0
3
comments
Friday 30 November 2012 - 21:00

Matəm ayında əxlaqsız şoular

Story Code : 216623
Matəm ayında əxlaqsız şoular
Matəm ayında əxlaqsız şoular
Islam times.org/az/ - Hal-hazırda Azərbaycanın inanclı milləti və bütün dünyanın müsəlman xalqları ən ağır,hüznlü aylarından olan qanlı mahi Məhərrəmdədir.Yüz illər boyunca qəmli-qüssəli Məhərrəm ayı müsəlman xalqımız tərəfindən böyük ehtiramla yad edilir.

Ümumiyyətlə,islam dininin əhkamlarında və müqəddəs Qurani-kərimdə dörd ay Allah tərəfindən insanlara möhtərəm buyurulmuşdur.Bu ayların içərisində Ramazan və Məhərrəm ayları özünəməxsus müqəddəsliyi,həmdə möhtərəmliyi ilə seçilir.Çünki,Ramazan ayında müqəddəs Qurani-kərim Allah tərəfindən öz sevimli elçisi həzrət Muhəmməd(s.ə.v.v)-ə nazil edilmişdir.

Məhərrəm ayına isə xüsusi mövqe qazandıran,İmam hüseyn(ə)-ın Kərbəlada Yəzid qoşunu tərəfindən axıdılan pak qanı idi.Hələ ateizmi öz vətəndaşlarına aşılayan Allahsız Kommunist bir ideologiyanın işğalı altında yaşayan müsəlman Azərbaycan xalqı,Aşura adlı zəngin mənəvi irsini bir çox təsirlərə baxmayaraq qoruyub bugünkü nəsillərə Əhli-beytin əmanəti kimi ötürdü.

Bu gün Azərbaycan respublikasında Sovet
diktaturasındanda daha təhlükəli bir rejim mövcuddur.Əliyevlər diktaturası!Niyə diktatura dedim ona görə ki,Azərbaycanın müstəqil dövlətçilik tarixində yalnız Heydər Əliyev və İlham Əliyev monarxiyasına müasir zamanımız şahidlik etməkdədir.

İslama,xalqa düşmənçiliyində bir-birindən geri qalmayan bu iki üzdəniraq şəxsiyyət, millətimizin hər zaman milli-mənəvi dəyərlərinə savaş açdılar.İlham Əliyev anarxiyası hər ötən gün ərzində islama düşmənçiliyini açıq-aşkar nümayiş etdirməkdədir.

Ölkədəki yerli televiziya şəbəkəsi,KİV-nin əksəriyyəti hakim partiyanın əsarəti altındadır.Efir məkanında fəliyyət göstərən yerli televiziyalar hakim sülalənin tam inhisarında olduğu üçün,işıqlandırılan bütün veriliş və proqramlar ancaq YAP diktaturasının zibillərini ört basdır etməklə,onu xalqın gözündə mələk simasında göstərməklə məşğuldurlar.

Nə zaman mavi ekranlara göz gəzdirdikdə adama elə gəlir sanki,Azərbaycanda Qarabağ kimi ağrılı,acılı problemimiz yoxd
r.Ölkənin o qədər problemləri var,heç onlar haqqında bir kəlmə olsun belə söhbət açılmır.Amma səviyyəsiz,əxlaqsız kişi və qadın müğənnilərinin barəsində həddini aşan bir çox şou proqramlar varkı,Qarabağ və xalqın çətinliklərini çözəcək verilişlərdən çoxdur.

Əvvəlki illərdə azda olsa Məhərrəm və Ramazan aylarında dini,islami xarakterli filmlər və proqramlar izləmək mümkün idi.Son zamanlar ən ağır ay Məhərrəmdə belə bayağı və şit verilişlərin sayı-hesabı rekord həddindədir.

Xatırlayırsınızsa Ramazan ayı daxil olan kimi Azərbaycanın efir məkanını zəbt edən sionist əqidəli televiziya kanalları,müqəddəs ayı insanların diqqətindən yayındırmaq planı əsasında düşünülmüş,məqsədyönlü gözəllik müsabiqələrinə start verdilər.

Lider telekanalında yayımlanan”Miss-Azerbaijan”tele layihəsində islam düşmənlərinin məqsədi nə idi?Əlbəttə diqqətləri başqa bir səmtə yönəltmək,insanları haqq yolundan azdırmaq.Bu gündə həmin Əhli-beyt düşmənləri eyni siyasət xəttini davam etdirirlər.<
r />
Məhərrəm ayı başlayan kimi abırsız və massonun qulu olan”Lider”tele-radio şirkəti yenidən daha bir keyfiyyətsiz realiti şou adlandırdıqları,”Lift”proqramını efirə buraxdılar.

Qeyrətsiz,fahişə,ata-anaları bilinməyən müğənnilər mavi ekranlarda göründülər.Gün ərzində Liftin içərisində etdikləri etik normalara sığmayan,ilk baxışda zooparkı xatırladan manısların toplusu nə cür nümunə ola bilər vətəndaşlara.

Fikir verdinizsə belə üzdəniraqlar heç millətidə saymırlar,ağızlarına gələn kəlməni danışır,camaatdan da utanmadan-çəkinmədən yataqlarında uzanır,bir-birilərini qucaqlayırdılar.

Mərhum şəhid Murtəza Mütəhərri həmişə öz çıxışlarında qeyd edirdiki:dünya informasiya vasitələrinin əsas özəyi Sionist qondarma İsrail dövlətinin əlində cəmlənmişdir.Diqqətlə nəzər salsaq,hətta massonların izlərini mavi ekranlarda da seçmək olar.

”ATV”tele-radio şirkətinin devizindəki nişangah,massonların əsas elementlərindəki piramidanı xatırladır.Massonluğu özünə simvol və amal seçən informasiya vasitəsindən hansısa tərbiyyəvi və vətənpərvər təbliğatları ummaq axmaqlıqdır.

Sionizmin dünyada şüarı İslamı,Quranı,Əhli-beyt məktəbini,Aşuranı aradan qaldırmaqd
r.Hücum taktikasında məlun İsrail özünə üzüyola nokərlərini,Azərbaycan tele məkanında və iqtisadiyyatında tapıb.

”ATV”kanalı öz mavi ekranlarında ancaq mənşəyi bəlli olmayan best modelləri nümayiş etdirməklə məşğuldur.Heç soruşanda yoxdur ay balam bu nə biabırçılıqlardı göstərirsiniz millətə?

Hacı Abgül Suleymanov əbəs yerə demirdi(Pul verirlər eee Pul,onlar sizin üçün çalsınlar,sizin üçün oxusunlar,oynasınlar).Düşmən saxta yollarla xalqa təlqin etməyə çalışırkı,ən gözəl həyat sürməyin yolu,hörmətli olmağın üslubu,Aygündən,Röyadan,Faiqdən nümunə almaqdır.

Realiti şou deyib həm xalqın mənəviyyatını,tərbiyyəsini pozurlar,həmdə ciblərinə girirlər.İlham Əliyev və onun quldur təbəələridə televizora baxır sevinir,gördüyü işlərdən dolayı qürrələnir.

Elə zənn edir artıq istəyinə nail olub,İslam dinini zəiflədib.Lakin bir şeyi yaxşı anlamayıb ki,özündən qabaqkı sələfləridə çox hətərəm-pətərəm danışırdı,axırı nə oldu.Belə xislətli zalımlar elə bilirlər pozğun müğənnilərlə,Coşqun və Rafael kimi təlxəkləri ilə İmam Hüseyn məhəbbətini qəlblərdən siləcəklər.Təəssüflər olsun çox yalnış düşünürlər.Hüseyn-Hüseyn şüarımız şəhadət iftixarımızdır.

Zalımlar pulu,dünyanın rahatlığını,biz möminlər isə əbədi həyatı,qeyrət və namusla yaşamağı seçmişik.Bu şüarı bizlərə 14 əsr bundan əvvəl şəhidlər sərvəri İmam Hüseyn(ə)Kərbəlada,Aşura günü öyrətmişdir.Zillət bizdən uzaqdır!Kölə olmaq İlhamizmə və Azərbaycan tele-radio şurasına məxsusdur.Belə olmasa idilər,İsrailin qucağında oturmazdılar.

İSLAMTİMES - KAMİL İBRAHİMZADƏ
Source : İslamtimes
Comment


Azerbaijan
Salam cənablar təşəkkürlər çox əla
Azerbaijan
Həqiətən bugün televiziyada nümayiş etdrirlən verilişlərdən məqsəd xalqı pozmaqdır. Nə vaxt televiziyaya baxırsan şou proqramlar nümayiş etdirirlər. Artıq istəklərinə qismən də olsa nail ola biliblər. Bəzi gənc oğlan və qızların əxlaqdan kənar davranış və geyimləri bunu sübut edir. Gərək hər bir vicdanlı, qeyrətli şəxs bu hallara qarşı mübarizə apara. İmkan olan hər bir yerdə insanları düşmənin bu məkrli planlarından xəbərdar edə. Həqiqətən bu cür yazıların dəyəri böyükdür. İnsanları ayıltmaq yönümündə heç vaxt səylərimizi əksiltməyək. Ey kaş nə olardı Azərbaycanda müsəlman-muminlərin bir televiziya kanalı olardı. dua edəyin inşallah.
Azerbaijan
Sionist nokerleridi de bunlar siz bunlardan yaxsi bir seymi gozleyirsiz