0
Monday 24 December 2012 - 13:27

Dövlət və din və bir də pul qazanmaq

Story Code : 224425
Dövlət və din və bir də pul qazanmaq
Dövlət və din və bir də pul qazanmaq
Islam times.org/az/ - Ötən həftlərədən xəbəriniz var ki, dekabrın üçüncü dekadasında Bakıda “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda birinci Beynəlxalq Bakı Forumu keçiriləcək.

Tədbir dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı ilə “Mariott-Abşeron” otelində keçirilib.

Toplantıya 10-a qədər ölkənin nümayəndələri qatılıb. Hələlik təşkilaçıların nəzərincə tədbirin məqsədini kənara qoyub özümü adi bir tamaşaçı kimi aparıb baş verənləri şərh etməyə çalışacağam.

Tədbirin adı və formatı maraqlı, keçirildiyi məkan da ondan maraqlıdır, Bakıda sadəcə din yox din və dövlət münasibətlərindəki tolerantlıq məsələsi önəmli və aktual olan mövzudur.

Bu toplantı bəzi dindarların aldadılması kimi də qəbul oluna bilər ki, Azərbaycan din dövlət münasibətlərində tolerantlıq mövzusuna diqqət yetirir, dövlət dindarların nigarançılığına diqqətsiz qalmır, onların qayğılarını anlayır, onları ikinci və üçüncü növ insanlar kimi qəbul edilməməsini mesaj verir və s.

Azərbaycanlılar demiş yetimə can can deyən çox olar, çörək verən heç olmaz. Ancaq bu mövqe ilə dindarlar razılaşırsa, barışırsa onda onların sağlamlığına və ya səmimiliyinə şübhə ilə yanaşmağa əsas var.

Ən azı ona görə ki, sizin də izlədiyiniz və sizə də məlum olduğu qədər toplantıda səsləndirilən tezislər və çıxışlarda hər bir mövzuya toxunuldu, AŞPA-da Azərbaycana qarşı ön yarqı olmasına, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, Freedom House təşkilatının hesabatlarında Azərbaycana qarşı qərəzli mövqenin sərgilənməsinə, medianın azadlığına.

Yəni dindən və dövlət din münasibətlərindən başqa hər şey barədə danışıldı, İran prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad tədbirdə ya çox qəliz diplomatik dildə danışdı, ya da danışdıqları uğurla tərcümə edilmədi.

Bu qədər tədbir iştirakçısından heç kim Əli Həsənova niyə sual vermədi ki, din dövlət münasibətlərinin tolerantlığından danışırıqsa Azərbaycanda hicab qadağası nə üçün aradan qaldırılmır?

Bu əslində çox sayda olan vacib suallardan sadcə biridir. Bu bilirsiniz nəyə oxşayır? İnsanlara böyük fayda verən bir ixtiraçı alimi zalım şah əsas olmadan salıb zindana ancaq xarici qonaqları yığıb tədbir keçirir ki, baxın bizim alim necə gözəl və faydalı ixtira edib və başlayırlar bu faydadan danışmağa ancaq heç kim soruşmur ki, bu alim ölməyibsə hardadır?

Ümid edirəm bura qədər başa düşdünüz. İndi gələk təşkilatçıların əsas məqsədinə. Təşkilatçı konkret olaraq Dini qurumlar komitəsinin sədri Elşad İsgəndərovdur. Bu adam vəzifəyə təzə gəlsə də Azərbaycandakı vəzifəlilərin ab havasına tez alışdı və o saat nəbzi tutdu.

Elşad İsgəndərov görür ki, Ölkədə beynəlxalq tədbir keçirməklə həm pozitiv mənada PR olunursan, həm bu cür tədbirlər prezident İlham Əliyevin çox xoşuna gedir, həm cəmiyyətə işgüzarlığıvı nümayiş etdirirsən və ən əsası nəhayətdə ki, həm də, nə? Həm də külli miqdarda pul qazanırsan, özü də çox bəsit və təhlükəsiz bir şəraitdə.

Soruşacaqsınız ki, beynəlxalq forum keçirilməsi ilə pul qazanmaq arasında nə əlaqə? Onda siz hələ Azərbaycanı heç tanımırsınız, burda külli miqdarda dövlət pullarını mənimsəmək üçün idman komplekslərinin tikintisindən tutmuş, ta Eurovision kimi tədbirlərə qədər hər şeyə əl atmaq olar.

İSLAMTİMES - ORXAN
Source : İslamtimes
Comment