0
Wednesday 28 November 2012 - 07:41

Tolerantlıq və Aşura

Story Code : 215838
Tolerantlıq və Aşura
Tolerantlıq və Aşura
Islam times.org/az/ - Azərbaycan daha bir Aşuranı geridə qoydu. Özüdə ki, böyük izdiham və şövqlə. Aşuradan öncə nəzərinizə çatdırdığımız məlumata hörmətli oxucularımızın diqqətini cəlb etmək istəyirik.

Məlumatda deyilirdi ki, dindarları bu əlamətdar gündə iştirak etməkdən yayındırmaq üçün bəzi qüvvələr gülünc bir iddia irəli sürmüşdülər. Guya ki, Aşura günü Bakıda və bəzi ətraf bölgələrdə sünnü məzhəbinin mənsubları qarşıdurma yaratmaq istəyir və buna görə də güc strukturları güclənmiş iş rejiminə keçmişdir.


Əvvəlcədən dediyimiz kimi bu bir anti- Aşura təbliğatı idi və göründüyü kimi heç bir insident baş vermədi. Əksinə narazıçılıq dindarlar arasında deyil, hakimiyyət nümayəndələrinin dindarlara qarşı təziqi ilə yadda qaldı.

Məlumata görə Aşura günü Gəncə rəhbərliyi dindarların kütləvi həbsinə qol qoydu.

Gəncə təhsil idarəsi
in əmri ilə Aşura günü həftənin istirahət gününə təsadüf etsə də orta məktəb şagirdləri məktəblərə cəlb olundu. Gəncə küçələrində səhər saatlarından etibarən küçələrdə kürəyində çanta, təhsil ocaqlarına yollanan şagirdlər gözə dəyirdi. Şagirdlərin bu məsələyə verdikləri açıqlamada bildirilirdi ki, bu gün bazar günü olsa da onların dərsə gəlmələri tələb olunub.

Eyni hal Naxçıvan Muxtar Respublikasında da baş verib. Muxtar Respublikanın təhsil nazirliyinin göstərişi ilə bazar günü orta məktəblərdə olimpiadalar keçirilir və iştirak etməyən şagirdlərin valideynləri hüquq mühafizə orqanları tərəfindən dindirilir.

Göründüyü kimi bəzi qüvvələrin yaydığı məlumatlar dezinformasiya xarakterli informasiyadan başqa bir şey deyildi.
Əgər ölkə rəsmiləri Azərbaycanın tolerant olduğunu tez-tez səsləndir
rlərsə, o zaman bu hərəkətlər nədir? Yaxud tolerantlıq anlayışının mənasından bixəbərdirlər.

Tolerantlıq inancından, əqidəsindən, millətindən asılı olmayaraq hər kəsə bərabər hüququn verilməsi, öz dini və ya milli adət-ənənələrini qoruyub saxlamaqda, ayinlərini, rituallarını icra etməkdə heç bir məhdudiyyətin qoyulmaması deməkdir.

Bizim dövlətdə isə bu sadəcə xariciləri razı salmaq üçün istifadə olunan bir oyundur. İslamdan başqa dinlərin məhdudlaşdırılması və dindarların təqib olunması, döyülməsi faktına rast gəlməmişik. Dövlət Qərbi razı salmaq və tolerant dövlət kimi görsənmək üçün böyük həvəslə sinaqoqlar, kilsələr tikdirir. Amma öz xalqına bu tolerantlığı göstərmir, məscidləri dağıdır, dindarların öz ayinlərini keçirməsinə mane olur. Bu ölkə rəhbərliyinin tez-tez vurğuladığı islamafobiya deyilsə bəs nədir? Bu dövlətd
olan islamafobiyadır.

Aşuradan öncə yayılan məlumatla əlaqədar ölkədə yaşayan əhli sünnə məzhəbinin nümayəndələri onların adına yayılan məlumatı çox kədərlə qarşıladılar və bunun üçün belə bir uydurma fikirlərə qarşı öz kəskin etirazlarını bildirdilər. Bu nümayənədlərin biri ilə etdiyim kiçik müzakirə zamanı o belə dedi:
“ Ümumiyyətlə Aşura sözünün mənası ərəbcədən tərcüməsi 10-cu deməkdir. Sadəcə məhərrəm ayının 10 deməkdir. İslam yaranan ilk vaxtlardan, Peyğəmbərimizin sağ olduğu dövrlərdən etibarən qeyd olunur. Fəcr surəsində qeyd olunan gün məhz məhərrəm ayının 10-cu günü, başqa cür desək Aşura günüdür. Həmin gündə 10 mühüm hadisə baş vermişdir Peyğəmbərlərlə bağlı. Bütün İslam aləmi bu günü ibadət edərək qeyd edir. Təbii ki, Peyğəmbərimizin nəvəsi İmam Hüseynin şəhid edilməsi &cce
il;ox kədərlidir və yad olunmalıdır. Biz də öz əqidəmizə uyğun olaraq bu günü anım olaraq yad edir, ardıcıllarımıza İmam Hüseynin inqilabının mahiyyəti və şücaəti haqda geniş məlumat veririk. Lakin çox təəssüflər olsun ki, İslam vəhdətini sevməyən bəzi qüvvələr bizim adımızdan istifadə edib, ölkədə müsəlmanların birliyini zəiflətmək istəyirlər”
Bu qüvvələrin ölkədə məzhəb ayrıseçkiliyi yaratmaqla ölkədə İslamın dirəyini sarsıtmaq niyyətindədirlər.

Bildiyiniz kimi, Azərbaycanımız fövqəl dövlətlərin dini, iqtisadi və siyasi maraqlarının toqquşduğu mürəkkəb bir regionda yerləşir. Üstəlik, xalqımızın etnik mənzərəsi də kifayət qədər zəngindir - talışlar, ləzgilər, avarlar, kürdlər və s.. və bir də bura əhalimizin sünni və şiə qollarına bölünməsini əlavə etsək, nə qədər həssas və mürəkkəb bir ölkədə yaşadığımızı anlamış olarıq.

Bütün bunları nəzərə alaraq, insanların hissiyatına toxuna biləcək məsələlər qabardılır və bunun nəticəsində İslama qarşı aparılan hər hansı bir təxribata qarşı mübarizə etmək əzmi itirilir. Xarici dövlətlərin məqsədi də məhz budur. Onlar çalışırlar ki, xüsusən də Azərbaycanda müsəlmanlar arasında heç bir birlik olmasın və bundan istifadə edib ölkədə İslami dəyərlər, qərb dəyərləri ilə əvəzlənsin.

Tolerantlıq da elə buradan başlayır. Amma Azərbaycandakı rejimin etdiyi özbaşınalıqlardan belə görünür ki, İlham Əliyev qərbdə gördüyü tolerantlığıda "Azərbaycan standartları" na uyğunlaşdırmaq istəyir... Burada deyiblər: kor nə istər - iki göz, biri əyri, biri düz!

İSLAMTİMES - HƏMZƏ
Source : İslamtimes
Comment