki, bu litseyin qanunlarına görə burda təhsil alan şagirdlər quruplarına görə bir başa universitetə hazırlaşmalıdırlar. Litsey imtahanla qəbul edir şagirdləri. Bunların içərisində kasıb uşaqlar daha çox olur ki, onlar fədakarlıq edib oxumaq məcburiyyətindədirlər. Çünki, orta məktəblərdə dərs keçilmədiyindən məcburən əlavə müəllim lazım olur ki, bunuda kasıb təbəqə ödəyə bilmir. Litseydə oxumağı daha münasib bilirlər.

Misir Mərdanovun ağız dolusu təhsilədən danışdığı vaxtda biz təhsildəki özbaşınalığın bir neçəsini qeyd elədik. Belə görünür ki, Misir əfəndinin fikrinə görə kasıb uşaqlar oxumasın , varlı uşaqlarıda pulla başını gicəlləndirsin və sonunda Azərbaycanda pulla diplom almışların sayı çox olsun.

Misir üçün savadlı gənclər lazım deyil. Onun bütün danışıqlarına , idarəçiliyinə diqqət eləsək görərik ki, o xalqı avam halda görür. Müsahibələrində həttda çəkinmədən rüşvətdən danışır. Təhsilədə olan rüşvət haqqında sual veriləndə onun cavabı bu olur. “O rüşvət deyil, hörmətdir”. Nazir nə adına, nə də elmə hörmət eləmir.

Azərbaycan xalqı təhsil almaq üçün Misirin zülmünə dözür , övladlarının düşdüyü hala hələdə səs çıxarmır.


İSLAMTİMES - ZƏHRA
Source : İslamtimes
Comment