0
Friday 26 October 2012 - 16:48

Bir təbriklə aldadılanlar

Story Code : 206747
Bir təbriklə aldadılanlar
Bir təbriklə aldadılanlar
Islam times.org/az/ - Yenə hönkür hönkür ağlamaq üçün əsas yarandı. Bu dəfə də İmam Hüseyn üçün. Deyəcəksiniz ki, məgər Aşura gəldi? Yox, hərçənd hər gün Aşura, hər yer Kərbəla deyilib, ancaq Aşuraya qədər Qurban bayramında prezident İlham Əliyev digər özünün hesab etdiyi bayramlarda olduğu kimi xalqı təbrik edib.

Bir iki kəlmə işlədib bizim avam müsəlmanların könlünü alıb. İlham Əliyev yer üzündə zülüm qalmır bu müsəlmanların başına gətirsin, sonra da Qurban bayramında bir təbrik nitqi ilə məsləni xətim edir.

Bu birinci, ikinci, üçüncü il deyil, artıq 10 ildir tendensiya davam edir, insan anlaya bilmir ki, bu müsəlmanlar üzlərini qibləyə tutub namaz qılanda Allahı dua edir ya şeytana. Axı İlham Əliyev daha nə etməlidir ki, müsəlmanlar Onu əmirəlmöminin kimi qəbul etməsin?

Yox əgər əmirəlmöminindirsə onda gərək dünyanın bütün müsəlmanları, başda müctehidlər olmaqla ona biət etsin. Azərbaycanlı müsəlmanlar hicab məhrumiyyətindən tutmuş ta bütün zülümlərə qədər hər bir şeyə dözüb yenə də İlham Əliyevi əmirəlmöminin bilirsə (yalnız ona görə ki, o prezidentdir) demək İmam Hüseynin qanı yerdə qalıb, onu bu cəmiyyət hələ də anlamayıb, demək İlham Əliyev istəsə qısa bir zamanda Kərbəla məsələsini azərbaycanlılara başqa cür təbliğ edə bilər necə ki, buna hazırlaşırlar.

1400 ildən sonra İmamı hələ də dərk etməmək Onun haqqına zülm etmək deyilmi?, bu qədər vaxtdan sonra Ona qarşı bü zülmün başına gətirilənlərlə nə fərqi oldu daha? Mən demirəm prezidentin təbriki lazım deyil, O, öz işini görür, öz təbliğini aparır, ancaq ona televiziyada baxan, ağ saqqall şiə, əlində təsbeh və dini üzük deyirsə ki, “Allaha canıvı sağ eləsin”, hələ də bu sözlər şam namazından bir az əvvəl sidqi ürəklə deyildisə, onda azı 100 il qızlarımız çətin ki, hicabla məktəbə gedə bilsin.


İSLAMTİMES - İLQAR
Source : İslamtimes
Comment