0
Sunday 18 November 2012 - 23:32

Mollalar məscidlərdə niyə tapılmırlar?

Story Code : 213069
Mollalar məscidlərdə niyə tapılmırlar?
Mollalar məscidlərdə niyə tapılmırlar?
Islam times.org/az/ - Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsi yenidən mollarları bir araya yığıb konfrans keçirdi. Konfransada QMİ sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov və bir çox tanınmış simalar iştitirak etdilər.

Həmişə olduğu kimi bu dəfə də konfrans öz işini bəzi məsələlərin müzakirəsi , Məhərrəm ayının başlanması və Aşura gününün vaxtının elanı ilə öz işini yekunlaşdırılmış hesab etdi.

QMİ adətən fətva vermək üçün konfranslar keçirir. Sanki Şeyx fətva verməsə nə Məhərrəm ayı gələcək, nə də Ramazan ayı başlayacaq. Onsuzda Azərbaycan dindarlarının heç bir dini rituallarını QMİ-nin fətvası ilə yerinə yetirmir. Çünki Azərbaycanda kifayət qədər dini elmə və fətva verəcək imkana malik olan bir şəxs yoxudur. Elə isə QMİ hansı dini və şəri məsələnin fətvasını verir? Buna yalnız bir ad qoymaq olan. “Özünü göstərmə”. Bu özünügöstərmə ilə QMİ sədri dövlət başçısına və ictimaiyyətə nümayiş etdirmək istəyir ki, biz də varıq və bizim fəaliyyətimiz dondurulmayıb.

Əsl həqiqətdə isə QMİ-nin Həcc ziyarətinin təşikilndən başqa heç bir fəaliyyəti göz qabaqında deyil. Azərbaycan dindarlarınn özlərinin qəbul etdiyi təqlid mərcələri və dini aktivliyi olan icmaları çoxdur. Burada QMİ-nin hansı dövlət strategiyasında iz qoymuş rolu varki?

Xatirinizdədirsə, bir dəfə Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli çıxışlarının birində “Qafqaz Müsəlmanları İdarəsinin fikri dövlətin fikri deyil” kimi bir fikir də bildirmişdi. Bu o deməkdir ki, Azərbaycan hakimiyyəti heç vaxt QMİ- ni qeyri hökumət təşkilatından yuxarı bir səviyyədə dəyərləndirməmişdir.

Konfransda şeyx çıxış edərkən bildirmişdir ki, bu gün Bakı İslam Universitetində xaricdən gələn tələbələr təhsil almaqdadırlar və onlara dini elmləri yüksək səviyyədə öyrədilir.

Çox maraqlıdır, axı göz qabaqındadır ki, Bakı İslam Universitetinin tələbələri şəhərin özəl kurslarında ərəb-fars dilləri və şəriət üzrə təhsil alırlar. Əgər universitetdə bu qədər yüksək səviyyəli təhsil olsaydı nədən tələbələr repetitorlara müraciət etməlidirlər? Və ya bizə bir nəfər İslam Universitetinin məzununu göstərin ki, o Azərbaycanda ilahiyyət üzrə nailiyyətlər əldə etmiş olsun.

Digər tərəfdən İsam Universitetinin məzunları bu gün məscdilərə axund vəzifəsinə təyin olunurlar. Olmazmı ki, QMİ dən nümayəndələr ayrılsın və bu məscidlərə yoxlama qismində gondərilsin ki, bu axundlar heç məscidlərdə tapılırlarmı. Axı axund necə məsciddə tapılsın ki, ayda iki dəfə müxtəlif ziyarətgahlara zəvvar daşımaqla məşğuldur. Bunun üçün dövlət və qeyri -dövlət turizm şirkətləri fəaliyyət göstərirlər. İstənilən vaxt müraciət edən vətəndaşlar bu şirkətlər tərəfindən Məşhəd, Kərbəla ziyarətlərinə gedə bilirlər.

Məscidi, camaat namazlarını tərk edib zəvvar başlıq etmək axundun nəyinə lazımdır? Cavab isə məlumdur. Çünki bu kimi ziyarətlərdə qazanc vardır. Əgər bu kimi halların qarşısı alınmazsa, Azərbaycanda kütləvi dinsizləşmə problemi meydana gələcək. Əlbəttə ki, biz bunu bir problem kimi dəyərləndiririk. Bəlkə də bu problem bəzi qüvvələrin arzusu və istəyidir.

Yazımızın sonunda daha bir mühüm faktoru da qeyd edək. Bir neçə il bundan öncə Azərbaycandan Həcc ziyarətinə səfərlərin təşkil edilməsi üçün QMİ dən əlavə bir neçə turizm şirkəti də fəaliyyət göstərirdi.

Bu turizm şirkətlərində zəvvarlara göstərilən xidmətin yüksək keyfiyyəti əhalinin onlara müraciətinin get-gedə sayının artırılmasına səbəb olmuşdu və bu vətəndaşlarımız tərəfindən yüksək ampula ilə qarşılanırdı. Lakin birdən birə QMİ Həcc ziyarətini tamamilə öz idarəçiliyi altına keçirdi və digər turizm şirkətlərinin həccə gedişi qapadıldı. Yeni bir sual ortaya çıxır. Axı Hansı hüquqla? Hansı dini, şəri və vicdani ədəbiyyatda yazılıb ki, insanların Həccə gedişi yasaqlansın və bu bir nəfərin əlində inhisar edilsin. Sonra oturub haqdan ədalətdən danışırıq və müsəlmanları öz ətrafımıza birləşdirmək üçün guya mübarizə aparırıq. Hansı müsəlman bu boyda ədalətsizliyin şahidi olandan sonra bizim fətvamıza, nə bilim rəsədxanamıza inanaraq öz imani məsələlərini bizə həvalə edər?

İSLAMTİMES - FATİMƏ
Source : İslamtimes
Comment