0
Thursday 18 October 2012 - 14:56

Toplantının başqa tərəfləri

Story Code : 204546
Toplantının başqa tərəfləri
Toplantının başqa tərəfləri
www.Islam times.org/az/ - Oktyabrın 16-da yerli mətbuatın diqqəti əsasən iki mövzuda cəmləşdi, biri 2014-cü ilin futbol üzrə dünya çempionatına seçmə mərhələsi üzrə Moskvada Azərbaycan və Rusiya yığma komandalarının görüş həyacanı, digəri isə İƏT-nın zirvə toplantısı oldu.

Bu yazını yazarkən Rusiya ilə Azərbaycan futbolçuları heç heç hesabında dəyişiklik etmək üçün əlindən gələni edirdilər. Azərbaycanın siyasi, ictimai həyatında iştirak edənlərin və jurnalistlərin demək olar hamısının bir futbol azarı var, hərçənd futbolçularımız İlham Əliyev demiş “bizi hələ sevindirmirlər” ancaq yenə də futbol Azərbaycanda tamaşaçı auditoriyasında öz populyarlığını qoruyub saxlaya bilir. Ancaq nahaq yerə deməyiblər, idman artıq siyasiləşib, oyun hələ başlamazdan əvvəl stadiona gələn Rusiyada yaşayan azərbaycanlılarla irqçilər arasında iki ötəri qarşıdurma oldu və qısa müddətdə ara sakitləşdirildi, oyun sonrası qarşıdurmanın nə qədər uzanacağı və kəskinləşəcəyi yəqin, hesabın necə olacağından aslıdır.

Futbol barədə bu qədər, indi keçək Bakıda keçirilən zirvə toplantısına. Ərdoğanın və Kərzainin toplantıya qatılacağı əvvəldən məlum idi, orta asiya respublikalarının 3 və 4-cü dərəcəli nümayəndə ilə iştirakı da sirr deyildi, ancaq hakimiyyət təmsil olunan funksionerlər proqnoz vermişdilər ki, Əhmədinecad toplantıya qatılmayacaq, səbəblərdən biri də son zamanlar əliyev rejiminin İrana qarşı həqarəti və qoşulmayanlar hərəkatının toplantısında prezident İlham Əliyevin iştirak etməməsi göstərilirdi. Ancaq ekspertlər bu dəfə yanıldılar və Əhmədinecad zirvə toplantısında iştirak etdi.

Sonra elə həmin funksionrlər dedilər ki, Ərdoğan Əhmədinecadla görüşməyəcək yenə də yanıldılar və son anda Türkiyənin baş nazirinin İslam Respublikasının prezidenti ilə görüşü barədə məlumatlar mətbuata sızdırıldı. Ancaq təfərrüatları və bu görüşün həqiqətən baş tutması barədə təkzibolunmaz məlumtları hələ ki yox dərəcəsindədir.

Bu mövzuda ABŞ-da çap olunan “The Washington Post” qəzeti də birdən birə mövzuya qəribə bir şəkildə müdaxilə edib, yerli məlumatlara istinadən yazır ki, məşhur ameriklı ulduzlar - Jenifer Lopes, Rihanna və Şakiranın Bakıda konsert-şoularının təşkili ayətullahları “özündən çıxarmaq” məqsədi güdür.

Azərbaycanın İranla ideoloji mübarizədə istifadə etdiyi sonuncu silahlardır. Açıq danışsam gərək deyim ki, bu amerikalı jurnalistlərə, müəlliflərə yad olan, azərbaycanlı məmurlara xas ritorikadır. Yəni, amerikanın fitnəsini Bakıda havalandırmaqla iranlılara mesaj vermək kimi bir addım amerikalının düşüncəsində yer ala bilməz.

Əliyev hakimiyyəti bunu da etdi. Toplantı çərçivəsində Bakıya gələn prezident Əhmədinecad həm də QMİ-nin sədri Allahşükür Paşazadəni qəbul edib, bu görüş barədə də geniş məlumat verilmir, məlum olan isə budur ki, şeyx toplantı çərçivəsində Bakıya gələn qonaqlar arasında görüşdüyü tək dövlət təmsilçisi Mahmud Əhmədinecaddır. Hələlik jurnalitlərə görüş barədə təfsilatı heç bir məlumat məlum deyil, ancaq könül istərdi ki, şeyx məktəblərdə hicaba qoyulan qadağanın aradan qaldırılması üçün nə zaman zəhmət çəkəcəyinə cavab versin.

İSLAMTİMES - HACI NƏCƏF
Source : İslamtimes
Comment