0
Tuesday 20 November 2012 - 22:06

Alimlərə dövlət hansı dəstəyi verir?

Story Code : 213765
Alimlərə dövlət hansı dəstəyi verir?
Alimlərə dövlət hansı dəstəyi verir?
Islam times.org/az/ - Elə bir təzadlı fikirlərlə qarşılaşmısınızmı ki, ordakı tərəflərin hər biri haqlı olduğu qənaətinə gələsiniz? Mübahisə etmirəm, həyatda hər şey olar bilər, analoqu olmayan Azərbaycanda isə olur.

Mətbuatdan artıq bilirsiniz ki, növbəti ilin büdcə layihəsinin Milli Məclisdəki müzakirəsi zamanı deputat düşərgəsində guya nəyəsə etiraz edənlər olub. Bilirsiniz nəyə görə guya yazdım?

Ona görə ki, normal ölkələrdə büdcə qanunverici orqana təqdim edilən zaman 4 müstəvidə azı iki ay ciddi, davalı, qanlı müzakirəsi gedir, düzəlişlərdən sonra da parlamentə təqdim edilir və daha bir ay orada davalı, qanlı müzakirəsi gedir, sonra da hökumət iradları nəzərə alıb düzəlişləri bir də edir və Milli Məclisə təqdim edir və ondan sonra səs verməyə çıxarılır.

Ən axırda prezident imzalayacaq ya yox bu onun səlahiyyətidir. Önümüzdə deputat Siyavuş Novruzun iradları və AMEA-nın alimi, fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasovun cavabı var. Üzdən baxanda Siyavuş Novruz haqlıdır, MEA-da alimlər nə işlə məşğuldur? Hansı ixtiralara imza atıblar?

Onların ixtiraları, səmərələşdirici konsepsiyaları, müxtəlif sahələrdəki mövcud problemlərin aradan qaldırılması ilə bağlı proqrma təqdimatlarını və nəhayət Akademiyanın aralıq və illik hesabatlarını görən olubmu? Bütün bu sualları cavablandıran yoxdur.

Alimlərin kompüterin arxasında oturmasını Siyavuşun tutduğu irad başqa cür yozulmamalıdır, alimin kompüterin arxasında oturması normal haldır, bu gün hər kəs kompüterin
arxasında oturur, hətta gecə klublarında işi insanları əyləndirmək olan düşük müğənnilər də kompüterin arxasında oturub nəyisə öyrənir, hansısa təlimlərlə tanış olur.

Ancaq məsələ burasındadır ki, fizika və ya kimya üzrə alim Akademiyada odnoklassnikidə vaxt itirərsə, əlbəttə ki, ölkənin apteklərində saxta dərmanların əlindən tərpənmək olmaz və ya Allahın bir keyfiyyətli elektrik təmizləyicisini tapmaq müşkülə çevrilər. Yenə də Siyavuş Novruz haqlıdır, bu cür alimlərə dövlət niyə pul veməlidir?

Hazırda bütün EA üzrə 5-10 alimdən başqa yerdə qalan minlərlə alimin heç birisinə bir qəpikdə verməyə dəyməz. Bilirsiniz niyə? Çünki həqiqi alim artıq Azərbaycanda deyil və ya gələcəkdə nə zamansa alim pilləsinə (diploma görə yox ixtiraya görə) qalxacaq adam yenə da Azərbaycanda qalmayacaq.

Deməli EM-da olnalar sadəcə diplomu olan müftəxorlardır, yəni Siyavuş haqlıdır. Ancaq EA-nın alim və ya qrum adında qeyri rəsmi olsa da danışan alim, Əbülhəsən Abbasov da haqlıdır.

Alim demir ki, ucdan tutma Akademiyada kim var hamısına 5 min manat əmək haqqı verilsin, əksinə onu da deyir ki, elmin məsələsi bir tək əmək haqqı ilə düzələn deyil. Alimlərin fikrincə burda çoxlu nüanslar var, maddi texniki resurslar, laboratoriyalar, beynəlxalq elm mərkəzləri ilə mübadilə və ən əsası elmi təhqiqat olmadığı elmi nailiyyətdən söhbət belə gedə bilməz.

Ona görə istedadı olan gənc alimlərimizin hamısı ABŞ və Avropadadır, araşdırmalar göstərib ki, ancaq son iki ildə 24 nəfər ixtiraçı gənc alimimiz qərbə köçüb.

Bu alimlərimizin Azərbaycanda qalıb elmi təhqiqatla məşğul olub ixtiralarını reallaşdırılması üçün sizcə kim məsuliyyət daşıyır? Bu sualın da cavabını siz fikirləşib tapın.


İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment