QR CodeQR Code

Bəşar Əsədin şərti: Terrorçulara yardım kəsilməlidir!

29 Dec 2012 19:29

IslamTimes - Suriyada mətbuatda belə bir xəbər yayılıb ki, BMT-nin Dəməşqdə Bəşar Əsədlə görüşən nümayəndəsinin şərtləri Suriya prezidentinin etirazı ilə qarşılanıb.


Suriyada mətbuatda belə bir xəbər yayılıb ki, BMT-nin Dəməşqdə Bəşar Əsədlə görüşən nümayəndəsinin şərtləri Suriya prezidentinin etirazı ilə qarşılanıb. BMT-nin xüsusi nümayəndəsi Əhzər İbrahimi Suriya böhranının həlli üçün müzakirələrdə müəyyən şərtlər irəli sürüb və bu şərtlər Qətər və Səudiyyə Ərəbistanının şərtləridir. Mətbuat yazır ki, Əhzər İbrahimi Cenevrədə Rusiya-ABŞ razılaşmasını yaddan çıxarıb. Moskva ilə Vaşinqton arasında belə bir razılaşma əldə olunmuşdu ki, Suriya böhranı Bəşar Əsədin hakimiyyətdə qalması ilə həll olunacaq.

Əhzər İbrahimi Dəməşqə son səfərində yeni layihə ortaya qoyub. İbrahimi ölkədə zorakılığın dayandırılmasını şərt olaraq irəli sürsə də bu arada Ən-Nəsrə cəbhəsi adlanan terroçu qrupun adı çəkilmir. İbrahimi keçid dövründə Bəşar Əsədin öz səlahiyyətlərini xaricə sığınmış baş nazirə ötürməsini dilə gətirib. BMT-nin xüsusi nümayəndəsi bunu da qeyd edib ki, Bəşar Əsəd 2014-cü il prezident seçkilərinə qatılmamalıdır. Suriya prezidenti öz növbəsində İbrahiminin təkliflərini tamamilə rədd edib. Onun şərti bu olub ki, Suriyaya xarici müdaxilə tərəfdarları müzakirələrdə iştirak edə bilməz. Bəşar Əsəd Müsəlman Qardaşlarının iştirakını da rədd edib. Suriya prezidenti BMT nümayəndəsinə bildirib ki, terrorçu qruplaşmaların himayəsi dayandırılmalıdır. İbrahimiyə yaxın mətbuat mənbələri bildirir ki, xüsusi təmsilçi Dəməşqdən ümidsiz halda geri dönüb.


Story Code: 226227

News Link :
https://www.islamtimes.org/az/article/226227/bəşar-əsədin-şərti-terrorçulara-yardım-kəsilməlidir

Islam Times
  https://www.islamtimes.org