0
Saturday 20 October 2012 - 12:25

Fitnəyə hə, haqqa yox

Story Code : 205022
Fitnəyə hə, haqqa yox
Fitnəyə hə, haqqa yox
Islam times.org/az/ - Mətbuatdan Avropa Birliyinin viza rejiminin sadələşdirilməsi ilə bağlı Azərbaycana və Ermənistana etdiyi təklifin Ermənistan tərəfindən müsbət həll olunması, əliyev rejiminin isə bu təklifi elə kağız üzərində saxlaması haqqında eşitdiniz.

Həftənin əvvəlində YAP-dan olan deputat Siyavuş Novruzovun Venessiya Komissiyasının dini azadlıqlarla bağlı qanuna tövsiyələrini şərh edərkən dedikləri hakimiyyətin sözü və mövqeyi kimi qəbul etmək olar.

Məsələ təkcə onda deyil ki, əliyev rejimi İranla səmimi deyil, bu ölkəyə qarşı isterik yanaşır bütün bunlar öz yerində, söhbət həm də ondan gedir ki, rejim İran hakimiyyətinin xasiyyətinə bələd olduğu üçün Prezident Administrasiyasının demək istədiyini ancaq diplomatik etikaya görə deyə bilmədiyini Siyavuş Novruz, Rüstəmxanlı kimilərin dili ilə nöqtə vergülünə qədər dəqiq ifadə edir.

Nəticədə isə “onların dedikləri dövlətin mövqeyi deyil” deyib sudan quru çıxır. Bu metod başqa dövlətlərdə də istifadə olunması istisnasızdır.

Siyavuş Novruz verdiyi açıqlamada təxminən belə bir fikir səsləndirmişdi ki, İrandan mollalar gəlib burda bizim qurduğumuz qaydalara küfr edəcəyi üçün biz onlara belə azadlıqları verə bilmərik. Bilmirəm onun dili ilə əliyev rejiminin bu mövqeyi Azərbaycanın sadəlöhv və romantik dindar kəsimi üçün məyusluq yağışını tökən buludlara çevrildi ya yox, ancaq burda rejimin dinə olan kini, kudurəti, həqarəti, nifrətindən başqa bir amili də budur ki, hakimiyyətdə oturanlar əllərində olanların itirmək istəmələridir.

Hacı Nəcəf həmişə deyir əliyev rejimi üçün İrandan heç bir təhlükə yoxdur, ancaq Avropadan var. O da elə Siyavuş Novruzun məntiq nəzəriyyəsinə sığan məsələdir.

Müxtəlif zamanlarda bir çox rejim funksionerləri Siyavuş Novruz kimi təəsüflənirlər ki, bəs azərbaycanlı gənclər ABŞ və Avropada təhsil aldıqdan sonra Vətənə başqa baxışlarla qayıdırlar (əlbəttə əgər qayıdırlarsa). Onlar təhsil alıb bura qayıtdıqdan sonra ayrı adamlar olur, hadisələrə ayrı cür yanaşır, yad davranış nümayiş etdirirlər.
Düzdür molla olmurlar, ancaq azərbaycanlı da olmurlar, demokratiya, insan haqları, idarəetmə, təmiz işləmək.

Oğurluq etməməyin nə olduğunu bilirlər. Bu isə rejim üçün pis bir tendensiyadır. Siz, dövlət məmurlarımıza necə deyəcəksiniz ki, oğurluq etmədən işlə. Nə qədər çox olsa da Avropada təhsil alan gənclərin sayı milyonu keçməyib ancaq viza məsələsində isə vəziyyət dəyişə bilər, kütləvi şəkildə Avropaya gedib gələndən sonra Bakının küçələrinə bir neçə milyon adam çıxıb etirazını bildirəcək, xalqa işləməyən hakimiyyəti kürsüdən uzaqlaşdıracaq.

Ona görə rejim Avropanın bütün fitnələri üçün qapını açır, ancaq insan haqları məsələsində qapını da bağlayır, qabağında hələ bir divar da hörür.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Related Stories
Comment