0
Friday 26 October 2012 - 15:00

Elitar mətbuat nədir ?

Story Code : 206744
Elitar mətbuat nədir ?
Elitar mətbuat nədir ?
Bu günlərdə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda Avropa İttifaqı və Avropa Şurasının birgə proqramı çərçivəsində “Media azadlığı və hesabatlılıq: Mediada özünü tənzimləmə” mövzusunda konfrans keçirilməsi haqqında məlumatınız var.

Zaman zaman Azərbaycanda mətbuatın durumu, jurnalistlərin qarşılaşdığı problemlərlə bağlı dəyirmi masalar keçirilir, konfranslar təşkil olunur. Burda bir vacib məqamı qeyd edim ki, əliyev rejiminin bir xüsusiyyəti var, əgər dəvət olunduqları tədbirlərdə ABŞ, Avropa və İsraildən qonaqlar olursa o zaman həmin tədbirlərə göndərilən nümayəndə ən azı deputat olmalıdır, daha nə dərəcədə qənaətbəxş olacağı önəm daşımır.

Ayı kababı yeyən nazir Ziya Məmmədovun oğlu Anar Məmmədov hələ də qəzetlərdən əl çəkmir, məhkəmələrdə qəzetləri süründürür, onlara ağır cərimə kəsdirir. Indi birdən birə bir neçə məmur və zəngin adam düşüb Azadlıq qəzetinin üstünə, həm redkasiya həm də jurnalistlər üçün çətin dövrlərdir.

Redaksiyanın jurnalisti Ramin Deko bir il ərzində bir neçə
dəfə məhkəmə çəkişmələri ilə üzləşib. Deputat Novruz Aslan və icra hakimiyyəti başçısı Nizami Ələkbərov əl çəkməmiş indi də Binə ticarət mərkəzinin sahibi Kəbirə Məmmədova əl çəkmir.

Kəbirə Məmmədova dövlət məmuru olmasa da fitnə fəsad üzrə çox samballı, görkəmli bir mütəxəssisdir, əliyev rejiminin dəstəklədiyi sahibkardır, bir az dəqiq desəm, rejimin yaratdığı imtiyazlar hesabına iri biznesə sahiblənən şəxsdir.

Hələ Heydər Əliyev sağ olan zaman Buzaovnada yerləşən Əli ayağı ziyarətgahını dağıdıb orda gecə klubu tiktirmək istəyənlərdn birincisi olduğu iddia olunur, elə Kəbirədən sonra Anar Məmmədov ziyarətgahlarda gecə klubu tikərək gənc oğlan və qızların gecədən səhərə qədər, qaranlıqda rəqsini təşkil edib orda fitnə ocağı yaradır.

Heç kim də Anara gözün üstə qaşın var deyə bilmir, Şeyxə ziyarətgahlarla bağlı edilən şikayətlərə gələndə isə cavab veririlər ki, məsələyə baxılır, ancaq bu baxılma yüz ildə davam edə bilər. Tədbirdə media icmasının qarşılaşdığı problemləri sırasında həbslər, təqiblər, təzyiqlərlə yanaşı maddi sanksiyaların da geniş tətbiqi
iştirakçıların diqqətinə çatdırıldı.

Ən əttökən çıxışı sözsüz deputat Fəzail Ağamalı etdi. O, Azərbaycan mətbuatında apardığı bölgü üzrə 3 qrup müəyyən etdiyini iddia edir. elitar, siyasi asılı və reket mətbuatı. Bu qədər axmaq bir bölgünü nə zamansa görəcəyimi təxmin etməmişdim.

Elitar media nə deməkdi ? Mətbuat ya obyektivdir ya da qeyri obyektiv, elitar nə deməkdir ? Əgər söhbət çap məmulatlarının keyfiyyətindən gedirsə o zaman demək olar çılpaq qadınları, onların itlərlə intim şəkillərini əks etdirən və rejim tərəfindən çap olunan jurnallar çox keyfiyyətlidir. İndi bunlar elit mətbuat sayılır ?

Hakimiyyəti “Monitor” jurnalı kimi sarsıdacaq qəzet jurnal olmasa da tənqid edən mətbuat heç də keyfiyyətli kağız və mətbəə üzü görmür. Rekt jurnalistika şərti olaraq qəbul edilib və cəmiyyətdə belə bir problem var, ancaq onlar çox az sayda qalıb artıq. Jurnalistlərin maddi təzyiqlərə məruz qalması, sanksiyalarla üzləşməsi onlar üçün az problem yaratmayacağı aydın görünür.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment