0
Tuesday 20 November 2012 - 15:55

Ölkə rəhbərliyinə maraqlı təklif

Zaqatala, Qax, Balakən və Şəki rayonlarında bu zəlzələdən zərər çəkənlər hələ də çadırlarda yatırlar.
Story Code : 213652
Ölkə rəhbərliyinə maraqlı təklif
Ölkə rəhbərliyinə maraqlı təklif
www.Islam times.org/az/ - Atalar yaxşı deyib, sən saydığını say gör fələk nə sayır. İndi xalqın nə saydığı, necə saydığı heç kimin vecinə deyil, əsas odur ki, görsünlər hökumət nə sayır.

Artıq bir neçə aydan sonra bir ili tamam olacaq zəlzələ yəqinki öz mənbəyində yoxa çıxıb, yatağı çoxdan palçıqla torpaqla dolub. Amma Zaqatala, Qax, Balakən və Şəki rayonlarında bu zəlzələdən zərər çəkənlər hələ də çadırlarda yatırlar.


Əslində adama elə gəlirdi ki, yəqin inkişafa iri addımlarla irəliləyən ölkəmiz öz daxili və xarici qüvvəsindən istifadə edərək çadır sakinlərini çoxdan isti evlərə köçürüb. Çünki nə televiziya nə də radiolar bu barədə mövzunu 7 aydır ki, bağlayıblar, bir dəfə də olsun dilinə gətirmir ki, çadırlarda yaşayanlarımız hələ də var.

Görün bu 7 ay ərzində nə qədər tikililər inşa olunub, öklə başçımız neçə -neçə tikilinin qırmızı lentini qayçılayıb. Deməli söhbət imkan söhbəti deyil. Söhbət başqa söhbətdir. Adətən bu kimi fövqəladə hallar baş verəndə bəzi dövlət orqanları o cümlədən başda Fövqəladə Halların əməkdaşları papaqlarını göyə atırlar ki, ay can ay can bir neçə milyonu da burdan “spisat” edəcəyik.

Guya bu qədər milyon manat filan föqəladə hal nəticəsində əziyyət çəkən vətəndaşların təminatı üçün xərcləndi. Yuxarı instansiyalar da öz yağlı möhürlərini vurub, yağlı qələmlə imzalarını atacaqlar.

Bu kimi hallar yeni bir zad deyil və mənim bunu yazmağım Azərbaycan mətbuat tarixində yeni mövzu da deyil. Hamı bunu bilir və şahidi olur. Yoxsa iki min manatdan az əmək haqqı alan nazir Şüvəlanda milyonlarla ölçülən villaları, Teymur Əliyevdəki evləri, Dubaydakı əmlakları, avtomobilləri haradan əldə edir?

Amma bir şey də var ki, adam yeyəndə insafla yeyər. Heç olmasa dövlətin bu zavallı çadır sakinlərinə ayırdığı pulların 10 faizini onlara xərcləyin ki, tikə boğazınızdan sərbəst keçsin. Heç bu qədər də amansızlıq olarmı.

Soyuq çadırlarda sitil- sitil sitildəyən körpə uşağın ahından heç vicdan tab gətirərmi. Məsələn tairixən ən qəddar və nömrə bir cinayətkar hesab edilən Adolf Hitler bəzən öz vicdanının səsinə, qınağına qulaq asıb zavallı körpə əsirləri alman zabitlərinin ailələrinə verərək isti sığınacaqlarla təmin edib. Özü də müharibənin o qədər qızğın, alman əsgərinin quru çörək tapmadığı bir dövrlərdə.

Müasir, inkişaf etmiş, xarici ölkələrdə yüzlərlə orta məktəb tikib, Qərb balalarına hədiyyə edən Azərbaycan üçün 5939 ailəni çadırlardan çıxartmaq məgər çətin bir işdirmi.

Əgər Azərbaycan iqtisadiiyyatını idarə edən aidiyyatı orqanlar bu problemin həllini maddiyyatın ucbatından həll etməyə gücü çatmırsa o zaman bir jurnalist kimi bunun alternativ yolunu təqdim edək. Əgər yarıyarsa, tətbiq olunsun.

Hər il sahibkarların mülkü olan ticari və ya qeyri- ticari obyektlərə, həcmindən asılı olaraq, 5000-10000 manat civarında qeyri- leqal haqq qoyulur və “obşiy kotyol” a yığılır. Qoyun bu ilki yığım zəlzələdən zərərçəkənlərin yerləşdirilməsi üçün xərclənsin və nəticədə büdcədə saxladıqlarınız qalsın cibinizə.

Başqa bir alternativ tətbiq üsulu. Ötən il ölkə prezidenti Azərbaycandakı dini icmalara maddi yardım göstərdi. Bütün dini icmalar , Qafqaz Müsəlmanları İdarəsi başda olmaqla prezidentin yardımını cani dinlən qəbul etdilər--halbuki QMİ-nin heç vaxt pula ehtyacı olmayıb. Nəzir qutuları onları tam təmin edir—İsrailin maliyyə dəstəyi ilə ayaqda dayanan Bakı Bahai İcması isə bu yardımı qəbul etmədi.

Mən təklif edirəm ki, həmin maddi yardım ilə Zaqatala, Qax, Balakən və Şəkinin çadırlarda yatan sakinlərinə evlər tikilsin. Axı, Bakı Bahai İcmasının, Beynəlxalq Krişna Cəmiyyətinin, İyeqova Şahidlərinin Bakı icmaları Azərbaycan prezidentinin puluna qalmayıblar ki, onlara milyonları hədiyyə edirsiniz. Onlar zatən İsrail, ABŞ missionerlərinin maliyyəsi ilə dolanırlar.
QMİ- də bir aylıq nəzir qutularını Zaqatala tərəfə yönləndirsə, Allaha da xoş gələr, bəndəyə də.. Allah qəbul etsin.

İSLAMTİMES - ZƏHRA
Source : İslamtimes
Comment