0
Saturday 8 December 2012 - 20:38

Misirdəki böhran inqilabın məğlubiyyəti üçün Qərbin fitnəkarlığıdır

Story Code : 219302
Misirdəki böhran inqilabın məğlubiyyəti üçün Qərbin fitnəkarlığıdır
Abdullah Əşəl Qahirədə verdiyi müsahibədə bildirib ki, Misiri bürümüş böhran düşmənlərin fitnəsindən başqa bir şey deyil.

Əşəl qeyd edib ki, prezident Mursi mövcud fitnəkarlıqlardan tam məlumatlıdır. O Mursidən xahiş edib ki, şəffaflıq yaratmaqla yeni dövlətə qurulmuş hiyləni puça çıxarsın. Onun nəzərincə prezident xalqın istəyi ilə konstitusiyanı dəyişə bilər.

Əşəl Mursiyə dəstək nümayiş etdirməklə Misir xalqından yeni prezidentin himayə edilməsini istəyib. Sabiq nazir müavininin fikri budur ki, yeni konstitusiya ilə keçmiş konstitusiya arasında heç bir oxşarlıq yoxdur. Düşmənlər xalqın məlumatsızlığından istifadə edir. Hay-küy qaldıranlar əsas qanunu oxumadan öz təxəyyüllərinə istinad edərək ölkəni dağıdır.

Prezident iqamətgahına hücum məğlub olanların kin-küdurətindən qaynaqlanır. Əşəl prezident iqamətgahına hücumu, o cümlədən Müsəlman Qardaşlarının ofislərinə basqınları məğlubiyyətə məhkum düşmənlərin təxribatı kimi dəyərləndirib. Onlar vətəndaşların hüquqlarına əhəmiyyət vermir. Müsəlman Qardaşları da bu xalqdandır və hakimiyyətdə yer tutmaq haqqına malikdir. Mursi bu günə qədər ehtiyac duyulan qrumlar yaradır. O nə zaman qərar çıxarırsa, müxaliflər etiraz edir, aranı qarışdırır. Yeni qanun layihəsinin geri götürülməsi Mursinin siyasi məğlubiyyəti ola bilər.

Əşəl Mursidən xahiş edib ki, müxaliflər qarşısında sərt mövqe tutsun və onların iç üzünü açsın. Prezident bu fitnələrin arxasında dayanan Qərb dövlətlərini tanımalıdır.

Əslində yeni qanun layihəsi prezidentin səlahiyyətlərini azaldır. Azadlıq və Ədalət Partiyasının baş katibi Həlmi əl-Cəzar bildirib ki, 15 dekabrda referenduma çıxarılacaq layihə əslində prezidentin səlahiyyətlərini azaldır. Prezidentə veriləcək səlahiyyətlər isə ona fövqəladə vəziyyət elan etmək imkanı da vermir. Müharibə elan etmək üçün parlament rəy verməlidir. Cəzar bildirib ki, yeni qanun layihəsinə görə Misir xalqının hüquqları genişlənir. Məsələn, 58-ci maddəyə əsasən, hər bir Misir vətəndaşı ali təhsil ala bilər. Hər bir misirlinin milli istehsalda payı var və pulsuz səhiyyə xidmətindən istifadə edə bilər. Azyaşlı uşaqların işə cəlb olunmasını qadağan edən, aztəminatlılar üçün ictimai sığorta nəzərdə tutan layihə irəliyə addımdır.

Prezident Mursi Misirin xalq tərəfindən seçilmiş rəhbəridir.

Əs-Səlamə vət-Tənmih partiyasının baş katib müavini Məhəmməd Əbu Səmərə bildirib ki, islamçılar Mursini himayə edir və lazım gələn zaman onun himayəsinə qalxacaq. Onun sözlərinə görə Misir xalqı İslam qanunlarını gündəmə gətirən islamçılarladır. Səmərə qeyd edib ki, prezidentə legitimlik verən azad seçkilərdir. İslamçılar hakimiyyətə qiyam yox, seçkilərlə gəlib. Hamı bilməlidir ki, islamçılar keçmiş rejimlə vuruşub və bütün təxribat hallarında meydana girib müqavimət göstərəcək. O bildirib ki, Mursini xalq seçib və xalq kənarlaşdıra bilər. Dünyanın heç bir ölkəsində prezident admnistrasiyasının mühasirəsinə icazə verilməzdi.
Comment