0
Sunday 30 December 2012 - 21:18

Misir Hizbullahla dostluq sorağında

Story Code : 226589
Misir Hizbullahla dostluq sorağında
Misirin Livandakı səfiri “Daily Star”-a müsahibəsində bildirib ki, ölkəsi Livanda real güc sahibi Hizbullahla rabitə qurmaq fikrindədir. Səfir Əşrəf Həmdi “Daily Star” qəzetinə müsahibəsində Hizbullahı real hərbi və siyasi güc kimi yada salıb. Müsahibə Misirdə referendumdan bir gün sonra baş tutub. Bu isə Misirin yeni dönəmdə Hizbullahla yeni münasibətlərindən danışır.

Səfir bildirib ki, Mübarəkin dövründə Misirin Suriyada səfiri vəzifəsində çalışıb və 2010-cu ildən Livandadır. Səfir qeyd edib ki, demokratiyanın Qərb modeli bugünki Suriya üçün münasib olmaya bilər. Əşrəf Həmdi ölkəsinin Suriya böhranının sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. Səfir bunu da bildirib ki, Bəşar Əsəd yeni hökumətə rəhbərlik edə bilməz.

Səfir Misirin bütün ölkələrlə rabitələri genişləndirdiyini vurğulayaraq deyib: “Biz bütün ölkələrə dost əli uzadırıq. Əlbəttə ki, xarici siyasətimizdə mənafelərimizə uyğun addım atacağıq.”

Əşrəf Həmdi deyib ki, Hizbullahla rabitə olmadan siyasətdən danışmağa dəyməz. Hizbullah Livanda real güc sahibidir. Misir və İsrail arasındakı sülh müqaviləsinə görə Hizbullahla rabitələr bu vaxtadək yaxşı olmayıb. Amma İsrail Qəzzəya hücum edəndə Hizbullah baş katibi Seyid Həsən Nəsrullah Misir ordusunu Fələstini himayə etməyə çağırıb. Misir dövləti bir müddət sonra Hizbullahı terrorçu qruplar yaratmaqda ittiham etdi.

Əşrəf Həmdi müsahibədə bildirib ki, Hizbullah nümayəndələri Misirdə olmayıb, amma səfir Hizbullahın iqamətgahında görüş keçirib.

Misir səfiri deyib: “Müzakirələrdə Hizbullahdan istədik ki, Livanın mənafelərinə uyğun mövqeyində qalsın. Hizbullah müqavimətdə aparıcı rola malikdir. Biz inanırıq ki, müqavimət hərəkatı işğal olunmuş torpaqların qaytarılması üçün çalışır.”

Həmdi deyib: “Müqavimət hərəkatında aparıcılıq Livanda yeganə siyasi qüvvə mövqeyi tutmaq deyil. Biz belə bir mövqeyi dəstəkləmirik.”

Əşrəf Həmdi Hizbullahın Suriyanı müdafiə etməsi ilə bağlı deyib: “Biz Livandakı bütün qruplardan, o cümlədən Hizbullahdan istəyirik ki, Suriyadakı hadisələrdən kənarda dayansınlar.”

Misir səfiri Misirin İranla rabitələrinə də toxunub: “Suriya böhranı İranla Misirin əməkdaşlığı üçün müxtəlif yollar açır. Biz İranın mühüm rolunu qəbul edirik. Biz İranın aparıcı rolunu inkar edə bilmərik.”

Səfir Misirin Suriya böhranının həlli üçün dörd tərəfli komitə yaratmaq təklifini yada salıb. Səfir bildirib ki, Ərəbistan buna mane olmağa çalışır. Həmdi qeyd edib ki, İranla aramızda olan əsas fikir ayrılığa yeni hökumətdə Əsədin təmsil olunmasıdır. Misir prezidenti və Qərb dövlətləri Əsədin getməsini istəyir. Amma Misir Suriya böhranının hərbi yolla həllini münasib saymır.

Səfir sözünə davam edib: “Baxışlarımız arasındakı fərq Əsədin hakimiyyətdən necə getməsidir. Əsəd yeni hökumətdə təmsil olunmalıdır, ya 2014-cü il seçkilərinə qədər prezident seçkilərində qalmalıdır?”

Həmdi deyib: “Suriya üçün ən yaxşı yol keçid hökuməti və Əsədin hakimiyyətdən getməsidir. Amma Əsədi müdafiə edən ələvilərə zəmanət verilməlidir. Ən yaxşı ssenari yeni Somali ssenarisidir. Düşünürəm ki, Suriya böhranının hərbi yolla həllinə çalışanlar da siyasi həll yolu üzərində dayanıblar.”
Comment