0
4
comments
Tuesday 25 December 2012 - 08:28

Erməni fobiya yoxsa İslamafobiya

Story Code : 224655
Erməni fobiya yoxsa İslamafobiya
Erməni fobiya yoxsa İslamafobiya
Islam times.org/az/ - “Fobiya”yunan mənşəli söz olub,hərfi mənası nifrət etmək anlamındadır.Əsas məqsəd fobiya sözünə izahat vermək olmadığından,bu məfhum barəsində yalnız ümumi anlamda işlənən tərcüməsini bilmək daha yetərli olduğunu nəzərə alaraq,bu gün cəmiyyətimizdə islama və onun ideyalarına,şüarlarına qarşı hazırlanan təxribat yönümlü cızma-qara planlar bir daha hazırkı iqtidar hakimiyyətinin iç üzünü açmaqdadır.

Günü-bu gün Azərbaycan adlı ölkənin saya-hesaba gəlməz o qədər problemləri var bunlar azmış kimi,əlavə olaraq islami əqidəli inanclılara qarşı vətəndaşlar içərisində həyata keçirilən nifrət kompaniyası,həqiqətəndə ölkəmizin gələcəkdə daha da dəhşətli fəlakətlərə doğru yol aldığının göstəricisidir.

Azərbaycanın dərdi o qədərdirki nə yazmaqla,nə də söyləməklə bitməz.Tarixən ana vətənimiz yadelli işğalçılara qarşı mərdanə və dəyanətlə mübarizə aparmasına baxmayaraq,bu gün bütün düşmənlərdən daha çox təhlükəli bir işğalçı ilə üzbəüz dayanmaqdadır.

İndiki iqtidar hakimiyyəti elə bir təhlükəli düşməndir ki,öz xalqına olmazın işgəncələr verməklə,çağdaş tariximizin qaranlıq səhifələrinə öz çirkin əməllərini qanla həkk etdirməkdədir.

Əliyevlər istədiyi tərzdə özünə xeyir verən məqsədlə türk-müsəlman əhalimizə zorla,saxtakarlıqla ağ qatığa qara dedizdirmək siyasətilə məşğuldur.Müasir dövrümüzdə odlar diyarının üzərində üçrəngli özündə türk
ccedil;ülüyü,müasirliyi,islami dəyərləri təcəssüm etdirən bayraq dalğalanmaq əvəzinə,İlham Əliyev kimi zalım diktatorun vəhşətlə,qorxu ilə zəncirlənmiş zopası əsməkdədir.

Azərbaycanın taleyüklü tarixinin səhifələrini vərəqlədikcə zülmətlə pərdələnmiş bir sıra həqiqətlər öz nuru ilə qaranlıq məsələlərə aydınlıq gətirir.Uzun illər boyu mənfur mənşəyi,mənsubiyyəti bəlli olmayan ermənilər xalqımız əleyhinə öz mənfur niyyətlərindən çəkinməmişlər.

19-cu və 20-ci yüzilliklərdən vandal daşnaklar müsəlman azərilərə qarşı repressiv hərəkətlərindən əsla vaz keçməmişlər.Kommunizm dönəmində partiya adlandırılan Lenin rejimi,Cənubi Qafqazda ermənilərin daha geniş miqyaslı əl-qol açmasına şərait yaradırdı.

Lenin 1924-cü ildə cəhənnəmə vasil olduqdan sonra ondan da qəddar,həmişə türklərə və müsəlmanlara qarşı öz nifrətilə ad çıxarmış,yəhudi simalı Stalin sovet imperiyasındakı hökmdarlıq kürsüsünü ələ keçirdi.O gündən ta 1953-cü ilə qədər Azərbaycanlıların ən ağır ən acılı günləri başlandı.

Stalin köhnəçiliklə mübarizə adı altında dinimizə,milli mənəvi dəyərlərimiz əleyhinə müharibə elan etdi.Məscidlər uçuruldu,ruhanilər keçmişin qalıqları ünvanında,ya uzaq Sibir diyarlarına sürgün edildi,ya da xəzər dənizindəki Nargin adaları deyilən yerlərdə güllələndi.Qanlı-qadalı ateizm zamanında stalinin siyasəti müqabilində müxalif
tçilik eyləyən neçə-neçə ziyalılarımız,din xadimlərimiz təxribatçılıq,əksinqilabçı,partiya əleyhinə düşmənlər xarici dövlətlərin casusları adı altında günahlandırılaraq sorğu-sual edilmədən,heç bir araşdırma aparılmadan,obyektiv məhkəmə qərarları oxunmadan bu həyatla vidalaşmalı oldular.

Repressiya illərinin canlı şahidləri olan əksər tarixçilərin qeyd etdiklərinə görə,Stalin siyasətinin günahsız qurbanlarının sayı 40 min nəfəri ötüb keçmişdir.Nə qocalara,nə cavanlara,nədə qadınlara belə rəhm olunmurdu.

Stalin əlbəttə bu cür cinayətlərini həyata keçirməkdə tək deyildi.Ona azərbaycanlılar üçün törətdiyi vəhşiliklərdə yaltaq əlaltıları Mikoyan,Mir Cəfər bağırov,Topuridze,Sumbatov kimi vəhşi çirkli əlləri məsum müsəlman xalqımızın qanına batırılmış erməni,gürcü və azəri kökənli insanlar yaxınlıqdan köməklik edirdi.Əvəzində,torpaqlarımız qarış-qarış tarixi dini və milli düşmənlərimiz olan ermənilərə peşkəş edilirdi.

Ermənilər yüksək kürsülərdə əyləşdirilir,onlara geniş səlahiyyətlər verilir,daha yuxarı dairələrə çəkilirdi.Stalinin əsasını qoyduğu çirkin və mənfur siyasətin davamı olaraq,həmin mirası yeni kommunist İlham Əliyev və Allah düşmənləri davam etdirməkdədir.

10 ilə yaxın hakimiyyəti illərində dırnaqarası ali baş komandan hansı cinayətlərə əl atmamışdır.Əksər sosioloqlar,İlham Əliyevdəki xüsusiyyətlərin çoxunu zalım diktator Stalinlə qarşıla
dırırlar.

Stalinlə,İlham Əliyev şəxsiyyəti xalqa,millətə,Allaha,islama düşmənçilikdə eynilik təşkil edirlər.Gənc diktator az müddət hakimliyinə baxmayaraq,zindanlar məsum,günahsız,şərlənərək həbs olunan dindarlarla və hakimiyyətinə qarşı çıxan müxalif qüvvələrin nümayəndələri ilə dolub-daşmaqdadır.

Səbəbidə öz haqqlarını tələb etdiklərindən, hicab qadağasına etiraz etdiklərindən,qanunsuzluq və ozbaşınalıqdan bizar etdiklərindən, Əliyevlərin soyuq zindanlarına məhkum ediliblər.Xalqa zülm etdikləri azmış kimi mavi ekranlarda ajiotaj yaradaraq,insanlar arasında islamçılara qarşı nifrət formalaşdırılır, cəmiyyətə islamafobiya siyasəti təlqin olunur.Çox sayda məcburi köçkün və qaçqınlarımız var,yüzlərlə qız-gəlinlərimiz əsirlikdədir,belə əhəmiyyətli düşündürücü məsələlər xalqımıza düşünülmüş şəkildə unutdurulur,amma digər çatışmamazlıqlar həll olunubmuş kimi Allahla mübarizəni önə çəkməyə, əhalini dindən qurandan uzaqlaşdırmağa çalışırlar.

Qarabağ boyda dərdi olan bir dövlət işğal altındakı torpaqlarımızın azad olunması yolları haqqında düşünməlidir,yoxsa öz vətəndaşlarına divan tutmalıdır?

Xalqımızda erməni fobia hərəkatı aşılanmalıdır,yoxsa dinlə düşmənçilik.Qarabağın azadlığına gedən yol,islam dinindən,onun meyarlarından keçmirmi?Görünür ki,elə torpaqlarımızın itirlməsində və bu gün sülh yaxud savaş üsülu vasitəsilə geriyə qaytarılmamasında mövcud rejimin öz xüsusi rolları vardır.

Əgər belə olmasaydı məscidi uçurmaz,dindarları təqib etdirməz,hicaba qadağalar qoyulmaz,əsl düşmənə,ermənilərə doğru hücum əmri verilərdi.Dünən Stalin dindarları gülləboran etdirirdisə,bu gün Azərbaycan prezidenti başqa üsullarla şər,böhtan,yalançı şahidlərlə üzə adamlar qoyduraraq,din xadimlərinə qarşı repressiv siyasətindən əl çəkmir.

İlham Əliyev məlun Stalinlə müqayisədə bəzən öz şeytani əməllərilə daha önə keçir.İndi özünüz insafla deyin İlham Əliyev Stalinə bənzəmirmi?


ISLAMTIMES - KAMIL IBRAHIMZADƏ
Source : İslamtimes
Comment


Azerbaijan
Salam isteər stalin stərsədə Ilham olsun bizim üçun bir düşmən var diktatura
Azerbaijan
Mən Azerbaycanda yeni kommunizmdən başqa heçnə görmürəm sadəcə adlarıi dəyisib YAP
Azerbaijan
yap yoxsa gop hamisi eyni soz deyilmi
Azerbaijan
Məscidi uçurtmaq sənin axirina cixacaq