QR CodeQR Code

Batil gəlib, haqq tab gətirmir

İslamtimes , 14 Dec 2012 23:00

İslamtimes - Qəbul etdiyimiz dəyərləri, əliyev rejimi gözümüzün qabağında lazımsız stereotip elan olunub aradan qaldırır.


islamtimes.org/az/ - Matəmdə, ehtiramlı şəxslərin ölüm günündə şənliyin, əyləncənin, rəqsin, yerinə kədərlənmək lazımdır kimi bir adət ənənə vardı Azərbaycanda. Nəyə görə keçmiş zaman acısından yazıram, çünki əliyev rejimi bu adətin aradan qaldırılan stereotip olduğunu isbatladı.

Təxminən 5 il bundan əvvələ qədər Məhərrəmlik ayında Azərbaycanda toy məclisi görməzdiniz, Məhərrəmlik ayında bütün şadlıq sarayları hamısı təmir və ya ən yaxşı halda banketlə məşğul olardı, ancaq sən demə çətini birinci addım imiş.

2008-ci ildə Məhərrəmlikdə Bakıda bir birinin ardınca iki çox dəbdəbəli toy oldu, ondan sonra artıq hər il olur və “Məhərrəmlikdə toy olmaz” kəlməsini, Əliyev haqq fikirdən batil fikirə çevirməkdədir.

Düzdü, Nardaranda Məhərrəmlikdə toy olmayacaq, ancaq Azərbaycan bir tək Nardarandan ibarət deyil.

Əliyev rejimi üçün müqəddəs subeyktlər kimi qəbul olunan şeylər başqaları üçün müqəddəs olmaya bilər və əksinə. Eləcə də, 12 dekabrda, Azərbaycanın Ankaradakı səfirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin anım mərasimi Türkiyədə konsertlə qeyd oundu.

Yəni bizim şəri məsələ, dinin sütunu, adət ənənə kimi qəbul etdiyimiz dəyərləri, əliyev rejimi gözümüzün qabağında lazımsız stereotip elan olunub aradan qaldırır.

İSLAMTİMES - ELVİN CAVADOV


Story Code: 221316

News Link :
https://www.islamtimes.org/az/article/221316/batil-gəlib-haqq-tab-gətirmir

Islam Times
  https://www.islamtimes.org