0
Tuesday 6 November 2012 - 18:22

Təyyarəsi uçmayan hava limanı

Story Code : 209716
Təyyarəsi uçmayan hava limanı
Təyyarəsi uçmayan hava limanı
Islam times.org/az/ - Ermənistan işğal etdiyi Azərbaycan ərazisində, Dağlıq Qarabağda, Xankəndindən 10 kilometr aralıda Xocalıda vaxtilə mövcud olmuş sonra isə müharibə nəticəsində dağılmış hava limanını bərpa etməsi az qala gurultulu bir PR kampaniyaya bənzəyir.

Bunun ən böyük günahkarı elə Ermənistandır. Oturub durur bəyan edir ki, Xankəndindəki hava limanı bərpa ediləcək və təyyarə reysləri işə salınacaq. Bu mövzu artıq iki ildir ara sıra gündəmə gəlir.

Ermənistan tərəfi hava limanının danışıqlar prosesinə xələl gətirəcəyindən də narahat deyil, xüsusilə Ramil Səfərov olayından sonra onlar bu mövzunu daha çox qabartmağa başladılar.

Xankəndindəki hava limanı Almaniya, Finlandiya və Rusiya şirkətlərinin dəstəyi ilə artıq hazırdır və oktyabrın 1-də istismara verilib. Hava limanının mövzusu təkcə Azərbaycan hakimiyyəti üçün yox, həm də Minsk qrupu həmsədr ölkləri üçün də başağrısına çevrildi.

Bu ölkələr üçün artıq zəhmət çəkmək kimi şərait yaratdı. Ona görə tez tez Minsk qrupu ölkələri, xüsusilə də ABŞ Dövlət Departamentinin rəsmiləri bəyanat verərək Ermənistanı beynəlxalq qanunlara riayət etməyə çağırmalıdır, digər tərəfdən Azərbaycan hakimiyyətini mülki təyyarələri məhv etməmək üçün təmkin nümayiş etdirməyə çağırmalıdır.

Beynəlxalq hüquq isə Qarabağ münaqişəsində olduğu kimi hava limanı məsələsində də Azərbaycanın tərəfindədir, ancaq artıq 20 ildir sübut olunub Ermənistan bu münaqişə kontekstində beynəlxalq qanunlara tüpürə bilir və bunun qarşılığında da cəzasız qala bilir.


İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment