0
Wednesday 14 November 2012 - 20:42

Sarkisyan seçkilərə hazırlaşır

Story Code : 211852
Sarkisyan seçkilərə hazırlaşır
Sarkisyan seçkilərə hazırlaşır
Islam times.org/az/ - ABŞ seçkilərini bitirdi, seçkiqabağı mövsüm cənubi qafqazda davam edir, Ermənistanda bu mövsümün təzahürləri hiss olunmaqdadır. Həm Levon Ter Petrosyan həm də milli konqresin rəhbəri Levon Zurabyan ictimaiyyət qarşısındakı çıxışlarında 2013-cü ildə Ermənistanda dəyişiklik ili olacağını bəyan ediblər.

Bu Sarkisyan üçün adətkərdə bir hal ola bilərdi, ancaq iş burasındadır ki, erməni diasporu Serjiki gözümçıxdıya salıb, xüsusilə qərb ölkələrində olan diaspor nümayəndələri hazırkı prezidentdən ya islahatların aparılmasını ya da vəzifədən getməsini tələb edir.

Sarkisyan da imitasiya üçün gah Xankəndinə gəlir, orduyala görüşür, çıxışlar edir, Xocalı hava limanına baş çəkir, hərbi təlimlər keçirib poliqonlarda bu təlimləri izləyir.

Gah da keçmişdə verilən vədlərin xatirə kitabçasını vərəqləyib gündəm düzəltməklə məşğuldur. Bu arada onu da unutmur ki, torpağını işğal etdiyi Azərbaycanın rəsmi iddialarına cavab versin. Bu kontekstə bir qədər ətraflı baxmağı təklif edirəm.

Əlbəttə ən birinci gərək ona fikir verək ki, Azərbaycan rəsmiləri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zəminində əsasın hansı iddiaları qabardır.

Uzağa getmək lazım deyil, elə baxaq prezident İlham Əliyevin çıxışlarına. Prezident Əliyev çıxışlarında tez tez vurğulayır ki, Azərbaycanın müdafiə xərcləri bütün Ermənistan dövlətinin büdcəsindən çoxdur. Bu faktdır. Yəni elə maliyyə resurslarımızla Ermənistanı şoka salıb istədiyimizi ala bilərik. Ancaq Sarkisyan da deyir yox, elə şey yoxdur və gedib Rusiya ilə saziş imzalayıb Ermənistan müdafiə sənayesinin gücləndirilməsi üçün tədbirlər görür.

Daha doğrusu Rusiyanın təklifi ilə bu sazişə imza atır. Ancaq burda heç də hər şey elə asan məsələ deyil. Rusiya müdafiə sənayesi hazırda özü tənəzzül yaşamaqdadır, düzdü noyabrın 4-də Dimitriy Roqozin yüni Kalaşnikovun prezintasiyasını keçirtdi, hansı ki, bu təqdimetmə mərasimi proqrama görə hələ 1997-ci ildə keçirilməli idi.

İndi ayıb olmasın soruşmaq bir avtomatın prezintasiyasını Rusiya 15 il gecikməklə keçirirsə Ermənistanda hansı müdafiə sənayesini qura bilər? Yenə deyilsə ki, Rusiya Ermənistana müharibə başlayacağı təqdirdə hərbi dəstək verəcək və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistan dəstək görəcək buna bir az inanmaq olar.

Ancaq Rusiya ilə həmsərhəd olmadan, üstəlik ortada Azərbaycanın investisiyasından asılı olan Gürcüstan olan bir halda, Rusiya Ermənistanda hansı silah sənayesini açıb inkişaf edə bilər?

İqtisadi baxımdan bu əlverişli şərtləri olmayan bir sazişdir, ya da Rusiya yenə də milyardları xərcləyib sonra da bu pulları Azərbaycandan almaq üçün Ermənistana yeni işğalçı planı verib Azərbaycanın üstünə yollamalıdır. Yenı real görünmür, ən azı Rusiyadakı hökumətdə vəzifə tutan korrupsioner məmurlar belə şeyləri yüksək həssaslıqla his edirlər və Ermənistana gedəcək maddi texniki resursların maliyyə dəstəyinin dalına keçəcəklər.

Ya da ən azı yaxın 20 ildə bu saziş elə kağız üstündə qalacaq. Belə çıxır ki, bunları bilən Serjik imitasiya ilə məşğul olub seçki üçün hazırlıqlar görür. Sarkisyanın başqa bir ümidgahı İran İslam Respublikasıdır.

Sarkisyan İran məsələsində də daşı Azərbaycanın bostanına atır, seçicilərin dəstəyini qazanmağa ümid edir. Iki ölkə arasında çoxdan bəri qalan layihələri gündəmə gətirir. Araz çayı üzərində SES inşasını İranın maddi dəstəyi hesabına həyata keçirməsini arzulayan Sarkisyan gərək tələsməsin, bunun üçün zaman ehtiyac var, baxmayaraq ki, ilkin razılaşmalar çoxdan əldə olunub.

Ermənistanla İran arasında çoxdan yaranmış mövzulardan biri və nadir hallarda, bəlkə də seçkidən seçkiyə gündəmə gələn məsələ Ermənistanın Təbriz şəhərində konsulluğunun açılmasıdır. Prezident Əhmədinejadla son görüşündə Sarkisyan konsulluq məsələsinə toxunsa da deyəsən bəlli müsbət bir cavab almayıb.

Ermənistanın Təbrizdə konsulluğunun açılması məsələsində açığı Sarkisyan daha çox xəyalpərəst kimi görünür, bəlkə yuxarıda sadalanan layihələr həyta keçirilə bilər, ancaq Təbrizdə Ermənistan konsulluğu Qarabağ azad olunmayana qədər açılması mümkünsüzdür.

Mətbuatın verdiyi xəbərə görə prezident Əhmədinejad Sarkisyanı arzusuna müsbət yanaşdığını ifadə edib ancaq reallaşması elə asan məsələ də olmadığını qeyd edib. Burda Sarkisyanın günahı ondadır ki, Ermənistan prezidneti Azərbaycanın rizası olmadan Təbrizdə konsulluq açılmasının mümkünsüzlüyün dərk edə bilmir.

Azərbaycan razı olmasa, İran heç bir zaman Təbrizdə Ermənistan konsulluğunu aça bilməyəcək və bunu istər Ermənistan prezidenti, istərsə də sadə erməni seçiciləri gərək yaxşı anlasın. Məsələ təkcə ondan deyil ki, İranla Azərbaycan qonşu ölkədir, Təbrizdə əhalinin əksəriyyəti azərbaycanlıdır. Konsulluğun hazırkı vəziyyətdə açılması heç Ermənistan büdcəsi üçün də uyğun deyil.

Bundan başqa Azərabycanla İran arasında münasibətlər o qədər həssas və kövrəkdir ki, Azərbaycanın izni olmadan Təbrizdə Ermənistan konsulluğunun açılması ciddi problemələrə yol aça bilər. Digər tərəfdən də ki, təbrizlilər o konsulun bir həftə fəaliyyət göstərməsinə imkan verməzlər.


İSLAMTİMES - ORXAN
Source : İslamtimes
Comment