0
1
comments
Wednesday 12 December 2012 - 21:49

Amerikalıya hər şey olar, iranlıya heç nə?

Story Code : 220712
Amerikalıya hər şey olar, iranlıya heç nə?
Amerikalıya hər şey olar, iranlıya heç nə?
Islam times.org/az/ - Bu gün iki ölkə səfirliyi ictimai müzakirələrdə gündəmə gəlib. Birinci məsələ odur ki, ABŞ-ın dövlət katibinin köməkçisinin müavini Tomas Melia və Dövlət Departamentinin təmsilçisi Uendi Silverman bu ölkənin Azərbaycandakı səfirliyində müxalifət partiyalarının sədrləri ilə görüş keçirib.

Mətbuata geniş məlumat verilməsə də etibarlı mənbələrdən alınan məlumatlara görə əsas müzakirə mövzusu növbəti il keçiriləcək prezident seçkiləri olub. Müxalifət liderləri əvəllər də olduğu kimi bu dəfə də amerikalı diplomatlardan daha çox dəstək, hakimiyyətə qarşı isə təpki göstərilməsini istəyib və xüsusilə də İlham Əliyevin 3-cü dəfə namizədliyini ABŞ tərəfindən tanınmamasını istəyib.

Əlbəttə müxalifətin bu cür istəkləri Tomas Meliada gülüş doğurub və amerikalı diplomat müxalifət liderlərini bir qədər məyus edib. O bilidirb ki, müxalifət liderləri xalqın dəstəyini qazandığını sübut edəcəyi halda o halda ABŞ da bu müxalifət liderlərinə dəstək verə bilərdi.

Yəni ABŞ diplomatı da elə hakimiyyətin dili ilə müxalifətə öz mesajını verib. İkinci hadisə isə bir az dramatik və kədərli hadisədir. Belə ki, İran mədəniyyət mərkəzinin nümayəndəsi Astara gömrük məntəqəsində yoxlamadan keçərkən Azərbaycana buraxılmayıb.

Mətbuta həmin şəxsin adı açıqlanmasa da bəzi məlumatlara görə həmin iranlı Azərabycanda hacı Fəridəs ağa kimi tanınır. Düzü anlamaq olmur, biri qonşu qardaş ölkənin diplomatı, sadə bir şəkildə, qanuni yolla Azərbaycana gəlir ancaq heç bir əsas olmadan Ölkəyə buraxılmır.

Digəri isə Okeanın o tayından, Azərbaycana gəlib həm hakimiyyətlə görüşür həm də müxalifət liderləri ilə görüşür, daha doğrusu neçənci dəfədir ki, görüşür və bu barədə mətbuat üçün heç bir geniş məlumat da vermir, ancaq nə depirtasiya olunur, nə də ona gözün üstə qaşın var deyən tapılır.

Deyəsən axı Zeynəb Xanlarova demişdi ki, farslarla düşmənçiliyiniz varsa onlara aid edin qərarı, ancaq iş burasındadır ki, artıq farsına türkünə baxmadan ön yarqı ümumiyyətlə iranlıya qarşı yaranıb. Bunu siz də görürsünüz?
Source : İslamtimes
Comment


Kuwait
Salam Eleykum,mence de eledir.Ayrica,amerikadan yehudiden kömek ummaq özu günahdir,muselmanin dostu muselmandir,sieler gerek parchalanmasin,vehdet yaratsin.