0
Tuesday 4 December 2012 - 21:14

"ABŞ-ın Fələstinə qarşı mənfi rəyi ardınca gedən diplomatik əxlaqsızlar"

Story Code : 217971
"ABŞ-ın Fələstinə qarşı mənfi rəyi ardınca gedən diplomatik əxlaqsızlar"
Sionist rejimin Haartez qəzeti Fələstinin BMT-də müşahidəçi dövlət statusuna qarşı ABŞ-ın mənfi rəyindən və ona qoşulanların azlığından yazıb. Diplomatik əxlaqsızların Ağ Evlə birlikdə azlığı ABŞ-ın dünya birliyində tək qalmasından danışır.

Ötən həftə cümə axşamı günü Fələstin Muxtariyyatının başçısı Mahmud Abbasın təklifi ilə BMT baş assambleyasında Fələstin məsələsi müzakirə edildi. Əksər dövlətlər Fələstinə müşahidəçi təşkilat əvəzinə müşahidəçi dövlət statusu verilməsinə müsbət rəy bildirdi. Bu arada müxalifləri barmaqla saymaq olardı.


Haartez qəzeti ABŞ-ın mənfi rəyinə qoşulan azlığı diplomatik əxlaqsızlar adlandırdı. Qəzet yazır ki, ABŞ İsrail-Fələstin münaqişəsinin həllində öz yerini ədalətli bir dövlətə verməlidir. Fransanlı vəkil Con Vitbekin bu mövzuda yazdığı məqaləni nəzərdən keçirək:

Fələstin dövlətinin 1967-ci il sərhədləri daxilində rəsmi tanınmasına 138 müsbət, 9 mənfi, 41 bitərəf səs verildi, 5 dövlət səsverməyə qoşulmadı.

Fələstinin dövlət kimi tanınmasının müxalifləri Amerikanın müstəmləkələrindən başqa kimsə olmadı. İsrail, ABŞ, Kanada, Çexiya, Marşal Adaları, Mikronezya, Nauru, Palau və Panama Fələstinin dövlət kimi tanınmasından imtina etdilər.

Marşal Adaları, Mikronezya, Palau Sakit okean hövzəsində ABŞ-ın himayəsi altında olan adalardır. Bu adaları Azad Amerika Adaları adlandırırlar. Həmin adaların poçt indeksləri belə ABŞ-la eynidir. Bu ölkələr Amerikanın azad müttəfiqləri qrumunu təşkil edir. Onlar ABŞ-ın siyasətini dəstəkləməyə məcburdurlar. 15 illik humanitar yardımlar müqabilində Ağ Evin siyasətini dəstəkləmək bu ölkələr üçün öhdəlikdir. Onların adı müstəqildirsə də özləri ABŞ-dan asılıdırlar. Onlar eynən Yeni Zelandiyaya tabe olan Kuk və Nive adaları kimidirlər. Onlar sadəcə BMT-nin üzvü kimi qeyd olunublar. Bu ölkələr Sovetlər Birliyi dağılandan sonra BMT-yə üzv olublar.

Nauru cəmi 10 min nəfər cəmiyyəti olan kiçik adadır və Sakit okeanda yerləşir. Bu ada yalnız fosfat ehtiyatlarına malik olduğu üçün dövlət statusu alıb. Amma hazırda fosfat ehtiyatları tükənməkdədir. Onun dövlət kimi yeganə işi Amerikanın siyasətinə uyğun səs verməkdir. Məsələn, Rusiya, Nikaraqua, Venesuelanın ardınca Abxaziya və Osetiyanın tanınması bu qəbildəndir Avstraliyaya getmək istəyən qeyri-qanuni mühacirlər bu adada müvəqqəti çadır kirayələyə bilər. Bu adanın yeganə işi diplomatik əxlaqsızlıqdır.

Fələstinə qarşı ABŞ və İsraillə həmkarlıq edənlər arasında Kanada, Çexiya, Panama da vardı. Bu ölkələrin də müəyyən mənafeləri var.

Fələstin məsələsində dünya birliyinin 1%-i ABŞ-la həmfikirdir. Əgər cəmiyyət baxımından hesablama aparsaq Fələstinə qarşı olanlar dünya ictimaiyyətinin 5%-ni təşkil edir. Yəni 7 milyardlıq cəmiyyətdən yalnız 370 milyon nəfəri (Bunun 314 milyonu ABŞ vətəndaşıdır) Fələstini dövlət kimi tanımır.

41 ölkə mövzuya bitərəf qalıb. Bu ölkələrdən 15-i (Albaniya, Bosniya və Herzoqovin, Bolqarıstan, Konqo, Macarıstan, Malavi, Monqolustan, Monteneqro, Papua Yeni Qvineya, Paraqvay, Polşa, Rumınya, Ruanda, Toqo, Vanoato) diplomatik səviyyədə Fələstini tanıyan ölkədir. Göründüyü kimi bu məsələdə dolaşıqlıq var.

5 ölkə (Ekvatorial Qvineya, Kribati, Liberiya, Madaqaskar, Ukrayna) səsverməyə qatılmayıb. Kribatinin səs verməməsi təəccüblü deyil. Çünki bu ölkənin maliyyə problemləri ucbatından BMT-də nümayəndəsi yoxdur. Amma qalan 4 dövlətin Fələstini diplomatik səviyyədə tanıyıb, hazırda səsverməyə qatılmaması bir sirrdir. Avropa Birliyinə daxil olan ölkələrdən 14-ü müsbət, 1-i mənfi rəy verib, 12-si bitərəf qalıb. Amma Almaniya, Hollandiya, Britaniya Fələstinin xeyrinə səs verib. Qalan Avropa ölkələri SSRİ-nin hakimiyyətindən qurtulan yeni ölkələrdir. Onlar bir imperiyadan o birinə üz tutub. Çexiya kimi bir ölkə ABŞ-a qarşı çıxmaq iqtidarında deyil.

ABŞ Yaxın Şərq sülh proseslərində kənarda qalmalıdır. Bu səs vermənin nəticələri müəyyən zamandan sonra aydınlaşacaq. Olsun ki, ABŞ gec-tez Fələstin mövzusunda haqsızlığını başa düşəcək və sülh proseslərindən kənarda qalacaq. ABŞ müzakirələrə nəzarəti ədalətli bir tərəfə verməlidir. Elə bir dövlət ki, İsrail-Fələstin münasibətlərinə kömək etmiş olsun.

Biz ideal dünyada yaşamırıq. ABŞ israrlıdır ki, onun siyasətləri dəstəklənsin. Dünya dövlətləri Ağ Evə anlatmalıdır ki, 29 noyabr səsverməsindəki pozuculuq ABŞ-ı belə bir səlahiyyətdən məhrum edir. Fələstin dövlətinin tanınmasına qarşı çıxan Ağ Ev Beynəlxalq müaqişələrin həllinə qatılmaq səlahiyyətinə malik deyil və kimsə bunu arzulamır.
Comment