0
Thursday 25 October 2012 - 19:23
Aktual

Baş Nazir Rəcəb Tayyib Ərdoğanın Suriya və Yaxın Şərq siyasəti (Bütün hissələri)

Story Code : 206613
Baş Nazir Rəcəb Tayyib Ərdoğanın Suriya və Yaxın Şərq siyasəti (Bütün hissələri)
Baş Nazir Rəcəb Tayyib Ərdoğanın Suriya və Yaxın Şərq siyasəti (Bütün hissələri)
Islam times.org/az/ - Allah təalanın dəyişilməz qanunlarından biridir ki, hər dünyaya gələn uşaq İslam fitrəti üzrə doğulur. Yeni dünyaya göz açmış insanın hər bir əməli, işləri və duyğuları pakdır. Ağlında və fikrində zərrə qədər olsa da pis niyyət və fikir yoxdur.

Allah Təala insanı bu təmiz fitrət ilə həyat sürməsini həm arzu edər, həm də təşviq edər. Qurani Kərimdə belə deyilir: “(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz.” (Rum-30)

Bəli, bugünkü Türkiyə dövlətinin baş naziri Rəcəb Tayyib Ərdoğan da 26 fevral 1954-cü ildə İstanbulun Kasımpaşa əyalətində bu təmiz fitrət ilə dünyaya göz açdı. Sadə müsəlmanlardan olan ata və anası oğlanlarının adını Rəcəb Tayyib qoydular. Hicri Qəməri aylarının yeddincisi olan Rəcəb, həmçinin heybətli, əzəmətli və hörmətçil mənasını daşıyır. Tayyib isə yaxşı, gözəl və əla mənası verir.

Rəcəb Tayyib Ərdoğan doğduğu gündən etibarən heybətli, əzəmətli, hörmətçil, sevimli, gözəl və azad...! Ancaq gələcəyi qapqaranlıq və peşmanlıq dolu, ancaq min peşmanlığı belə heç bir fayda verməyən bir Rəcəb Tayyib Ərdoğan görürəm. Niyə?

Bəsirəti açıq olanlar bunu əlbəttə açıq bir şəkildə görə bilirlər.
Günlər, aylar və illər keçdikcə Ərdoğan uşaqlıq dövrünə çatdı və orta və yaxud da bir az kasıb ailələrdə olduğu kimi Ərdoğan da ata və ya anasının təşviqi ilə küçələrdə simit sattı. “Simiiit”, “simitçiii” avazı sanki hələ də kiçik Rəcəbin qulaqlarında eşidilir. Yenə o yaşlarında həmyaşıdları ilə küçələrdə futbol oynamaqla keçirtdi vaxtını Tayyib Ərdoğan. Gənclik illərində futbola daha da maraq göstərdi və gələcək illərdə Camialtı, İETT və Eroksporda 16 il futbol oynadı.

Doğumundan gənclik illərinə qədər ata-anası da boş durmadı. Oğlumuz dindar olsun deyə əllərindən gələni etdilər. O gənc və təmiz fitrətli Tayyibi öz azad seçimi ilə baş-başa buraxmadılar. Hər ana-atanın etdiyi kimi onlar da öz oğullarının iradəsini öz təsiri altına aldılar. Eyni öz düşündükləri kimi övlad böyütmək istədilər. Növbəti illərdə İmam Hatip litseyinə qoydular. 1973-cü ildə İmam Hatip litseyini Əbu Hənifə məktəbinə mənsub olaraq bitirdi. İradəsi ikinci dəfə təsir altına alındı.

Rəcəb Tayyib Ərdoğan Mərmərə Universitetinin İqtisadiyyat və Ticarət Elmləri fakultəsinin tələbəsi olduğu vaxt kommunizmə qarşı qurulan Milli Türk Tələbə Birliyi ilə sıx əməkdaşlıq etdi. Türkiyə bu zamanlarda yeni bir İslami hərəkat ilə tanış olurdu. Misirdə Həsən əl Bənna və dostları tərəfindən qurulan “Müsəlman Qardaşları Təşkilatı”-ı (İxvani Müslim) İslam dünyasına təsir
” Amerika səfərində American Jewish Comitte (Amerika Yəhudi Komitəsi)-nin qonağı oldu. Həm də orada JİNSA (Yəhudi Milli Təhlükəsizlik İnstitutu)-nun rəsmiləri ilə görüşdü. “
qoyduğu bir müddətdə Türkiyə də bu təşkilatdan öz payını aldı.

Həsən əl Bənna, Seyyid Kutb, Muhəmməd Kutb, Abdulkadir Udeh, Rəşid Qannuşi, Mevdudi və digərlərinin əsərləri Türk dilinə tərcümə edildi.

İnanıram ki, Rəcəb Tayyib Ərdoğan bu kitabları böyük bir zövq ilə oxudu və qeydlər götürdü. Mərhum Preofessor Seyyid Kutbun “Yoldakı İşarələr” adlı kitabından çox təsirlənməli idi. O illərdə Tayyib Ərdoğanın arzusunda İslam dövləti qurmaq xəyalları var idi. Ta ki, siyasət səhnəsinə çıxana qədər....

1976-cı ildə Ərdoğan Milli Səlamət partiyasının Bəyoğlu Gənclik qolunun rəhbərliyinə seçildikdən sonra bu kiçik siyasətçi tez bir zamanda böyük qardaşlarından siyasət sertifikatı alaraq eyni ildə MSP İstanbul rəhbərliyinə seçildi.

Rəcəb Tayyib böyük qardaşlarını addım və addım izlədi. Çünki yüksəlmənin yolu bundan keçirdi. Təriqətlərinə girmək, əl öpmək, qarşısında əyilmək, çantalarını daşımaq və s. kimi.

Tayyib Ərdoğan da artıq Nakşibənd təriqətinin İskəndərpaşa Dərgahının sadiq bir müridi idi. Dərgahın şeyxi Məhmət Zait Kotkunun dizinin dibindən ayrılmayan bir aşiq. Bu səfər də iradəsini böyük ağalarına və şeyxinə təslim etmiş sadiq bir davamçı. Bu illərdə Rəcəb hələ siyasətdə səriştəsiz idi... Daxili və xarici siyasət qaydalarını bilmədiyi üçün bəzən atəşli çıxış və nitqləri ilə kütlələri coşdururdu.

1978-ci il 4 iyulda Əminə xanımla evləndi. 1985-ci ildə Rifah partiyasının İstanbul şöbəsinin rəhbəri oldu və 1994-cü il 27 mart seçkilərində İstanbul Bələdiyyəsinin rəhbəri seçilən Tayyib Ərdoğanın ulduzu siyasi səhnədə sürətlə parlamağa başladı. Hələ ayaqları yerə tam dəyməmiş kütlələrin nəbzinə uyğun çıxışlar etməyə başladı. Misal üçün bir çıxışında: “Türk olduğum üçün çox xoşbəxtəm ifadəsini deməklə millətin böyüklüyü qoruna bilərmi? Osmanlı 30-a yaxın etnik qrupu ümmət düşüncəsi ilə bir yerdə tutdu. Biz də inanc birliyi ilə tutacayıq...” deyirdi.

1991-ci ildə ilk Fars Körfəz müharibəsindən sonra verdiyi bildirişdə: “Bu müharibə ABŞ-ın, imperializmin və sionist dünyasının dünyaya hakim olmaq üçün etdikləri bir müharibədir...” deyirdi. Digər bir çıxışında isə “Biz Avropa Birliyinə girməmək üçün gəlirik..! (Çünki) Siz onların dinini qəbul etmədiyiniz müddətdə onlar sizi özlərindən saymayacaqlar. Kafirlərlə dost olmayın!”

Buna oxşar daha çox çıxışlarını arxivlərdə görmək əlbəttə ki, mümkündür. Hər inancın ifratçısı olduğu kimi Millətçilik və Kamalizmin də ifratçı və təfritçisi var idi. Bugünə qədər insanların həyatında həmişə onlar hakim oldular.
Bu ifratçı fikirlər onu ilk əvvəllər İstanbul Bələdiyyə rəhbərliyindən uzaqlaşdırdı, sonra isə həbsxanaya saldı.

2000-ci il 16 iyulda həbsxanadan yenicə çıxan Rəcəb Tayyib Ərdoğan ABŞ-a getdi. Gedərkən: “Hədəfə çatmaq üçün lazım olarsa keşiş paltarı belə geyinərəm” deyərək zehnini və düşüncəsini təzələyirdi.

Amerika səfərində American Jewish Comitte (Amerika
” Zalım, böyük şeytan olan Amerika Yaxın Şərqi yenidən qurmaq və dizayn etmək üçün Rəcəb Tayyib Ərdoğanı asılı vəziyyətdə olan bir aktyor kimi Yaxın Şərq layihəsinin rəhbəri vəzifəsinə təyin edir. “
Yəhudi Komitəsi)-nin qonağı oldu. Həm də orada JİNSA (Yəhudi Milli Təhlükəsizlik İnstitutu)-nun rəsmiləri ilə görüşdü.

Yenə 4 iyul 2001-ci ildə özəl bir dəvət ilə ABŞ-a çağırıldı və Rəcəb Tayyib Ərdoğan bu dəvəti dərhal qəbul etdi. 2001-ci il 14 avqustda ölkəsinə qayıtdıqdan dərhal sonra Ədalət və İnkişaf partiyasını quraraq Ərbəkan ilə yolunu ayırdı.

Zərər görmüş məzlum bir Ərdoğan artıq siyasət səhnəsində idi. Ancaq bu səfər də yenə iradəsini təslim etmiş bir Ərdoğan... Bu səfər iradəsini böyük şeytan olan Amerikaya təslim etmiş bir Rəcəb Tayyib Ərdoğan!...

Böyük şeytan Amerikaya beyət etdikdən sonra 2003-cü il 31 martda tarixində Amerikalı dostları üçün: “Qəhrəman gənc Amerikalı qadın və kişilərin ən az itki ilə evlərinə sağ-salamat geri dönməsini üçün dua edirəm” demişdir və Amerikanın İraqda etdiyi zülm və qətilləri sanki görmürdü.

Artıq qarşımızda Kasımpaşalı Rəcəb Tayyib Ərdoğan. Köhnə fikirlərini tərk etmiş və sadəcə kütlələrə təsir edən, onların xoşuna gələn sözlər, şüarlar və vədlərlə siyasət səhnəsinin təsirli bir aktyoruna çevrilmişdir. Ancaq mürtəce millətçilər zaman-zaman Tayyibin ayağına dolaşmağa başladılar. Ta o vaxta kimi ki, ABŞ-ın icazəsi ilə ordudakı kadr və kadırların sivil əlaltıları aradan qaldırılana kimi.

O içi boş bir mövzu ilə kütlələrə təsir edərək ayaqda saxlamağı bacaran bir natiq idi... Baxırsan ki, Məhərrəm ayında Aşura mərasimində Azəri vətəndaşlarının yanında yer alaraq atəşli sözləri ilə tarixi gerçəkləri dilə gətirməklə sanki bir Əhli-Beyt aşiqidir... Başqa bir yerdə isə Nazim Hikmətin sadiq bir tələbəsi, digər bir yerdə isə ifratçı bir ələvi dədəsi rolunda. Dini azlıqlarla bir yerdə olduğu vaxt sanki kilsənin və ya sinaqoqun başında oturan bir ağadır.

Kürdüylə, Nusayrisiylə, Şiəsiylə, ABŞ və Avropa xristiyanlarıyla, zalım, işğalçı və Allahın lənətinə tuş gəlmiş İsraillisiylə, Yəhudisiylə, Buddistiylə, Bütpərəsti ilə qardaş kimi olur. Xoşgörüşlü olmaq, onların hüquqlarını qorumaq başqa şey, qardaş olmaq başqa bir şeydir.

Müxalifət partiyaları, müxalif millətçi media, millətçi iş adamları susdurulmuş, təhdid edilmiş, digər media və vətəndaş cəmiyyətləri təşkilatlarına süfrəsində yer ayıraraq tək olmaq xəyalı ilə onları öz tərəfinə çəkmişdir.

Tam bu nöktədə ABŞ, İsrail və Avropa Birliyi iş başında... Çünki qürurlu insan heç vaxt gələcəyi görə bilməz. Nəinki sabahı, axirəti heç görmək istəməz. Baxın İran Şahı, Səddam, Qəddafi, Hüsnü Mübarək və daha neçəsinin acı aqibəti...

Zalım, böyük şeytan olan Amerika Yaxın Şərqi yenidən qurmaq və dizayn etmək üçün Rəcəb Tayyib Ərdoğanı asılı vəziyyətdə olan bir aktyor kimi Yaxın Şərq layihəsinin rəhbəri vəzifəsinə təyin edir. Bu asılılıq Rəcəbin alnında əbədi olaraq bir ləkə kimi qalacaq və sonda bu asılılıq batağında boğularaq gedəcək.

Bu səfər də iradəsini ABŞ, Qərb və İsrailə təslim etmişdir. İp şeytanların əlindədir... Ancaq Allah Təala Qurani Kərimdə buyurur: “Zülm edənlərə meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız). Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə kömək olunmaz!” (Hud-113)

Bugünkü Türkiyə dövlətinin Suriya və Yaxın Şərq siyasəti İsrail və Qərb imperializminin oyunundan başqa bir şey deyil. Bu siyasət ilə Türk dövləti həm özünün gələcəyini, həm də xalqının gələcəyini təhlükə altına atmış olur.

İran İslam İnqilabı ABŞ, İsrail və Avropa Birliyinin iqtisadiyyatına mənfi təsir göstərdi. İran tez-tez kütlələrin Qərb imperializminə qarşı üsyan etmələrini və yerüstü, yeraltı sərvətlərinin zalımlar tərəfindən yerli işbazlar ilə birlikdə talan edilməsini dilə gətirirdi. İranın ən zəif zamanında dostu(!) Səddamın əli ilə 8 illik İran-İrak müharibəsini başlatdılar. Bütün imperialist güclər və yerli diktatorlar Səddama kömək edirdilər. Heç şübhəsiz ki, məğlub olan Səddam və dəstəkçiləri oldu.

Sonra ABŞ-ın ərkəsöyün övladı və işğalçı İsrail 2006-cı ildə Hizbullaha qarşı müharibə etdi. 33 günlük müharibədə bütün imperializmin və onların dəstəkçilərinin yardımlarına baxmayaraq yenə də məğlub olan İsrail və müttəfiqləri oldu.

ABŞ azadlıq, insan haqqları və demokratiya şüarları ilə İraka soxuldu, ancaq hər şey ABŞ-ın dediyi kimi olmadı. İran siyasəti orda da hakim oldu və ABŞ zərbə alaraq qaçıb getdi.

Bütün bunlar baş verən bir dövrdə Ərəb Baharının məşəli imperialistlər tərəfindən yandırıldı !?. Zalım diktatorlar bir-bir getdilər. İndi isə növbə Suriyaya gəlib. Rəcəb Tayyib Ərdoğanın əli ilə və dostcasına sanki orada yeni bir quruluş yaradılacaqdır.

Halbuki əvvəllər Suriya ilə nazirlər səviyyəsində iclaslar keçirilir, qarşılıqlı surətdə vizalar ləğv edilir, sərhəddəki minalar bir-bir təmizlənir, Əsəd ilə ailəvi şəkildə görüşlər təşkil olunur, hərgün qarşılıqlı şəkildə tacirlər gedib gəlir və sərhəddə iqtisadi canlanma hərgün artırdı. Hətta Baş Nazir Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədə: “Bizim oğlan atası kimi deyil, o çox tərbiyəli və insan bir adamdır” deyirdi...

O gün də Bəşər Əsəd Bəəs partiyasının rəhbəri olduğunu, sizin sözünüzlə desək diktator olduğunu bilirdiniz. Niyə bəs o vaxtı dostluğunuzu möhkəmləndirirdiniz? Cavab olaraq: “O vaxt yaxşı idi, bugün isə zülm edir, görməməzliyəmi vuraq?” deyirsiniz. Yaxşı, bunu başa düşdük, ancaq böyük şeytan Amerikaya niyə alət olursunuz?

Bəs şeytan kimdir?

Şeytan pozğunçuluq və şər sahəsində təşviqatla məşğul olan pis, xəbis bir məxluq...
Qurani Kərimdə: İnsanlardan... Hər azğın şeytana uyanlar da vardır. (Həcc-3)
Ey insanlar! Şeytanın izi ilə getməyin. Şüphəsiz ki, o sizin açıq-aşkar düşməninizdir. (Yusif-5)
Kim Allahı buraxıb şeytanı özünə dost edərsə, o açıq-aşkar bir ziyana uğrayıb. (Nisa-119)
(Şeytan) onlara vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir. (Nisa-120)
(Çünki) şeytan etdikləri işləri onlara gözəl göstərdi. (Nəhl-63)
Şeytan tələsi haqqında xəbərdarlıqları bu ayə ilə bitirmək istəyirəm. Ağıllı insanlar üçün sadəcə bu bir ayə kifayətdir. “O zaman Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə
” O gün də Bəşər Əsəd Bəəs partiyasının rəhbəri olduğunu, sizin sözünüzlə desək diktator olduğunu bilirdiniz. Niyə bəs o vaxtı dostluğunuzu möhkəmləndirirdiniz? Cavab olaraq: “O vaxt yaxşı idi, bugün isə zülm edir, görməməzliyəmi vuraq?” deyirsiniz. Yaxşı, bunu başa düşdük, ancaq böyük şeytan Amerikaya niyə alət olursunuz? “
yoxdur. Mən də sizin dadınıza çatanam!” Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!” – demişdi. (Ənfal-48)

Böyük Şeytan Amerika sizə hadisələri gözəl göstərdi. Atəşi qızışdırdı, sonra isə özü kənara çəkildi və kənardan seyr edib halınıza güldü.
Böyük şeytan Amerika bu günə kimi 46,8 milyard dollarlıq silah sattı. Rusiya isə 4,2 milyard dollarlıq silah sattı. Türkiyəyə gələn qaçqın sayı yüz minə çatdı. Belə görsənir ki, bu say hələ 200-300 min olacaq.

Başda böyük şeytan Amerika olmaqla Yaxın Şərqin yenidən qurulması vəzifəsinə təyin edildikdən dərhal sonra böyük bir sərkərdə kimi səhnəyə çıxdınız. Osmanlını yenidən qurmaq və o ərazinin xəlifəsi olmaq həvəsi ilə... Unutmayın ki, o xəyal yenə də o şeytanlar tərəfindən tarixə dəfn edildi. Böyük şeytan və müttəfiqləri tərəfindən tarixə dəfn ediləni yenidən diriltmək boş bir arzu və xəyaldan başqa bir şey deyil. Çünki həm onlar, həm də müsəlmanlar o xilafət sistemindən çox əziyyət çəkdilər. Bir fərman ilə və yaxud da onun qapısındakı sümük yalayan qazilərin fətvaları ilə məzlumların gözyaşı heç qurumadı.

Bugün böyük şeytan Amerika Suriyadan gələn mühacirlərin əziyyətini çəkmir. Hər gün ekrana çıxıb Əsəd və rejimini pisləmir. Ancaq Türkiyə dövləti ticarəti itirdi, qonşuları ilə heç bir problemi olmayan ölkənin bütün qonşuları ilə problemləri artdı, qaçqınların yükü üzərimizdə qaldı və bugünə kimi qaçqınlara 300 milyon dollar pul xərcləndi. İRAK, İRAN, SURİYA, LİVAN, RUSİYA və digər qonşu ölkələr ilə münasibətlər pis vəziyyətə gəldi. Güvənləri qalmadı.

Baş nazir Rəcəb Tayyib Ərdoğandan soruşmazlarmı ki, böyük şeytan Amerikanın əsgərləri zabitlərimizin başına torba keçirərkən, Cənubi Kiprdə bir tərəfli olaraq ABŞ neft axtarışı ilə məşğul olarkən, 31 may 2011-ci il tarixində Mavi Mərmərə gəmisində 9 nəfər İsrail əsgərləri tərəfindən öldürülərkən və onlarla insan yaralanarkən, Yəməndə zalım diktatora qarşı çıxan minlərlə insanlar öz qanlarına qaltan olarkən, Bəhreyn zalımına qarşı qiyam edən Bəhreyn xaqlını susdurmaq üçün Səudiyyə diktatorunun ordu qüvvələri Bəhreynə girərkən, imperialist ABŞ və müttəfiqləri İraqda etdikləri onlarla cinayətlərə səssiz qalarkən və Amerika və Qərbdən dəstək alan İsrail Hizbullaha qarşı 33 günlük müharibə apararkən və ABŞ-ın Sudanı bombalamasına baxmayaraq niyə Suriya üçün göstərdiyiniz həssaslığı bu saydığımız hadisələrə qarşı da göstərmədiniz?

Biz Suriyada baş verən zorakılıqları qəbul etmirik. Orada tökülən qan əlbəttə ki, müsəlman qanıdır. Suriya məsələsində kiminsə tərfində olmamalıydınız, rol ilə vəzifələnməməliydiniz. Məgər Allah Təala Qurani Kərimdə belə demirmi? “Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!” (Hucurat-9)
“Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (Hucurat-10)

Soruşuram: Bəşər Əsəd və müxalifləri barışdırmaq üçün bir görüş təşkil etdinizmi? Ədalətə riayət etməklə
” Başda böyük şeytan Amerika olmaqla Yaxın Şərqin yenidən qurulması vəzifəsinə təyin edildikdən dərhal sonra böyük bir sərkərdə kimi səhnəyə çıxdınız. Osmanlını yenidən qurmaq və o ərazinin xəlifəsi olmaq həvəsi ilə... Unutmayın ki, o xəyal yenə də o şeytanlar tərəfindən tarixə dəfn edildi. Böyük şeytan və müttəfiqləri tərəfindən tarixə dəfn ediləni yenidən diriltmək boş bir arzu və xəyaldan başqa bir şey deyil. Çünki həm onlar, həm də müsəlmanlar o xilafət sistemindən çox əziyyət çəkdilər. Bir fərman ilə və yaxud da onun qapısındakı sümük yalayan qazilərin fətvaları ilə məzlumların gözyaşı heç qurumadı. “
hər iki tərəfə eyni münasibət bəslədinizmi? Xeyr! Sadəcə tərəf tutdunuz və çıxışlarınız ilə həmişə müxalifətə dəstək oldunuz. İndi də dəstək olmağa davam edirsiniz.

ABŞ-a bağlı olmadan, azad iradəniz ilə hərəkət edərək İran və Bəşər Əsəd ilə səmimi bir şəkildə və müştərək bir qərarla bu atəş alovlanmadan söndürə bilərdiniz. Ancaq Suriyanın daxili işlərinə qarışaraq və Bəşər Əsəd və dövlətinə tez bir zamanda bu işi həll etməyi əmr etmək və əks halda sonunuzun pis olmasını demək problemin həllinə kömək olmaq demək deyil. Sizdən əvvəlki hökumətlər və siz 30 il ərzində PKK terrorunun məsələsini həll edə bildinizmi ki, onlar da üç beş ay içində bütün problemləri həll etsinlər. Əlbəttə ki, hamı istəyər ki, problemləri olmayan Suriya olsun. Ancaq “problemləri həll elə” deyərək əmr də vermək olmaz.

“Əsəd qanuniliyini itirdi” deyən Rəcəb Tayyib Ərdoğana Suriya informasiya naziri Umran Zuab “dünyanın hər hansı bir yerində olursa olsun hakimiyyətimizə toxunan olarsa o əlləri kəsərik, əvəzini də ağır ödədərik” deyərək təhdidlərinizə təhdidlə cavab verdi. Mənasız təhidlərdən əl çəkmək daha yaxşıdır və dövlət adamına da yaraşan təhdid yox, fəaliyyətdir. Çünki, Mavi Mərmərə hadisəsində də eyni təhdid tonu ilə danışdınız, ancaq nəticə əleyhimizə oldu.

Əgər o bir oyun olmasaydı, bu zaman şər güclər “one minute”-nin intiqamını almadan əl çəkməzdilər və əvəzini də ağır ödədərdilər. Çünki, hələ də dostlarla (!) dostluq etməkdə qərarlı görsənirsiniz.

Hökumətə yaxın olan media və bu medianın yazdığı yazıları Allaha xatir tənqid edəcək bir kimsə yoxmu? Heç olmasa sizlər qəflət yuxusundan oyanın. Səhvlərə şərik olmayın və mənfəət məqsədi ilə hadisələr qarşısında sakit durmayın. Hamımız birlikdə eyni gəminin içindəyik, ölkəyə ağır nəticələr gətirəcək zəlzələnin siqnallarını görməkdəyəm.
Baş nazir Suriya hadisəsini tez-tez daxili siyasətə bir dərman kimi istifadə etməkdədir. Əgər Kılışdaroğlu Bəəs rejiminin vəkilidirsə, bəs onda siz kimin vəkilisiniz? (!)
ABŞ, Qərb və İsrail ilə dost olanların acı aqibətlərini bir-bir gördük. Pərdələr qaldırıldığında hər bir insan zərrə qədər ağırlığında olan yaxşı və pis əməllərini görəcək, ancaq sonrakı peşmançılıq fayda verməyəcək.

Suriyada 19 aydır davam edən döyüşdən zərər çəkənlər uşaqlar, qadınlar, qocalar, bir sözlə hər kəsdir. İnsanları bir-birinə qarşı qoyanlar hansı məqsəd ilə bunu etdiklərini yaxşı bilirlər. Ancaq vuruşanlar, bir-birini öldürənlər nə məqsəd ilə döyüşdüklərini və öldürdüklərini çox təəssüflər olsun ki, bilmirlər. Bax məsələnin acı tərəfi də budur...
Bilirəm ki, insanları bir-birinə qırdıranlar dünya mənfəətləri üçün qırdırırlar, döyüşənlər isə içi boş olan bir azadlıq üçün döyüşürlər. Hansı haqq, hüquq və ədalət?

Sadəcə rəhbərini dəyişdirəməkdən başqa bir məqsədi olmayan azadlıq. Ərəb Baharı bu insanlara haqq, ədalət və bərabərlik məsələsində nə qazandırdı ki, Suriyaya da eyni azadlığı qazandırsın?

Otuz ildir PKK-ya hər cür iqtisadi yardım, silah, avtomobil və digər dəstəkləri verənlərin kimlər olduğunu çox yaxşı bilirsiniz. Bunlar əsasən ABŞ, Qərb, İsrail və digər güclər deyilmi? Əlbəttə ki, onlardır. Bəs niyə onlarla hələ də dostluq edirsiniz? Bu güclər sizi özəl dəvətlə çağırdıqları və medal taxıb iqtidara çıxartdıları üçünmü? Yoxsa ki, hansısa bir əvəzin qarşılığınımı ödəyirsiniz?

Daha əvvəl dediymiz kimi Səudiyyə xanədanı Bəhreyn diktatoruna köməyə gedərkən niyə səssiz qaldınız? Təhdid ilə başqa bir ölkənin daxili işlərinə qarışmaqla zərər görən siz deyil, Türkiyə və Türkiyə xalqı olacaq. Əsasən də sərhəddə yaşayan günahsız insanlar. Gün kim aydındır ki, Qərblilər Suriya üçün bir oyun hazırladılar və Türkiyə də bu oyunun içinə daxil edildi. Daxili siyasətdə dəstəyinizi itirdiyinizi və gün keçdikcə də itirəcəyinizi bildiyinizdən Numan Kurtulmuşu və Süleyman Soylu kimi insanları partiyanıza dəvət edirsiniz.

Bizə görə Suriya siyasətindən əl çəkməməyinizin yeganə səbəbi qürurunuz, ətrafınızdakı insanların sizi səhv məlumatlandırması və dost bildiyiniz imperialsit güclərin sizə olan
” Otuz ildir PKK-ya hər cür iqtisadi yardım, silah, avtomobil və digər dəstəkləri verənlərin kimlər olduğunu çox yaxşı bilirsiniz. Bunlar əsasən ABŞ, Qərb, İsrail və digər güclər deyilmi? Əlbəttə ki, onlardır. Bəs niyə onlarla hələ də dostluq edirsiniz? Bu güclər sizi özəl dəvətlə çağırdıqları və medal taxıb iqtidara çıxartdıları üçünmü? Yoxsa ki, hansısa bir əvəzin qarşılığınımı ödəyirsiniz? “
təlqinləridir. Ancaq ziyanın yarısından da dönmək bir kişilikdir. Əgər nəfsinizə uymasanız və qürürunuzu ayaqlar altına alsanız bu çox asan bir şeydir. Rəsmi olmasa da belə Əl Malikiyə etdiyiniz dəvətin oxşarını Əsədə də etsəniz siz və xalqınız qazanacaq, düşmənlər isə məğlubiyyətə uğrayacaqlar.

Baş nazir Rəcəb Tayyib Ərdoğan son çıxışında Suriya hadisəsini Kərbəla hadisəsinə oxşatmış və Əməvi Məscidində camaat namazı qılacağını demişdir. Ancaq bu məscidin təməli təqva ilə deyil, təfriqə ilə tikilmişdir. Allah Rəsulu (s) buyurub: “hər bir insan sevdiyi ilə bərabərdir.” Bu qızıl kimi sözlərdən başqa bir şey deməyə ehtiyac yoxdur. Kərbəla hadisəsinə gəlincə isə, Kərbəlanı Suriyaya bənzətmək Kərbəla missiyasını ya bilməmək, ya da ki, üstünü örtbasdır etməkdir. Allah Təala İbrahim peyğəmbərə Bəqərə surəsinin 124-cü ayəsində İmam olaraq vəzifələndirir. Bəziləri isə məscidlərdə camaat namazı qıldıranlara da İmam ləqəbi verdi. İbrahimin (ə) vəzifələndirildiyi İmamət vəzifəsi ilə namaz qıldıran şəxsin İmamət vəzifəsi nəqədər bir-birindən uzaqdırsa, Kərbala qiyamı ilə Suriya hadisəsi də bir-birindən o qədər uzaqdır. Suriya hadisəsinin nə hərəkat olaraq, nə də missiya olaraq Kərbəla hadisəsi ilə heç bir oxşarlığı yoxdur.

Kərbəla küfr ilə İslamın, zalım ilə məzlumun, Haqq ilə batilin mübarizəsi idi. O düz yolda olanlar ilə zəlalətdə olanlar arasında bir döyüş idi. O döyüş küfr ilə imanın, izzətlilər ilə zəlillərin, yaxşılığa əmr edənlər ilə pisliyə əmr edənlərin döyüşü idi. O mübarizə yetimlərin, məzlumların, əzilənlərin mübarizəsi idi. O döyüş Haqq cəbhəsi ilə şeytan güclərin səf tutduğu və sonda Haqqın batilə qalib gəldiyi bir döyüş idi. Bugün eyni Əhzab döyüşündəki kimi düşmənlər səf-səf düzüldülər. Məqsəd, əsl İslamı aradan qaldırmaq və böyük şeytan Amerikanın istədiyi siyasi Əməvi inancını yenidən bərpa etməkdir. Əgər o zalımların planı varsa, Allahın da bir planı vardır. Allah və ordusu hər zaman qalib olandır.
Türkiyə bugünə qədər müxaliflərə hər növ silah-sursat, loqistik dəstək və digər hər cür dəstəkləri açıq və gizli şəkildə etdi və indi də etməkdədir.

Çox da etibar etməməyimizə baxmayaraq aşağıda verəcəyimiz bir-iki bu cür xəbərlərlə tez-tez rastlaşırıq. Məsələ: Röyters xəbər agentliyinin verdiyi məlumat ilə (12 avqust 2012): Amerikadan Çeçenistana qədər böyük bir ərazidən Suriyaya gedərək müxaliflərə dəstək verənləri tanıtdırmağa çalışdı. Agentliyin xəbərinə əsasən Suriyadakı mübarizəyə dəstək vermək üçün gələn cihatçılar arasında Əfqanıstan, İraq, Çeçenistan kimi döyüş zonalarında təcrübə qaznmış döyüşçülər olmaqla yanaşı ABŞ, Tunis, Misir və İngiltərə kimi ölkələrdən gələn fəalların da olduğu bildirilir.
Dünyanın müxtəlif bölgələrindən Suriyaya axın edənlərin müxaliflərin tərəfində olduqları üçün sizin hələ də onlara dəstək verməyinizi anlamıram.

Həmçinin İngiltərədə nəşr edilən The Times qəzetində yayılan məlumata əsasən (15 iyul 2012) Liviyadan Türkiyəyə gələn bir yük gəmisinin içərisində olan silahların bölüşdürülməsi zamanı Müsəlman Qardaşlar və Azad Suriya Ordusu arasında çəkişmə oldu. İddiaya əsasən gəmini təslim alan İnsan Haqq və Azadlıqlarına İnsani Yardım Vəqfi silahları bölüşdürən zaman böyük bir hissəsini yaxın olduğu Müsəlman Qardaşlara təhvil verib.

Yuxarıdakı xəbərlərə əsaslanaraq bugün elə bilki qarşımızda İsraili qorumaq ilə vəzifələndirilən Türkiyəni görürük. Belə olduğu təqdirdə ifrat irqçi olan Siyonist İsrailin daxili işlər naziri Liberman: “Əgər Türkiyə ABŞ-ın Pakistandan üzr istədiyi kimi bir üzrü qəbul edərsə, bu zaman biz belə bir üzr istəməyə hazırıq” demişdir.
Heç narahat olmayın. Üzr
” Daha əvvəl dediymiz kimi Səudiyyə xanədanı Bəhreyn diktatoruna köməyə gedərkən niyə səssiz qaldınız? Təhdid ilə başqa bir ölkənin daxili işlərinə qarışmaqla zərər görən siz deyil, Türkiyə və Türkiyə xalqı olacaq. Əsasən də sərhəddə yaşayan günahsız insanlar. Gün kim aydındır ki, Qərblilər Suriya üçün bir oyun hazırladılar və Türkiyə də bu oyunun içinə daxil edildi. “
istəmədən belə çox qısa bir vaxt müddətində yenə də əvvəlki dost günlərinizə qayıdacaqsınız.

Bu səbəbdən də deyirik ki, bugünə qədər və bugündən sonra Suriyada axıdılacaq hər damla qana görə cavabdehlərdən biri də Türkiyə hökumətidir. Çünki silah verən ilə onu atan eyni günaha şərikdir.

ABŞ, İsrail və Avropa Birliyi kimi dövlətlər, bu dövlətlərin media və bu mediaların yerli işbazları media və siyasi aktyorlardan istifadə edərək xalqı müsəlman olan ərazidə insanları məzhəb qarşıdurmasına çəkmək istəyirlər. Çox təəssüflər ki, bu məsələdə də imperilastlər müvəffəqiyyət qazandılar. Siyasətçiləri və medianı öz məqsədləri üçün istifadə etdilər.

Bu zaman çərçivəsində Qətər və Səudiyyə Ərəbistan bir sünni bloku qurdu belə. Yaxşı, bəs kimə qarşı? Əlbəttə ki, İran, İrak, Suriya və Livana qarşı. Bəs bunu kimlər istədi? Əlbəttə ki, ABŞ, İsrail, AB . Nəticədə Sünni qardaşlığı qurmaq istəyənlər öz hədəflərinə çatdılar.

İstiyərdim ki, bu ərazidə ABŞ, İsrail və Avropa Birliyi və digər imperilaist dövlətlərə qarşı bir blok yaradılardı. Bu başqa bir bahara qaldı, ancaq bu bahar mütləq gələcəkdir.
Sözlərimi qurtarmadan qabaq bir neçə söz də Davutoğluna demək istəyirəm. Unutmayın ki, dünya siyasəti sizin universitetdə dərs olaraq oxuduğunuz və ya oxutdurduğunuz kimi sadə deyil. Çox təəssüflər olsun ki, nəzəriyyə ilə praktikanı bir-birinə qarışdırırsınız. Deyirsiniz ki, “hərəkət etməsəniz cinayətə şərik olacaqsınız.” Siz onsuzda başdan bəri cinayətə şəriksiz. Sonra əlavə edərək deyirsiz: “Suriyada rejim xalqına qarşı qırıcılardan və ağır zirehli texnikadan istifadə edir.” Türkiyə və imperialistlər də müxaliflərə hər cür silah və loqistik dəstək vermirmi? Hərhalda müxaliflər o silahları özləri istehsal etmirlər.
BMT-nin Təhlükəsizlik Şurasında qərara alınan son qanunlarla Fransa, İngiltərə və ABŞ sizi tək buraxmadılarmı? Sizi təkrar xəyal qırıqlığına uğratmadılarmı?

Nəticə olaraq:

1. ABŞ, Avropa Birliyi və digər qərb imperilast dövlətlər istisna olmaqla xaricdə yüksələn etibarınızı itirdiniz.
2. Türkiyəy gələn qaçqın mühacirlərin problemləri artacaq və bu problemlər özü ilə yeni problemlər də gətirəcək.
3. Suriyaya qarşı siyasətinizlə itirən siz yox, Türk xalqıdır. Əsasəndə sərhəd zonasında yaşayan və ailəsini təicarət ilə təmin edən xalqdır. Bundan sonra Türkiyənin Bəşər Əsəddən hələ çox görəcəyi var.
4. Terror təşkilatı olan PKK-nın arxasındakı ABŞ, Avropa Birliyi, İngiltərə və digər qərb imperialist dövlətlərə və onların daxildəki yerli işbazlarına qarşı müqavimət göstəməyəcəyiniz müddətdə Kürd problemi bitməyəcək. Zorakılığa qarşı zorakılıq ilə cavab vermək, məxsusəndə insan öldürməklə bu problem heç vaxt həll edilməyəcək. Səhv olan Suriya siyasətinizə görə İran, İraq, Suriya və digər sərhəd əraziləri konrtol altına ala bilməyəcəyiniz üçün vəziyyət günügündən daha da pisləşəcək və nəticədə millətin səbri tükənəcək və fəlakət təbilləri hamımız üçün çalınacaq.
5. Bu Suirya siyasətinizlə tarix boyu İslama, İslamın mədəniyyət və tarixinə düşmən olanları dost (!), həqiqi dostları isə düşmən etdiniz. Qucaqlaşan və birbirinə məhəbbət duyan iki xalqı birbirinə düşmən etdiniz.
6. Bütün qonşuları ilə münasibətləri korlayan Türkiyə bunu bilməlidir ki, ABŞ, Avropa Birliyi, İsrail və Rusiya kimi ölkələr Suriyaya həll yolu gətirmək niyyətində deyillər. Problemi həll edə biləcək dövlətlər İran, İrak, Misir və Türkiyədir.
7. Mən (biz) “isti simiiit”, “simitçiii” deyən və ancaq fitrəti korlanmamış, ədaləti, insan haqqlarını ön planda tutan, iqtidar və kreslo şərabı ilə məst olmayan, sadəcə Allah rizası tələb edən, özünü insanlığın xoşbəxtliyi üçün fəda edən, məzlum xalq insanı olan Rəcəb Tayyib Ərdoğanları axtarıram.

İSLAMTİMES - AHMET MUHTAR
Source : İslamtimes
Comment