0
Sunday 14 October 2012 - 14:42

Hər kəs qanun qarşısınd cavab verməlidir

Story Code : 203487
Gülər Əhmədova
Gülər Əhmədova
Islam times.org/az/ - Mətbuatdan da məlum olduğu kimi Gülər Əhmədova olayında yeni tendensiya meydana gəlib, YAP-nın funksionerləri və partiyadan olan deputatlar öz silahdaşlarına qarşı hücuma keçiblər. Ancaq cəmi 2 həftə əvvəl elə həmin Əli Əhmədov və onun ağzına baxan Mübariz Qurabnlı, Hüseynbala Mirələmov, Kərim Kərimov, Siyavuş Novruz, Bahar Muradova və b. çin səddi kimi bir müdafiə təşkil etmişdirlər, o zaman məsələ yalnız ölkədaxilində müzakirə olunurdu, əsasən müxalifət partiyaları və onların yan yörəsində olan mətbuat və QHT-lər səs qaldırmışdı, elə ki, mandat alveri Ölkədən xaricə çıxdı, Avropa məkanında məsələyə münasibət bildirildi, onda dərhal YAPkratlar 180 dərəcə mövqelərini dəyişdi.

Burda anlaşılmayan odur ki, hakimiyyət elə bil ağıldan gerilənmək vəziyyəti yaşayır. Məgər lap elə əvvəldən məlum deyildimi ki, bu olayın səsi Avropaya gedəcək ? Yəni bu qədər var dövləti olan hakimiyyət məmurları, övladlarının hamısı, yenə təkrar edirəm hamısı, 100 faizi qərb ölkələrində təhsil alan, özləri də gecə gündüz qərbə gedib gələn adamlar hansı ağılla düşünüblər ki, bu olay qərb dairələrində səs çıxarmayacaq.

Indi nümayiş etdirdikləri t
pki vampir davranışını xatırladır. Mən qətiyyən Gülər Əhmədovanı müdafə etmirəm, onun ən yüngül cəzası edam olmalıdır, ancaq məgər Güləri təhqir edən YAPkratlar törətdiyi cinayətlərə görə Gülərdən az fərqlənir ?

Rəzil bir yola əl atıblar, bir bir öz lokeylərini Elşad Abdullayevin ayağına göndərirlər. Həmişə təkrar etmişəm yenə də yazıram Elşad Abdullayev özü də qatı cinayətkardır və özü də bunu etiraf edir, və bu cinayətkarı elə əliyev rejimi özü yetişdirib.

Necə olur ki, on minlərlə məzlum sadə vətəndaşların qanına susayan Elşad Abdullayevi indi gözüm çıxdıya saldılar ? Belə çıxır ki, sadə xalqın başına hər bir müsibəti gətirmək olar, ancaq YAPkratlara dəymək olmaz.

Elşadın ayağına gedən o düşük deputatlar gör nə qədər ağılsızdırlar ki, Elşad Abdullayevin onların vədinə inanacağını zənn edirlər. Baş Prokurorluq Elşad Abdullayevin təhlükəsizliyinə zəmanət verir, bu nağıla nəinki Elşad kimi vələdəzüna heç 1-ci sinif şagirdi belə inanmaz və etibr etməz.

Abdullayevin 2-ci videosu da az rezonans yaratmadı, bundan sonra Güləri istintaqa cəlb etdilər, orda Gülər müəyyən adlar çəkir. Gülər isə prezident İlham Əliyevdən imdad diləyir. Prezident hələ reaksiya verməsə də münasibəti indidən bəllidir, təxminən belə deyəcək : “Hər kəs qanun qarşısınd cavab verməlidir”.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment