QR CodeQR Code

Ramiz Mehdiyevin adı çəkilmir

İslamtimes , 19 Oct 2012 13:19

İslamtimes - Gülər Ramiz Mehdiyevin əsərinin qəhrəmanıdır .


islamtimes.org/az/ - Son zamanlarda sabiq deputat Gülər Əhmədova olayı gündəmdən düşmür. Lakin gündəmdə olan eyni olaydı ki , təkrar – təkrar deyilir, yazılır.

Düşündürücü tərəfi odur ki, Gülər başlıqlı olayın hardan başladığını niyə ortaya çıxaran yoxdu? Buna ya məhəl qoyan yoxdu , ya da ki, heç bu işə bulaşmaq istəyən yoxdu.


Mən Gülərin tutduğu işi yazmaqla təkrarlamaq fikrində deyiləm. Bəlkə bir az kənara çıxaq? Axı Gülər tek deyil. Təbii ki, tərəf müqabili bu oyunda Elşad Adullayevdir. Bu haqda da lazımı xəbərlər yayılmaqdadır. Bəs məsələ nədir?

Elşad bəyin Gülər xanımla iş birliyi zamanı çəkilən videoya hər kəs dönə-dönə baxıb. Bəs baxılan bu çəklişdən niyə ətraflı fikr söyləyən yoxdu? Demək istədiyim budur ki, diqqətlə dinləyəndə , Gülərin danışıqlarının hər kəlməsinə nəzər salanda açıq- aşkar orda çəkilən ada laqeyid qalmaq olmur. Çünki orda adi adamın adı çəkilmir. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin adı çəkilir. Məlum olur ki, Gülər tək deyil və arxayın olduğu güclü adam hesabına belə ürəkli imiş. Bu güc də imkan vermir ki, hadisə tam olaraq ortaya çıxsın.

Telekanallarda bu olay haqqında tədbir görüləcəyi çox qısa deyilir.
Baş qəhrəman Gülər və tərəf müqabili Elşad tərəfindən deputatların necə seçilib deputat mandatı aldıqları meydana çixdi. Əslində bunu xalq bilirdi, amma bunu kənardan yox elə deputatlardan özləri sübuta yetirdilər.

Məlumdur ki, Gülər ya başqa deputatlardan hansısa kimdənsə kulli miqdarda pul alıb ona deputat olacağını söz verə bilməz. Bazarkom Ramiz Mehdiyev imiş. Elşadın deputat olmağa ehtiyacı olduğunu görən PA rəhbəri Elşadın pulundan istifadə etməkdən çəkinməyib. Təbii ki, Ramizində aldığı pullar prezidentdən xəbərsiz deyil. Kimin deputat seçiləcəyinə sonda prezident həmin adamın adının qarşısına işarə qoyur.

Ağzı dolusu demokratik seçkidən danışan prezident bir daha bunu səsləndirə biləcəkmi? Yoxsa , “kimlərsə səhvinə görə xuliqanlıq maddəsi ilə cəzalandırıldı və bir daha demokratik seçkinin pozulmasına imkan verilməyəcək” deyərək prezident vəziyəti düzəldəcək?

Böyük bir biabırçılığı necə adi qarşılayırlarsa demək ki, az vaxtada bu seriyalda başa çatacaq. Bir ölkədə ki, Prezident Administrasiyasının rəhbərinin adı böyük məbləğli rüşvətdə hallanır və həmdə o rüşvət ki xalqı aldadıb yalançı seçki ilə pul aldıqları adamı deputat seçirlər, bu ölkədə haqqı deyib , dini müdafiə etmək istəyənin də sonu ya həbs ya da vaxtsız ölüm olacaq.

İSLAMTİMES - ZƏHRA


Story Code: 204769

News Link :
https://www.islamtimes.org/az/article/204769/ramiz-mehdiyevin-adı-çəkilmir

Islam Times
  https://www.islamtimes.org