0
Saturday 24 November 2012 - 16:15

Zəmanə Yezidləri

Story Code : 214816
Zəmanə Yezidləri
Zəmanə Yezidləri
Islam times.org/az/ - Ölkəmizdə Aşura günü yaxınlaşdıqca Yezid xislətli insanlar anti Aşura fəaliyyətinə başlayıblar. Öz havadarlarından əmr və tapşırıq alan bu insanlar müxtəlif yollara əl ataraq insanları Aşura mərasimlərində iştirak etməkdən saxlamaq istəyirlər. Necə ki, hər məhərrəm ayında İmam Hüseyn aşqiləri Kərbəla hadisəsini xatırlayaraq İmam Hüseynin yolunu davam etdirirlər, eləcə də Yezid lənətullahın aşiqləri hər məhərrəm ayı onun əməllərini həyata keçirərək ona öz məhəbbətlərini bildirirlər. Sanki bu şəxslər Yezidin amallarını, məqsədlərini həyata keçirmək haqqında öhdəlik götürüblər.

Bazar gününün istirahət günü olmasına baxmyaraq, insanların Aşurada iştirak etməsinin qarşısını almaq üçün müəllim, tələbə və şagird də daxil olmaqla dövlət müəssisələrində işləyən hər kəsin həmin gün işdə və yaxud universitet və məktəblərdə olması təkid ilə tapşırılıb.

Bu tapşırığa əməl etmiyəcək şəxslər isə işdən çıxarılma ilə hədələnib. Həmçinin məktəblərdə məktəbli formalarına hansı həddə riayət olunduğunu yoxlamaq məqsədi ilə reydlər keçirərək hicablı müəllim və tələbələrin dərhal başlarını açmaları tələb olunub.

Əks halda məktəbi tərk etmələri əmr olunub. Demirlər ki, gəlin bir məktəblərdə təhsilin keyfiyyət səviyyəsinin nə dərəcədə olduğunu öyrənmək üçün reydlər keçirək. Yoxsa boş-boş durub təhsilin keyfiyyət səviyyəsi yanında heç bir dəyərə malik olmayan məktəbli formasını yoxlamaq üçün reydlər keçirirlər.


Bütün bunlardan da məqsəd İslam ilə mübarizədir. Bu işi icra edənlərə görəsən yezid demiyəsən bəs nə deyəsən? Onlar bu cür əməlləri ilə özlərinin yezid olduqlarını bir daha sübut edirlər.

Zəmanə yezidlərinin etdikləri əməllərə nəzər saldıqda fikirləşirsən ki, deyəsən yezid bunların yanında toya gedəsidir. Düzdür yezidin kimə qarşı və hansı formada zülm etməsinin dünyada demək olar ki, tayı bərabəri yoxdur. Ancaq o vaxtın Yezid bizim yezidlər kimi azana qadağa qoymurdu, məscidləri sökmürdü, hicabı qadağan etmirdi. Bizim yezidlər öz sələflrəinə nisbətən daha da inkişaf ediblər.

Bəli, hər zaman İmam Hüseyn və yezid arasında mübarizə gedir. Məhərrəmliyin əlamətdar məqamı ondadır ki, Hüseyn (ə) eşqini yaşatmaq insanın ruhi-mənəvi zənginliyinə rəvac verməklə yanaşı, İmam Hüseynin (ə) mübarək məktəbinin əmələ gəlmə səbəblərini öyrənir və bu mübarək məktəbin, Aşura hərəkatının qarşısında duran hədəfləri təhlil edərək daim yezid xislətləi insanlarla müabrizə aparmağın vacibliyini öyrənir.

Məhz Məhərrəmin, Aşuranın insanlara çatdırdığı bu ali dəyərlərdən qorxuya düşən yezid xislətli insanlar öz yezidliklərini ortaya qoymağa başlayıblar. Tarixin inkişaf mərhələlərini düzgün təhlil etməyi bacarmayan bu insanlar İmam Hüseyn məktəbi ilə mübarizə aparmaq ilə başlarına gələcək hadisələrdən xəbərsizdilər.

14 əsrdən çox bir vaxt keçməsinə baxmayaraq yezid hər kəs tərəfindən lənətlə anılır və onun hədəflərinə qarşı mübarizə aparılır. Ancaq İmam Hüseyn hər dəfə rəhmətlə anılır, insanların qəlbində İmama qarşı məhəbbət duyğuları oyanır və haqq aşiqləri daim onun hədəflərini diri saxlayırlar. Zəmanə yezidlərinin də aqibəti o yezidin aqibətindən heç də fərqlənməyəcək.

Bugün İmam Hüseyn məktəbinin davamçıları olaraq üzərimizə çox böyük bir vəzifə və məsuliyyət düşür. Necə ki, İmam Hüseyn öz dövrünün yezidi ilə barşmayaraq mübarizə apardı və bu yolda hər bir şeyini qurban verdi, bugün bizlər də zəmanə yezidləri ilə barışmayaraq onlara qarşı müabrizə aparmalıyıq və lazım gələrsə bu yolda hər şeyimzidən keçməyə belə hazır olmalıyıq.

Bugün onların hədəfi Aşuranı aradan aparmaqdır, insanları Aşura həqiqətlərindən ayırmaqdaır. Bu səbəbdən də biz gərək əlimizdə olan hər bir imkandan istifadə edərək zəmanə yezidlərinin iç üzünü açaraq və Aşura həqiqətlərinin təbliğatına xüsusi önəm verərək onların hədəflərinə çatmasına imkan verməyək.

Bu gün hər kəs gücü həddində etiraz etməlidir. Ən azı dillə etiraz! Düzdür hamının Hacı Mövsüm, Hacı Abgül və digər şücaətli ruhanilər qədər şücaəti ola bilməz. Amma söz ilə etiraz edə bilərik. Əgər biz adımızı İmam Hüseynçi, Əhli-beyt yolunu gedənlər qoymuşuqsa gərək çalışaq.

Allahın əzabı gələndə baxmayacaq kim yaxşıdı, kim pisdi, etiraz etməyənlər, zəmanə yezidlərinin əməlləri ilə barışanlar Allahın əzabına düçar olacaqlar.

Gərək qorxmayaq. Bilək ki, bu can əvvəl axır öləcəkdir. Əgər öləcəksə qoy onda Allah yolunda ölsün. Bu yezidlərin ömrünə çox az qalıb. Onlar bu cür qadağalar tətbiq etməklə əslində öz sonlarını yaxınlaşdırmış olurlar. Qələbə çox yaxındır.

İSLAMTİMES - HƏSƏNLİ
Source : İslamtimes
Comment