QR CodeQR Code

Həmməruzəçilər yenə tənqid edildi

İslamtimes , 1 Dec 2012 23:24

İslamtimes - Həmməruzəçilərə qarşı iradlardan biri hakimiyyətin insan hüquqlarını pozuması faktlarına qarşı səssiz qalaraq adekvat münasibət bildirməməsi idisə, digəri isə AŞPA-nın əliyev rejiminə qarşı tələbkarlığın nümayiş etdirməməsi oldu.


islamtimes.org/az/ - Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debone Qrex növbəti dəfə Bakıda səfərdədir.

Səfərdən əvvəl həmməruzəçilərin dövlət rəsmiləri ilə görüşəcəyi məlum idi, ancaq vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşəcəkləri bu günə qədər sual altında idi və bu gün həmin görüş baş tutdu.

Aydın məsələdir ki, ictimaiyyəti nümayəndələri ilə bu dəfəki görüşlərində Sülh və Demokratiya İnstitutunun sədri dəvət almayacağını ehtimal etmək çətin deyildi, ancaq deyəsən həmməruzəçilər bu dəfə daha çox peşəkar hüquqşünaslarla söhbətə üstünlük veriblər.

Görüş barədə mətbuatdan xəbəriniz var, ancaq mənim anlamadığım bu oldu ki, AŞPA bu günə qədər hansı səbəbdən Aqramunt və Qrexin ünvanına yerli hüquq müdafiəçiləri tərəfindən səslənən korrupsiya ittihamları ilə bağlı açıqlama verməyib və ya bu ittihamlarla bağlı araşdırmalar təşkil etməyib.

Bu dəfə Azərbaycanda insan haqlarının pozulması ilə bağlı vəziyyət barədə məlumat vermək, həmməruzəçiləri prinsipial mövqe sərgiləmədiyi üçün onları tənqid etmək zəhməti peşəkar və namuslu vəkillərin üzərinə düşdü.

Vəkillər həmməruzəçiləri tənqid etməklə onların rəyində o fikirin yaşamasına zəmin verdilər ki, Azərbaycan cəmiyyəti qoyun yığımı deyil, burda insanlar həmməruzəşilər avropalıdır deyə gözlərini bağlayıb onlara kor kimi inanmır, əksinə vəziyyətə baxım, onu dəyərləndirib ondan sonra uyğun rəyini bildirir.

Həmməruzəçilərə qarşı iradlardan biri hakimiyyətin insan hüquqlarını pozuması faktlarına qarşı səssiz qalaraq adekvat münasibət bildirməməsi idisə, digəri isə AŞPA-nın əliyev rejiminə qarşı tələbkarlığın nümayiş etdirməməsi oldu.

Yerli ekspertlərin fikrincə qış sessiyasından əvvəl Ölkəmizdəki vəziyyəti yerində öyrənmək bölgəyə səfər edən həmməruzəçilərin mövqeyində dəyişiklik baş verə də bilər.

İSLAMTİMES - ORXAN


Story Code: 216961

News Link :
https://www.islamtimes.org/az/article/216961/həmməruzəçilər-yenə-tənqid-edildi

Islam Times
  https://www.islamtimes.org