0
Thursday 1 November 2012 - 23:42

Adil İsmayılovun ehyamları

Story Code : 208378
Adil İsmayılovun ehyamları
Adil İsmayılovun ehyamları
Islam times.org/az/ - Bu günlərdə Gülər Əhmədova və Elşad Abdullayev olayı mətbuat və sosial şəbəkələrdə yenidən diqqət mərkəzinə gəldi. Siz də məlumatlısınız ki, Elşad Abdullayevin hakimiyyətdən bir milyon avro tələbinin yerinə yetirildiyi qarşılığında keçmiş rektorun susacağı və videoların ardının yayımlanmasının dayandırılması haqqında razılıq əldə olunması barədə mətbuat məlumatları yayıb.

Mənbə göstərilməsə də belə xəbərlərin yer aldığı KİV az çox reytinqi ilə seçilən qəzetlərdir. Sosial şəbəkələrdə isə fəallar elə zənn edir ki, Elşad Abdullayev videoların yayımını dayandırıbsa deməli ortada hər hansı bir razılaşmanın olduğu barədə ehtimallar üçün əsas var. Ancaq mətbuata verdiyi açıqlamasında Abdullayevin vəkili Adil İsmayıl bu fikirlərin əsaslı olmadığını bildirərək, iddia edir ki, müdafiə etdiyi şəxsin məqsədi kimlərisə ifşa etmək yox sadəcə olaraq itkin düşmüş qardaşı – Mahir Abdullayevin istintaq işinin aparılması istəməkdir.

Vəkilin bu cür çıxışı Elşadı müdafiə etməkdən başqa bir şey olmadığını ortaya qoyur ki, bu da təbii qarşılanmalıdır, peşəsinə diqqət etsək burda qəribə heç bir şey yoxdur. Ancaq məsələ bununla bitmir.

Sosial şəbəkələrdə səsləndirilən fikirlərdə də çox ciddi məqamlar var ki, onalardan da ən birincisi hakimiyyətin korrupsiya girdabında bulanması dəlillə, sübutla ortada olduğu bir vaxta digər videoların da meydana gəlməsini istənilməsi haqlıdır.

Vəkilin dediyi “xalq videoya qədər də zatən hər şeyi bilirdi və xəbərdar idi” fikir öz yerində ancaq nə zaman belə bir video dəlili kimi ortaya qoyuldu?

Burda onu da unutmaq olmaz ki, rejim Güləri qurbanlıq qoyun kimi istifadə edə bilər və bununla da məsələyə son qoya bilər, digər yandan isə Elşadda iddia etdiyi kimi 9 ilin videoları var buna da kimsə şübhə etmir. Yenə da başqa bir kontekstən baxdıqda vəkilin də fikirləri düşündürücüdür o planda ki, bir video xalqın və müxalifətin çox addım atması üçün əsas olardı ancaq cəmiyyətdəki susqunluq sübut etdi ki, 9 ilin videosu efirə verilsə belə bir şey dəyişməyəcək.

Bu məsələnin çox önməli yerdir, fikir verin, bu zaman qədər hakimiyyət deyir ki, korrupsiyanı isbatlayacaq dəlil yoxdur və kimisə günahkar bilmək üçün də əsas olmadığından bizdən hərəkət gözləməyin, indi isbat və dəlil ortada ancaq hakimiyyət qayıdıb deyir ki, belə şeylər bizi sarsıda bilməz. Sizcə rejimin bu qədər arxayınçılığının səbəbi nədir?

Ondadır ki, rejim anladı ki, videolarla xalq kütləvi şəkildə ayağa qalxmayacaq və hakimiyyət əminlik “şəhadətnaməsini” almış oldu. Elə bu məqamı da vəkil üstüörtülü deyir, ona görə də məsələnin siyasiləşdirilməsinin əleyhinə olduğunu və bu sübutların fərsiz müxalifətə xidmət etməsi üçün yox Mahirin tapılmasına yardımçı olmasını istəyri. Hakimiyyət artıq bəyan edib ki, Elşad Abdullayevdə nə qədər video var ictimaiyyətə açıqlasın və belə şeylərlə onlar iqtidardan gedən deyil.

ISLAMTIMES - ELVIN CAVADOV
Source : İslamtimes
Comment