0
Monday 24 December 2012 - 23:31

Şagirdlərə gündəlikdə nə reklam olunur?

Story Code : 224583
Şagirdlərə gündəlikdə nə reklam olunur?
Şagirdlərə gündəlikdə nə reklam olunur?
Islam times.org/az/ - Canımızı sıxan yersiz reklamlar var ki, hər an bizimlə birgədirlər. Televizorda, radioda, metroda , küçələrdə hər nə varsa onun reklamı artıq səs-küy kimi görünür.

Biri pul qazanacaq deyə millətdə beyin yorğunluğu yaradılır. İşdən ya dərsdən çıxıb evinə gedənlər metroda qatarlarda bar-bar bağıran kolbasadan tutmuş ofis mallarına qədər olan reklamların səsindən böyük narahatlıq keçirirlər.

Biznes əhlinə bunlarda bəs eləmirmiş kimi məktəbli ləvazimatlarına da əl atırlar. Məktəbli gündəliklərininin bir neçə səhifəsindən bir Bakseli, plastik boruları, facebook sosial şəbəkənin , hp kompüterlərinin, halal adlı printer firmasının reklamları yerləşdirilib .

Gəlin birlikdə fikirləşək ki, bu kimi reklamların məktəbli gündəliyində görmək nə qədər doğrudur və lazımdırmı? Məktəbli üçün adı çəkilən reklam olunanların heç bir marağı yoxdur.

Məlumdur ki, bundan yararlananların gəlirdən başqa maraqları yoxdur. Onlar üçün Azərbaycan gənclərinin gələcəyinin nə olacağı maraqlı deyil. Bəs ölkənin gələcəyini tacirlərə qurbanmı verəcəyik?

Bu kimi məsələlərdə əsas maraqlı olan Təhsil Nazirliyi olmalıdr. Təssüf ki, Təhsil Nazirliyi özü təhsil ocaqlarında biznesin artmasına imakanlar yaradır.

Məktəbli gündəliyində o reklamların yerində şəhidlərimizin şəkilləri qoyulsaydı, alimlərin haqqında qısa bilgilər verilsəydi , dahilərin kəlamlarından istifadə olunsaydı daha da lazımlı olardı.

Başda Təhsil Nazirliyi olmaqla ticarət pərəst məmurlar Azərbaycan gənclərini və bu yollada ölkəni məhvə doğru aparırlar. Təhsil Nazirliyi yox bu biznes işinə baxan nazirlikdir.

İSLAMTİMES - ZƏHRA
Source : İslamtimes
Comment