0
Wednesday 14 November 2012 - 23:58

Başçı məscidə ayaqqabı ilə girdi və Allahı soruşdu

Story Code : 211908
Başçı məscidə ayaqqabı ilə girdi və Allahı soruşdu
Başçı məscidə ayaqqabı ilə girdi və Allahı soruşdu
Islam times.org/az/ - Artıq bir neçə ildir ki, hakimiyyət arenasında və ictimai mediada “Yezid” ləqəbli Elmar Vəliyev namı “məşhur” bir simaya çevrilib. Buna səbəb kimi Elmar Vəliyevin Allahın dini, ölkədə inanclı kəsimə qarşı sərtlik və aqressivlik nümayiş etdirməsi olub.

Yəqinki hamının xatirindədir ki, Elmar Vəliyev hələ Yevlax rayon icra hakimiyyəti başçısı vəzifəsini icra edən zamanlarda demək olar ki, Azərbaycanın müsəlman oluşu tarixində gözlənilməz bir addım atdı.

Daha doğrusu heç bir azərbaycanlının cəsarət etmədiyi, xəcalət çəkdiyi və qorxduğu bir addım desək daha həqiqətə uyğun səslənər. Bu addım elə bir addım idi ki, konkret olaraq bu dünyada belə adama lənət oxutdurur.

Ona etibar edilmiş vəzifə səlahiyyətlərindən sui istifadə edərək rayon dindarlarına qarşı amansızlıq nümayiş etdirən Elmar Vəliyev ilk olaraq bazarlarda satılan dini suvenir mağazalarını bağlatdırdı.

Əlbəttə o gözəl anlayırdı ki, gəncləri dindən, imandan uzaqlaşdırmaq üçün ilk olaraq dini təbliğatın qarşısı alınmalı idi. Başçıdan gələn növbəti sərt addım rayon məscdinə aid olan torpaq sahəsini satmaq oldu. Lakin bu dəfə rayon camaatı onun bu müsəlmana yaraşmayan hərəkətinə tab gətirə bilməyib rəsmi və qeyri rəsmi formada etirazlarını etdilər.

Yevlax rayon məscdinin axundu başda olmaqla dindarlar media vasitəsi ilə ölkə rəhbərliyinə müraciət etməklə bu acınacaqlı vəziyyəti durdurmağı xahiş etdilər.

Lakin vəziyyət hamının gözlədiyindən tam əks istiqamətdə cərəyan etdi. Rayon dindarlarının etirazlarına cavab olaraq ölkə rəhbərliyi susqunluq nümayiş etdirməklə yanaşı Elmar Vəliyev tərəfindən daha sərt bir mövqe göstərildi. Belə ki, rayonda keçirilən dini bayramlar zamanı küçədə avtomobilindən enərək hicablı xanımları küçə söyüşləri ilə təhqir etdi.

Evində Məsumlardan birinin şəhadəti münasibəti ilə ehsan məclisi təşkil edən Qarbağ veteranının evinə basqın edərək məclisi dağıtdı və ev sahibinə qarşı zorakılıq tətbiq edildi.

Resbublikada baş verən ən kiçik olaydan belə xəbərdar olan ölkə rəhbəliyi təbii ki, bu hadisələrdən də xəbərsiz deyildi. Amma yenə də heç bir tədbir görülmədi. Hətta Elmar Vəliyev müdafiə belə olundu.

Elmar Vəlyevin rayon rəhbəri vəzifəsində olarkən Allahla müharibə yönündə həyəta keçirdiyi işləri bu kiçik yazımızda ifadə etmək olduqca çətindir. Özünü savadlı və intellektual səviyyəsinin yüksək olduğunu iddia edən Elmar Vəliyev bircə amili dərk etmək istəmir ki, Allaha və onun dininə qarşı atılan ilk addım onun məğlubiyyətinin başlanğıcıdır.

Kiçik bir rayonun idarəçisi vəzifəsindən istifadə edərək bütün aləmlərin Rəbbinə qarşı çıxmaq olduqca ağılsızlıqdır. Elmar Vəliyev öz asudə vaxtlarından istifadə edib bəzi tarixi kitabları oxusa, Firon, Nəmrud və Haman kimi mənfi tarixi şəxsiyyətlərin həyatından özü üçün örnəklər alsa, bu onun üçün bu çirkab əməllərdən xilas olma mənbəyi ola bilər.

Yevlaxın sabiq başçısının bu əməlləri sanki ölkə rəhbərliyi tərəfindən təqdirə layiq hesab olunaraq ona daha böyük bir şəhərin idarəçiliyi həvalə olundu. Dahi şair Nizami Gəncəvi yurdu qədim Gəncə şəhəri Elmar Vəliyevə tapşırıldı. Quzu qurda tapşırılan kimi.

Öz sabiq əməllərindən əl çəkmək fikri olmayan Elmar bəy Gəncəyə ilk addımlarını atdığı an yenə Allahla düşmənliyini göstərdi. Gəncə şəhər mərkəzində yerləşən qədim Şah Abbas məscidnə ayaqqabı ilə daxil olarkən, dindarlardan biri başçının bu qeyri etik hərəkətinə dözə bilməyib “zəhmət olmasa ayaqqabılarınınzı çıxarın, bura Allahın evidir” kimi xatırlatma vermişdir.

Allahdan və dindarlardan üzr istəyib, səhvini düzəltmək əvəzinə Elmar Vəliyev “hanı Allah, evdədirmi?” kimi məsxərəli gülüşləri ilə gəncəlilərin nifrətini qazanmışdır.

Bəli, dində məcburiyyət yoxdur prinsipinə uyaraq biz kiminsə dindar və ya qeyri dindar olmağa, cənnətə və ya cəhənnəmə getməsinə məcbur etmirik.

Dünyada Elmar Vəliyev kimi milyonlar var ki, onlar Allaha inanmır, heç bir dini qəbul etmirlər. Lakin ən azından digərlərinin inancına hörmətlə yanaşırlar. Məgər Azərbaycanda bütün icra hakimləri dindardırlarmı və ya Allaha inanırlarmı? Heç də belə deyil. Lakin rəhbərlik etdikləri rayon və şəhər sakinlərinin dini əqidələrinə qarşı hörmətsizlik etmir, insanların heysiyyatına toxunacaq hərəkət nümayiş etdirmirlər.

Ölkə rəhbərliyinin isə Elmar Vəliyevə qarşı xoş münasibəti ölkəmizin gələcək taleyinə heç bir xoş gələcək vəd etmir. Hörmətli oxucularımızın nəzərinə Elmar Vəliyevlə hakim dairənin yaxınlığı barədə daha bir yenilik çatdıraq. Bir neçə gün bundan öncə Elmar Vəliyevlə Bəylər Əyyubov quda olmuşlar. Buda o deməkdir ki, Elmar Vəliyevə başçılıqdan da başqa digər səlahiyyətlər veriləcək. Allah səbir verməsin gəncəlilər.

İSLAMTİMES - ZƏHRA
Source : İslamtimes
Comment