0
Thursday 6 December 2012 - 23:14

Seçki memorandumu

Story Code : 218695
Seçki memorandumu
Seçki memorandumu
Islam times.org/az/ - İkinci həftədir ki, gündəmi, növbəti ildə keçiriləcək prezident seçkisi mövzusu zəbt edib və bu problemin mediada qızğın müzakirəsi çox təbiidir. Mən başa düşürəm, indi hamı fikirləşə bilər ki, “əliyev rejiminin mövcud vəziyyətindən hansı seçkidən söhbət gedə bilər?”, ancaq iş burasındadır ki, birincisi ölkədə siyasi hakimiyyətə iddialı qüvvələr var və onlar öz bacarıqları çərçivəsində mübarizə aparır, ikincisi də elə xalq da axı dəyişiklik istəyir və onlara lap inandırıcı olmayan bir konsepsiyalar təklif edəndə istər istəməz bir maraqlanmalıdır ki, görən bu nə təkliflərdir.

Bir neçə gündür müxalifət düşərgəsi, hakimiyyətin seçki susqunluğu qarşılığında can boğaza qoymayıb təklif təklif dalınca səsləndirir və mətbuatla rəy və təkliflərini bölüşür.

Ötən yazıda Əli Kərimlinin “strategiya 2013” kansepsyasına nəzər saldıq, bu gün də İctimai Palatada “Seçki memorandumu” adlı təkliflərin müzakirəsi aparıldı. Memorandum hələ hazır deyil, sadəcə olaraq sənədin istiqamətləri müəyyən edilib və müzakirələrdən elə anlaşıldı ki, Memorandumun əsasən seçki islahatlarını nəzərdə tutan tərəfləri birinci mərhələdə təftiş edildi.

Onu da deyim hazırda Azərbaycan siyasi həyatında ən önəmli, diqqət mərkəzində saxlanılan, müzakirələri aparılan mövzu seçkidir və bu da çox təbiidir, baxmayaraq ki, gündəmə ara sıra başqa başqa mövzular qısa və ya uzun müddətə daxil olur ancaq seçki cəmiyyətin ən önəmli məsələsidir və ta seçki gününə qədər aktuallığını qoruyub saxlayacaq.

İP-nin toplantısında siyasətçilər, seçki ekspertləri, hüquqşünaslar, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edərək vurğunu daha çox ona yönəldiblər ki, seçki islahatları seçki ilinə kimi, yəni 01.01.2013 tarixinə kimi aparılmalıdır ki, cəmiyyətdə və xüsusilə də seçici və iddiaçılar arasında çaşqınlığa səbəb olmasın.

Bu planda əsas məsələ MSK, DSK və Mən.SK-da üzvlərin paritet əsaslarla formalaşdırılmasından sohbət gedir ki, öz özlüyündə bu da ciddi mübahisələrə gətirib çıxarır. Hakimiyyət uğur göstəricisinə görə Komissiyaların formalaşdırılmasını təklif etdikdə məlum olur ki, bu göstəricilər əsasən Milli Məclisə mandat qazanmış partiyalar gərək hesaba alınsın.

Bu zaman məlum olur ki, YAP nəinki Məclisdə çoxluq təşkil edir hətta digər özünü müxalifət partiyası adlandıran partiyalar YAP-dan daha çox yapçıdır. Onda belə çıxır elə hazırkı Komissiya tərkibləri ən idealdır.

Müxalifət isə uğur göstəricilərini kənara qoymağı təklif edir o zaman hakimiyyət iddia edir ki, Azərbaycanda ancaq elə qeydiyyatı olan partiyaların sayı 50-dən çoxdur və bu halda cəmiyyət seçki əvəzinə bazarla qarşılaşacaq.

Yəni paritet məsələsi hazırkı vəziyyətdə islahat üçün heç bir önəmli rol oynamır. Ancaq ekspert kimi çıxış edən Hafiz Həsənova görə elə hazırkı tərkib və məcəllə ilə də qənaətbəxş seçki keçirmək olar onda gərək müxalif liderlər şəxsi ambisiyalarını ümumi işdən önəmli bilməsinlər. Bu halda isə Əli Kərimlinin praymers təklifi yerinə düşür ancaq gəl ki, onun da mexanizmi məlum deyil, bundan başqa praymesin keçirilməsi digər müxalif liderləri o qədər də qane etmir.

İstənilən halda hazırkı vəziyyəti nəzərə alsaq Azərbaycanda aralıq seçki çox əhəmiyyətlidir və müəyyənedici xüsusiyyətə malikdir.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment