QR CodeQR Code

Daha 20 il yəqin bu dəmiryolu istifadəsiz qalacaq

İslamtimes , 13 Nov 2012 17:05

İslamtimes - Ancaq hər kəs unudur ki, bu dəmiryolu Ermənistanın üzünü bir balaca güldürəcəksə belə Azərbaycan tərəfi buna yol verməyəcək.


islamtimes.org/az/ - İndi Azərbaycanda yeni bir fikir formalaşıb ki, Gürcüstanda demokratiya deyəsən Saakaşvili ilə birlikdə gedib, yeni hökumət hoqqabazlığında tez tez Azərbaycanın da bostanına daş atmağı unutmur.

İvanişvili hökuməti dişini birinci SOCAR-a batırdı və açığını desəm qanı da çıxartdı. Düzdür Rovnəq Abdullayev də sınmadı, ancaq əli yüz milyardlarla dollarla oynayan adam İvanişvilinin qabağında əlbəttə ki, sınmaz.

İvanişvilinin 3,6 milyard vəsaiti varsa, Rovnəq Abdullayev bu məbləği ancaq elə bir törəmə şirkətin tenderdə qalib gəlməsi üçün xərcləyir. Mətbuatdan siz də bilirsiniz ki, İvanişvili hökuməti indi də dəmiryolu məsələsini ortaya atıb. Bu dəfə səs vergi orqanlarından yox Gürcüstanın reinteqrasiya məsələləri üzrə naziri Paata Zakareişvilidən gəlib, gürcü naziri Abxaziyadan keçməklə Gürcüstanı Rusiya ilə birləşdirən və 20 ildir istismarsız qalan dəmiryolunun bərpasından danışıb.

Əlbəttə burda ilk baxışdan bizə toxunan bir şey yoxdur, ancaq məsələ burasındadır ki, bu dəmiryolunun digər tərəfi Ermənistana gedib çıxır, yəni Rusiyanı Ermənistanla birləşdirir.

Sözü ki, bu dəmiryolunun bərpası üçün nə Gürcüstanın, nə Ermənistanın, nə dəki ələbaxan Abxaziyanın maddi imkanı ola bilər.

Azərbaycanın yerli mətbuat orqanlarının verdiyi məlumatlara görə guya Abxaziya tərəfi dəmiryolunun bərpasını arzulamadığını bəyan edib, ancaq əslində isə 14 ildir Suxumi bu məsələdən ötrü Rusiya hakimiyyətinə çox müraciətlər edib. Abxazlar elə fikirləşirlər ki, dəmiryolunun bərpasından sonra qondarma respublikanın büdcəsi yükdaşımalardan xeyli səmərə görə bilər, idxal olunan istehlak məhsullarının qiymətlərində enmələr ola bilər. Ancaq hər kəs unudur ki, bu dəmiryolu Ermənistanın üzünü bir balaca güldürəcəksə belə Azərbaycan tərəfi buna yol verməyəcək.

Dəmiryolunun bərpasında Rusiya maddi imkanlarını səfərbər edib istədiyinə nail ola bilər, ancaq bu rəsmi Moskvaya o qədər baha başa gələr ki, Rusiya buna pul xərcləməz. Digər yandan da Azərbaycna hakimiyyəti gürcüstan hakimiyyətini bu istəyindən daşındıra biləcək gücə sahibdir və artıq daşındırıb da. Gürcüstan tərəfi Azərbaycanı eşidib dəmiryolunun bərpasını təxirə salacaq və daha 20 il yəqin bu dəmiryolu istifadəsiz qalacaq.

İSLAMTİMES - ELVİN CAVADOV


Story Code: 211559

News Link :
https://www.islamtimes.org/az/article/211559/daha-20-il-yəqin-bu-dəmiryolu-istifadəsiz-qalacaq

Islam Times
  https://www.islamtimes.org