0
Wednesday 9 January 2013 - 22:29

Çin olmayan arzular

ABŞ İranla Azərbaycanın arasında nifaq salmaq istəyir
Story Code : 229720
Çin olmayan arzular
Çin olmayan arzular
Islam times.org/az/ - Bu günlərdə ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi – Defense Intelligence Agency (http://www.dia.mil/) yaydığı açıqlamalarda ictimai fikirdə çaşqınlıq yaratmaq cəhdinə yol verib.

Sizin də yerli mətbuatdan xəbəriniz olduğu kimi həmin açıqlamada bildirilir ki, İslam Respublikasının xüsusi xidmət orqanı olan ETTELAAT-ın ən fəal olduğu ölkələr arasında Azərbaycanın da adı var. Hər bir xüsusi xidmət orqanı kimi ETTELAAT-ın da fəaliyyətində dövlətçilik üçün müəyyən işlərin aparılması kimi hallar təbiidir, ancaq amerikalılar bu açıqlamanı elə təqdim ediblər ki, guya İranının bu təşkilatı Azərbaycanda arzuolunmaz işlər aparır, bununla da ictimai fikirdə yanlış rəylərin yaranması üçün çalışıblar.

DİA-in əldə etdiyi bilgilərdə həqiqətin olduğuna şübhə etmirəm, ancaq bu təşkilatın xalqa həmişə həqiqəti söyləməsinə şübhə etmək üçün ən böyük əsas elə ETTELAAT-ın Azərbaycanla bağlı fəaliyyəti haqqında yazdıqlarıdır. Çünki ETTELAAT İslam Respublikasının siyasi kursundan kənara çıxmaz, İran isə qonşuları ilə, xüsusilə də Azərbaycanla qardaşlıq və dostluq prinsipinə əsaslanıb siyasət yürüdür.

Hamı bilir ki, İranın Azərbaycanla bağlı bütün siyasəti qardaşlıq məhəbbətinə söykənir, hətta Azərbaycan hakimiyyəti İrana qarşı hər cür təxribatlara yol verdiyi zaman, AP-dan olan deputatlar, siyasətçilər, məmurlar İrana qarşı mətbuatda düşmənçilik mövqeyindən çıxış edən zaman İran böyük qardaş kimi təmkin göstərir, qardaşının ərköyünlüyünə, şıltaqlığına, bəzən ədəbsizliyinə göz yumur, udqunur, səbr edir və qardaş nəsihəti ilə məsələni yolun qoyur.

Heç uzağa
getmək lazımda deyil, bu yaxınlarda İranla Azərbaycan arasındakı sərhədyanı ərazilərdə yaşayan vətəndaşların sərbəst şəkildə sərhəddi keçməsini mümkün edən Memorandumun Milli Məclis tərəfindəən ləğv olunması və bundan sonra İranın reaksiyası onu göstərir ki, İslam Respublikası Azərbaycana qarşı qardaş məhəbbəti göstərir.

Burda anlamaq üçün çətin bir şey yoxdur, hər kəs bilir ki, bu ləğv olunan Memorandumdan İran vətəndaşları yox daha çox, əsasən Azərbaycan vətəndaşları xeyr görürdü, İran vətəndaşlarının çox az bir qismi Azərbaycana gəlir, onlarda əsasən ya Novruz bayramında gələn turistlərdir, ya da beş üç nəfər biznes adamları.

Bu da o deməkdir ki, hər iki kateqoriyaya aid olan adamlar, yəni turistlər və biznesmenlər üçün bu memorandumun elə də əhəmiyyəti yoxdur. Ancaq Azərbaycandan İrana hər gün minlərlə vətəndaş gedir, həm ziyarətə, həm müayinə və müalicəyə, həm də ticarətə, özü də ticarət deyəndə burda söhbət böyük biznesdən söz getmir, o iranlı biznesmenlərdir ki, Azərbaycana gəlib böyük yatırımlar edir, ancaq onların zəhmətini Azərbaycan hakimiyəti qiymətləndirirmi?

Tez tez milli mətbuatın jurnalistləri Astara gömrük keçid məntəqəsindən reportajlar və fotoçəkillər hazırlayıb yayır və biz görürük ki, Azərbaycan gömrük və sərhəd xidməti öz vətəndaşlarımızı necə də heyvan yerinə qoyur, onları dəmir qəfəsə salıb zülmə məruz qoyur, saatlarla heç bir əsas olmadan həmin qəfəsdə saxlayırlar.

Memorandumdan başqa digər mövzular da var, məsələn, dini rəhbərin YAP gəncləri tərəfindən təhqir edilməsi və digər bu kimi məsələlər, axı bunları hamı görür, bunların qarşılığında isə İran yenə də qardaşlıq xatirinə Azərbaycana qarşı təpki göstərmir, udqunur.

İndi DİA-in belə bir açıqlaması ondan xəbər verir ki, ABŞ İranla Azərbaycanın arasında nifaq salmaq istəyir, ancaq onların bu arzuları gözlərində qalacaq.
Source : İslamtimes
Comment