QR CodeQR Code

Qiyam

İslamtimes,Rasthaber , 21 Nov 2012 15:59

İslamtimes - Vəhdət qiyamın başlanğıcıdır.


Allahın adı ilə.
İranda Ayətullah əl üzma Burucerdi 1961-ci ildə vəfat etdi və bir il sonra da Ayətullah Kaşani dünyasını dəyişdi.

Ayətullah əl üzma Burucerdi siyasəttən nisbətən olsa uzaq duraraq şah gedərsə yerinə kim gələr, gələck şəxs dövləti necə idarə edər fikirləri ilə İran xalqına qiyam ruhunu aşılamadı və ya bunu uyğun görmədi.


Ancaq Ayətullah Kaşani din ilə siyasətin bir bütöv olduğunu beyinlərə yerləşdirərək gənc yaşda İraqda İngilis kafirlərinə qarşı mübarizə başlatdı. Etdiyi qiyam nəticəsində özü olmadığı halda ona edam cəzası verildi. O daha sonra İrana köçdü və İranda Şahın olmasına baxmayaraq evini mədrəsəyə çevirdi və heç bir vaxt tağutla razılaşmaya gəlmədi.

Bu vüqarlı mövqeyi dünya məzlumlarına bir muştuluğun xəbəriydi. 1962-ci ildə Allaha qovuşduğunda şər güclər dərindən nəfəs aldılar, ancaq bu nəfəsləri qısa oldu. İmam Xomeyni (r.ə) “Kəşf-ul-Əsrar” adlı kitab qələmə aldı. Bu kitab ilə siyasətdə olan boşluğu lazımınca doldurdu.

Əsərində xalqın müqavimət və mübarizəsinin lazımlığını vacibliyini sübut etdi. Gənclər bu nəzəriyyəni həyata keçirmək məqsədi ilə İmamın ətrafında canlı sədd olaraq birləşərək haqqın tərəfində olduqlarını bildirdilər.

Beləliklə də İran tezliklə öz rəhbərinə qovuşdu, elə bir rəhbər ki, zalımlara qorxu, məzlumlara isə ümid oldu. Şəhid qanı olan hər bir diyar bərəkətlidir. Dünya bu qiyam ilə şoka düşdü.

Məzlumlar qalibiyyətin sevinci ilə, zalimlər isə məğlubiyyətin acısı ilə şoka düşdülər.

Dünya imperializminin can damarı olan Vatikan və qan dostu siyonizm yeni strategiya haqqında fikirləşməyə məcbur oldular. Xalqları müsəlman olan ölkələrə yeni liderlər seçilərkən əsasən müsəlmanların içindən gənc, radikal baxışlı, kukla liderlər seçərək onları xalqın və haqqın adamı kimi göstərərək öz məqsədlərini həyata keçirməyə başladılar.

Bu liderciklərə dört əmr verdilər:

1. Sənin özün bizik, biz her yerdəyik sənə səndən yaxınıq, bizə xəyanət edə bilməzsən, əgər xəyanət edərsənsə eyni yastığa baş qoyduğun həyat yoldaşın ilə səni boğarıq.

2. Sən qəhrəmansan, bizim gözümüz, əlimiz və ayağımız ola bilərsən. Bunlara sahib olmaq istəyirsənsə xalqına qarşı haqq adamı ol, ancaq bizim hqqımızı qoru, çünki haqq bizik.

3. Ölkələriniz bizim torpağımız, sizlər də bizim əsgərlərimizsiniz, bunu heç vaxt unutmayın. Siz xalqınıza bizim onların istəklərini həyata keçirmək üçün gəldiyimizi izah edin, biz sizə demokratiya gətiririk.

4. Ölkələrinizdə yaşayan xalqlar inanclarını yaşamaqda azad olmalıdırlar, ancaq bunu şərt olaraq heç vaxt unutmayın ki, inqilabi İslamın yaranmasına imkan verməyin. Radikallar sərvət və can düşmənimizdir. Onlar dinin vacibatı və Quranın əmri olan mübarizəni unutmalıdırlar, dünyada bu qədər gözllik ola-ola müharibə nəyə lazımdır.

5. Evli olanları yeni qadınlar ilə təmin etməklə başını qatın. Pulu sevdirin, pul verin. Ancaq Allah yolunda mübarizə apararaq şəhid olan ərlərini arvadlarına xain və terrorist kimi tanıdın. Onları Quran ilə baş-başa buraxmayın.
Bunu da yadda saxlayın ki, hərdən Muhəmməd(s)i ələ salmaqla, kiçimsəməklə müsəlmanların nəbzini də yoxlamalısınız. Allahın həqiqi dostlarını bu yolla təyin etmək olar. Atam-anam sənə qurban deyib meydanlara çıxarlar və bu vaxt biz lazım olanı edəcəyik.

İslam bir bütövdür, həyat nizamıdır. Haqq üçün qiyam arzusunda olmayan müsəlmanlara ar olsun. Saf və pak olan inancımıza çöldən İslam kimi görsənən kirli suları qatmayağın.

Bu sular qaynağımıza zərər verməz, ancaq yaşayışımızda problemlər yaradar. Bunlar İslam kimi görsənər, ancaq Allah qorusun birdən pak su yerinə kirli suyu üstün tutarıq. Binaları çöldən dağıtmaq çətindir, ancaq içəridən dağıtmaq çox asandır.

Zalım tağutlar vələd-i zina övladlarını içərimizə saldılar. Gərək bunları yaxşı tanıyaq. Onlar bir-birilərinin dostudur, bizləri sevməzlər, sevə bilməzlər. Gəlin qardaşlıq və vəhdət xatirinə bir olaq, çünki vəhdət qiyamın başlanğıcıdır.

Salih YAKUP
İSLAMTİMESIN TƏRCÜMƏ ŞÖBƏSİ


Story Code: 214033

News Link :
https://www.islamtimes.org/az/article/214033/qiyam

Islam Times
  https://www.islamtimes.org